vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
16:23 | 17 iyul 2024 | Çərşənbə Məqaləyə 176 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Etiraz edənlərə həbs cəzası

Almaniyada hava limanında uçuş-enmə zolağına icazəsiz daxil olmaq qadağan olunur

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya hökuməti ölkə hava limanlarının uçuş-enmə zolağına daxil olan və etiraz aksiyaları keçirən şəxslərə həbs cəzası vermək qərarına gəlib. Nazirlər Şurasındakı hazırlanan yeni qanun layihəsinə görə, hava limanının uçuş-enmə zolağına icazəsiz girən və ya buna cəhd edən hər kəsi iki ilə qədər həbs və ya ağır pul cəzası gözləyir.

Təyyarənin yerləşdiyi əraziyə icazəsiz qəsdən daxil olma, silah və ya zəhərli maddələr gəzdirmə və ya başqa cinayətin törədilməsinə şərait yaratdıqda 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Naziri Nensi Fizer, mövzu ilə bağlı açıqlamasında, iqlim fəallarının əllərini uçuş-enmə zolağına yapışdıraraq etdikləri hərəkəti nəzərdə tutaraq, “hava limanı obyektlərinə icazəsiz girən hər kəs əllərini enmə-qalxma zolaqlarına və ya taksi yollarına (bir zolağı digəri ilə birləşdirən yol – Taxiways) yapışdırır və beləliklə hava trafikinə əhəmiyyətli dərəcədə maneə törədərək təkcə öz həyatlarını deyil, başqalarının da həyatını riskə atır”, – deyib.

Nəqliyyat naziri Volker Uissing də fəalları çəkindirmək və cari səyahət mövsümündə maneələrin qarşısını almaq üçün qanunun bu şəkildə sərtləşdirilməsi qərarını müdafiə edib.

Qanun layihəsinin qüvvəyə minməsi üçün Bundestaq tərəfindən təsdiqlənməlidir.

Almaniyada daha əvvəl Münhen və Berlin-Brandenburq hava limanlarının uçuş-enmə zolaqlarında iqlim fəalları tərəfindən icazəsiz aksiyalar keçirib və nəticədə bir çox təyyarənin enib və qalxması dayandırılıb.