vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
13:56 | 21 oktyabr 2022 | Cümə Məqaləyə 1484 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qeyri-təbii sevgi

Norveçin qəfil “erməni eşqi”nin səbəbi bəlli oldu

Elçin ALIOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Norveçin xarici işlər naziri Anniken Hyuitfeldt İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib ki, rəsmi Oslo “Ermənistanın suverenliyi və ərazi bütövlüyünün təminatında töhfələrini verməyə hazırdır”.

Oslodan İrəvanadək olan məsafə məlum və freken Annikenin “voyaj”ının, xüsusən də marazmatik bəyanatının da səbəbi var.

O, deyib ki, sən demə, “dövlətlərin ərazi bütövlüyü və sərhəd toxunulmazlığı beynəlxalq hüququn təməl prinsiplərindən biri olduğundan Norveç üçün çox önəmlidir”.

Tamam, hesab edək ki, belədir.

Bəs yaxşı, Azərbaycan ərazilərinin 20 faizi erməni işğalında olduğu 20 il ərzində niyə rəsmi Oslo kar, kor və lal olaraq ölkəmizi bir dəfə olsun belə (!) dəstəkləmədi, BMT qətnamələrinin və beynəlxalq hüququnun tələblərini yerinə yetirməyi İrəvandan tələb etmədi?

Azərbaycan vətəndaşlarına qarşı misilsiz vəhşiliklər, terror aktları və vandalizm törədiləndə Norveç nə üçün bu əməlləri gerçəkləşdirən Ermənistanla bağlı bəyanat vermədi?!

Oslonun indi qəfil “erməni eşqi”nə düşməsinin çox sadə səbəbi var.

Norveçin “Equinor ASA” (sabiq “StatOil”) neft-qaz korporasiyası Azərbaycandakı enerji layihələrinin, xüsusilə də ölkəmizin xam neftinin və təbii qazının Avropa bazarlarına çıxarılmasının baş operatoru olmaq istəyirdi.

Ola bilmədi – operator Britaniyanın “British Petroleum” korporasiyası oldu.

Norveç indi Ermənistanı istədiyi formada, istədiyi pozada, istədiyi vəziyyətdə dəstəkləyə bilər.

Amma bu proses nə Norveçə, nə də Ermənistana yaxşı nəsə vəd edir.

Oslo bunu nə qədər tez dərk edərsə, o qədər yaxşıdır.

Bizə yox  – eynimizə də deyil Oslonun qeyri-təbii sevgisi – Norveçin özü üçün... (Milli.az)