vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AVROPA  
14:21 | 17 iyul 2024 | Çərşənbə Məqaləyə 259 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

440 uşaq yoxa çıxıb

İngiltərədə qaçqın uşaqlarla bağlı inanılmaz qalmaqal

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərədə aparılan araşdırmalara görə, ailələri olmadan ölkəyə gələn qaçqın uşaqların Daxili İşlər Nazirliyinin yerləşdirdiyi hotellərdən yoxa çıxdıqları üzə çıxıb. Araşdırma “yüzlərlə” itkin düşmüş uşağın insan alveri və istismarı riski altında olduğunu vurğulanıb.

Böyük Britaniyada yerləşən London Universitet Kolleci (UCL) təhsil müəssisəsi və “Ecpat UK” qeyri-hökumət təşkilatı bu gün hökumətin himayəsində olan müşaiyətsiz qaçqın uşaqlarla bağlı “Bağlı qapılar arxasında” adlı araşdırmalarını dərc edib. İstintaq 2021-ci ildən 2024-cü ilin yanvarına qədər Böyük Britaniyanın Daxili İşlər Nazirliyi (DİN) tərəfindən saxlanılan “yüzlərlə” müşayiətsiz uşağın itkin düşdüyünü, nazirliyin bunu inkar etdiyini və bu uşaqların insan alveri və istismar riski altında olduğunu müəyyən edib.

***

“Ecpat UK” QHT-sinin və DİN-nin açdıqları iddiadan sonra Ali Məhkəmə nazirliyə məxsus qaçqın hotelləri qanunsuz sayıb və yanvar ayında bağlanılıb: “Hotellər açıq olduğu müddətdə 440 uşaq yoxa çıxıb, onlardan 144-ü keçən ilin noyabr ayına qədər tapılmayıb. Bu ilin martında verilən son məlumatda arasında 12 azyaşlı olan 118 uşaq hələ də itkindir”.

Hesabatı hazırlayan tədqiqatçılar bildiriblər ki, söhbət etdiklər peşəkarlar “Böyük Britaniyaya gəlmiş azyaşlıların yeri asanlıqla müəyyən edilə bilən bir hotelə salınması, onları tapmaq və istifadə etmək istəyən potensial insan alverçiləri üçün asan hədəfdir”.

***

Hesabatda həmçinin deyilir: “Daxili İşlər Nazirliyinin mehmanxana işçisi hotellərdən üç insan alveri faktı eşitdiyini təsdiqləyib. “İnsan alverçiləri gənclərlə “Facebook”da saxta hesab vasitəsilə ünsiyyət qururlar”.