vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
15:06 | 22 avqust 2024 | Cümə axşamı Məqaləyə 165 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2-3 min əsgər mühasirəyə düşüb

Rusiya aviabazalarına hücumlar davam edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna Rusiya aviabazalarına hücumları davam etdirir. Növbəti hədəf Volqoqrad vilayətinin Oktyabrsk qəsəbəsində yerləşən “Marinovka” hərbi aerodromu olub. Yerli sakinlərin yaydığı videolar hücumun uğurlu alındığını göstərir. Videolarda aerodromda aviabombaların saxlanıldığı sursat anbarında və yanacaq anbarında partlayış baş verdiyi görünür. Təyyarələrə zərər dəyib-dəymədiyi sonrakı günlərdə peyk fotoları ilə müəyyənləşəcək.

Avqustun 14-də Nijnıy Novqoroddakı “Savasleyka” aviabazasına hücum zamanı 1 ədəd MiQ-31 döyüş təyyarəsi və 2 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyi dəqiqləşib. Daha 5 təyyarənin zədə aldığı bildirilir.

Rostov vilayətinin Proletarsk rayonunda yerləşən, Rusiyanın Dövlət Ehtiyatları üzrə Federal Agentliyinə məxsus “Qafqaz” kombinatının yanacaq bazası isə 4 gündən çoxdur yanır. Burada hər birində 5 min ton yanacaq olan 74 böyük çən vardı. Bunların 20-dən çoxu partlayıb. Soyutma-söndürmə çalışmaları dayandırıldığı üçün digər çənləri də təhlükə gözləyir.

Kursk vilayətinin Qluşkovsk rayonunda, Seym çayının cənub sahilində mövqe tutmuş Rusiya qüvvələrinin logistikası kəsilib. Çay üzərindəki 3 körpü vurulduqdan və quraşdırılan ponton körpülər dağıdıldıqdan sonra çayı ancaq üzərək keçmək mümkündür. Burada təxminən 2 min (bəzi məlumatlara görə 3 min) Rusiya əsgəri faktiki olaraq mühasirəyə düşüb.