vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ENERGETİKA  
12:41 | 1 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 1351 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Qaz alıcıları həmişə var”

Türkiyədə qaz qovşağı real layihə sayılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya Prezidenti Vladimir Putin Türkiyədə qaz qovşağının yaradılmasını tez bir zamanda işə salına bilən real layihə adlandırıb. Bu barədə o, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçıları arasında üçtərəfli danışıqlardan sonra jurnalistlərə bildirib.

Putin əlavə edib ki, qaz alıcıları həmişə var, çünki qaz dünyada çox tələb olunan məhsuldur. Rusiya liderinin sözlərinə görə, Türkiyə qaz qovşağının həyata keçirilməsindən sonra müqavilə bağlamaq istəyən kifayət qədər alıcı meydana çıxacaq.

“Bilirəm ki, çoxlu istehlakçılar var və Rusiya qazını almaq istəyənlər də çoxdur. Görək bu qış, gələn qış necə olacaq. Amma əminəm ki, müqavilələr imzalanacaq. Sonda biz və Avropa ölkələri dünyanın digər regionlarını çatdırılma üçün tranzit ölkələr kimi istifadə edə bilərik. Amma şübhə etmirəm ki, Avropada da bunu istəyənlər çox olacaq”, – Putin deyib.

Onun sözlərinə görə, Rusiya Avropa İttifaqı (Aİ) ilə birbaşa işləyə bilmədiyi üçün Türkiyəni qaz qovşağı kimi seçib.

“Niyə biz Türkiyəni qaz tədarükü üçün mümkün mərkəz kimi seçdik? Mənə elə gəlir ki, bunu niyə təklif etdiyimiz aydındır. Çünki avropalı tərəfdaşlarla birbaşa işləmək çox çətindir”, – Prezident qeyd edib. (Report.az)