vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
16:23 | 25 iyun 2022 | Şənbə Məqaləyə 1046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Osloda silahlı insident

Atışma nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Norveç polisi şənbə günü bildirib ki, gecə Norveçin paytaxtı Osloda iki nəfərin ölümü, ondan çox insanın yaralanması ilə nəticələnən atışma mümkün terror hücumu kimi araşdırılır. Polis rəsmiləri şənbə günü mətbuat konfransında bildirib ki, atışmadan sonra saxlanılan şübhəli şəxs İran mənşəli Norveç vətəndaşıdır. Polis onun daha öncə də böyük olmayan qanun pozuntuları etdiyini bildirib.

Onlar hücumla əlaqədar iki silahı ələ keçirdiklərini bildiriblər. Onlardan biri tapança, digəri isə avtomatik silahdır.

Hadisə şəhərin LGBTQ icması arasında populyar olan “London Pub”ın önündə, Oslo Qürur Paradından bir neçə saat öncə baş verib. Təşkilatçılar polisin məsləhəti ilə şənbə gününə planlaşdırılan bütün Qürur tədbirlərini təxirə salıblar.

“Oslo Qürur paradda iştirak etməyi və ya izləməyi planlaşdıran hər kəsi gəlməməyə çağırır. Oslo Qürurla əlaqəli bütün tədbirlər təxirə salınıb”, – təşkilatçılar tədbirin rəsmi “Facebook” səhifəsində yazıblar.

Polis sözçüsü Tor Barstaf deyib ki, 14 nəfər müalicə alır, onlardan səkkizi xəstəxanaya yerləşdirilib.

“Mən bir kişinin hadisə yerinə çanta ilə gəldiyini gördüm. O, əlinə silah alıb, atəş açmağa başladı”, – Roenneberq NRK-yə bildirib. “Birinci mən elə bildim ki, hava tapançasıdır. Sonra yandakı barın qapısının pəncərəsi qırıldı və mən gizlənməli olduğumu anladım”.

Baş nazir Conas Qahr “Facebook”da bildirib ki, “Osloda “London Pub”ın önündə atışma günahsız insanlara qəddar və dərindən şokedici bir hücumdur”.

O deyib ki, hücumun motivi bəlli olmasa da, atışma LGBTQ icmasında qorxu və kədərə səbəb olub.

“Biz sizin yanınızdayıq”, – Qahr Stoere yazıb.

Həmin zaman barda olan Kristian Bredeli Norveçin “VG” qəzetinə bildirib ki, o, təxminən 10 nəfərlə birlikdə barın dördüncü mərtəbəsində gizlənib.

“Çox insan həyatından narahat idi”, – o deyib. “Biz çıxanda bir neçə yaralı insan gördük və o zaman ciddi nəyinsə baş verdiyini başa düşdük”.

Norveçin TV 2 yayımçısı insanların panika içində Oslo küçələrində qaçdıqları görüntüləri göstərib.

Norveç nisbətən təhlükəsiz şəhərdir, amma orada ultra-sağçı ekstremistlər tərəfindən zorakı hücumlar, o cümlədən 2011-ci ildə Avropanın ən pis hücumu baş verib. Həmin zaman silahlı şəxs Osloda səkkiz nəfərin ölümü ilə nəticələnən bomba hücumu edəndən sonra, Utoya atasında 69 nəfəri öldürmüşdü.

2019-cu ildə bir başqa ultra-sağçı ekstremist ögey bacısını öldürüb, daha sonra məsciddə atəş açmışdı amma orada onun qarşısı alındığı üçün xəsarət alan olmamışdı.