vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
MƏMLƏKƏT  
17:47 | 4 aprel 2014 | Cümə Məqaləyə 2522 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əzizovun parad-parad oyunu

Sumqayıtın icra başçısı yuxarı sinif şagirdlərini hazırlıq prosesinə cəlb etmək haqda göstəriş verib

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Hər il olduğu kimi bu il də Sumqayıtda orta məktəblərin yuxarı sinif şagirdləri aprel-may aylarında təhsil almaqdan məhrum edilirlər. Buna səbəb yaxın zamanlarda keçiriləcək parada hazırlıqlarla bağlıdır. Bu barədə musavat.com-a bir qrup Sumqayıt şəhər sakini məlumat verib.

Onların sözlərinə görə, hər gün orta məktəblərin yuxarı sinif şagirdləri təhsil müəssisələrindən çıxarılaraq, parada hazırlıqlarla bağlı məşq keçirilən əraziyə aparılır. Sakinlər onu da bildirdilər ki, bu barədə Sumqayıtın icra başçısı Eldar Əzizov birbaşa göstəriş verib.

Sumqayıt şəhər sakini Tahir Mustafayev şəhərin bütün məktəblərində bu halların baş alıb getdiyini qeyd etdi: «Hazırda Sumqayıtda təhsilin səviyyəsi sıfıra enib. Bu da məktəblilərin təhsildən yayındırılıb, küçələrə tökülməsi ilə əlaqədardır. Aprel, may aylarında ümumiyyətlə dərs keçirilməyəcək. Hər kəsi parada cəlb edirlər. Eldar Əzizov icra hakimi təyin olunandan bu hallar baş verir.

Keçən il də şagirdləri dərs adı ilə məktəblərə çağırıb, demək olar ki, hər gün məşqə aparırdılar. Səbəbini öyrənməyə çalışırıq. Amma bizə bu barədə məlumat vermək istəmirlər. Mən valideyn iclasında bu barədə fikir səsləndirdim. Amma sinif rəhbəri konkret mənə dedi ki, bu tapşırıq «yuxarıdan» gəlib, yəni bizlik deyil. Ən çox bundan çətinlik çəkənlər ali məktəbə hazırlaşan şagirdlərdir. Bu şagirdlərə imtahanqabağı ciddi zərbədir. Açıq-aşkar aldıqları təhsildən şagirdlər birbaşa uzaqlaşdırılır».

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas şagirdlərin dərslərdən çıxarılmasını qanunsuzluq adlandırdı: «Hər il Sumqayıtda bu hal baş verir. Bu, tamamilə qanunsuzdur. Tapşırıq birbaşa icra hakimindən gəlib. Adətən bu, yuxarı siniflərə aid olur. Sovet dövründə də belə hallar baş verirdi. Yəni o dövrdən qalma bir psixologiyadır. Heç kimin, hətta direktorun belə şagirdi dərsdən buraxmağa, icazə verməyə, bəzi hallar istisna olmaqla, ixtiyarı yoxdur.

Azərbaycan kinolarından da bunu görmüşük. Polislər müəllimi həbs etmək istəyirlər. Müəllim «qoy dərsimi bitirim, sonra həbs edərsiniz» - deyir. Amma bunlar ona baxmırlar.  Direktor və müavinləri, hərbi hazırlıq, bədən tərbiyəsi müəllimlərinin iştirakı ilə bu proses həyata keçirilir. Bu hakimiyyətin vaxtında hər il Sumqayıtda paradla bağlı şagirdlər dərs prosesindən uzaqlaşdırılır».

Sumqayıt Şəhər İcra Hakimiyyətinin və təhsil şöbəsinin münasibətini dərc etməyə hazırıq.