«Həmişə demişəm ki, ...»
Rafiq Əliyev: «Bilirəm Rüstəm İbrahimbəyov Azərbaycana niyə gəlmir, amma bunu ona deyə bilmərəm»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər işi mükəmməl edirdi...
Xalq artisti Rafiq Əliyev ömür-gün və sənət yoldaşlarının xatirəsində
-
“İlham Əliyev dedi ki, dayandırın bu rüsvayçılığı!”
Rüstəm İbrahimbəyov: ““Qafqaz triosu” ekranlara çıxarkən başlayan hücumları prezident dayandırdı”
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
Məşhədilərin son ümidi
Şura hökumətini tanımayan kərbəlayilər, Milli Şuraya biət edib
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
Qanadsız dəvə...
...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»
-
«Əfsuslar ki, çox siyasiləşdi…»
Ramiz Rövşən: «Mən o sözü deyirəm ki, onu başqa heç kim ya deyə bilmir, ya da…»
-
««U ədədlər» nəzəriyyəsi ilə...»
Rafiq Əliyev Lütfi Zadə ilə hazırladığı yeni elmi nəzəriyyəsindən danışdı
-
«Heç biri ilə razı deyiləm»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
-
Həsənliyə görə «dava»
«Facebook» müxalifətin savaş meydanına dönüb
-
Əli Kərimlinin xahişini yerə saldılar
Fransa səfirliyindən «Milli Şura»nı tanımadıqlarını dedilər
-
«Ən böyük bəlamız hikkədir»
«Bu, mənim qismətim olub»
-
«İbrahimbəyova mesaj göndərirlər ki...»
Eldəniz Quliyev Ziyalılar Forumundan danışdı
-
«Müxalifik, müxalifət deyilik»
«Ramiz Rövşənin bir kəlməsi 50 akademikin sözünə bərabərdir»
-
«Ziyalılar Forumunda bir necə adam var ki...»
«Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz?»
-
«Müsavat şadlıq evi ilə müqavilə bağlayıb...»
«Onların xətləri tamam başqa cürdür, lakin məqsəd eynidir»
Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin APA-ya müsahibə verib. Müsahibəni olduğu kimi təqdim edirik.
- Son bir neçə ayda Ziyalılar Forumunun fəaliyyətində səngimə yaranıb, demək olar ki, fəaliyyət göstərmir. Qurumun bundan sonrakı taleyi necə olacaq?
- Ziyalılar Forumunun fəaliyyətində seçkilərlə və başqa siyasi proseslərlə əlaqədar səngimə əmələ gəldi. Mən həmişə demişəm ki, müxalifət adamı deyiləm. Mən ancaq müxalifəm. Bir ziyalı kimi mən ən birinci özümə, bir də bu cəmiyyətdə, ölkədə olan mənfi proseslərə qarşı müxalifəm. Müxalifət odur ki, o, hakimiyyət istəyir. Ona görə gərək siyasətlə siyasi partiyalar məşğul olsunlar. Mən belə düşünürəm. Məgər Mirzə Cəlil, Üzeyir Hacıbəyov hakimiyyət istəyirdi? Onların əsərlərinə baxın. Yəni ziyalı statusu bir az başqadır. Səngimə yalnız siyasi proseslərlə əlaqədar oldu. Ancaq təbii ki, Ziyalılar Forumu öz işini davam etdirəcək. Bu gün Azərbaycana sağdan-soldan, yuxarıdan-aşağıdan həddən artıq çox böyük basqılar var. Və ola bilər ki, bu basqılar getdikcə də artsın. Hesab edirəm ki, bu gün Azərbaycan üçün çatışmayan şey milli barış, milli birlikdir. O basqıların qarşısında ancaq milli birlik duruş gətirə bilər.
- Dediyiniz milli birliyə kimlər mane olur?
- Hikkə. Ad çəkə bilmirəm, ümumiyyətlə, hamı mane olur. Bir az elmi dildə desəm, Aristotel məntiqi ilə düşüncə tərzi. Kim bizimlə deyil, bizim düşmənimizdir. Yəni, ikili məntiqlə düşüncə tərzi. Mənim hələ Milli Şuradan çox qabaq bir yazım vardı. Demişdim ki, mən bir az bədgümanam, çünki hikkə qoymayacaq ki, bu birlik alınsın. Nə müxalifətin, nə o biri tərəfin, nə də müxalifətlə hakimiyyətin birliyi var. Hazırda milli birlik üçün körpü yoxdur.
- Rüstəm İbrahimbəyovla əlaqə saxlayırsınızmı? Onun Azərbaycana gəlişi gözlənilirmi?
- Mən Rüstəmi ziyalı sayıram. Rüstəm 75 yaşı olanda, ABŞ-da mən ona zəng vurub təbrik etdim. Amma nə vaxt gəlib-gəlməyəcək, deyə bilmirəm. Məsələn, mən Rüstəm İbrahimbəyova deyə bilmərəm ki, niyə gəlmirsən? Nə qədər yaxın dost olsaq da, bizim aramızda başqa səviyyədə söhbətlər gedir. Bəlkə də bilirəm niyə gəlmir, amma bunu ona deyə bilmərəm.
- Nəzərə alsaq ki, Ziyalılar Forumunun bəzi üzvləri Milli Şurada təmsil olunurdu. Ancaq siz Milli Şura yarananda bəyan etmişdiniz ki, orada təmsil olunmayacaqsınız. Bunun səbəbi nə idi?
- Mənim Milli Şuraya qoşulmaq barədə qətiyyən fikrim olmayıb və bunun da cavabını qeyd etdim. Mən hakimiyyət istəmirəm, yalnız məni narahat eləyən problemləri deyirəm.