vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
MÜBHƏM  
08:48 | 29 avqust 2024 | Cümə axşamı Məqaləyə 291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

91 faiz nailiyyətli yeni beyin çipi

“Neuralink”dən xeyli kiçik və daha az enerji sərf edir

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Alimlər “Neuralink” tərəfindən istehsal edilənlərdən daha kiçik beyin çipi hazırlayıblar. Beyin fəaliyyətini 91 faiz dəqiqliklə mətnə​​çevirən yeni çip həm də daha az enerji sərf edir. İlon Maskın “Neuralink” şirkəti beyin-kompüter interfeysi sənayesinə rəhbərlik etdiyi halda, bu ilin əvvəlində ilk dəfə insan beyninə çip implantasiya edilib.

Keçən həftə cihazın ikinci xəstədə düzgün işlədiyi açıqlandıqdan sonra Mask milyonlarla insana beyin çipləri implantasiya etmək istədiyini açıqlamışdı.

Beyin-kompüter interfeysləri beyindəki elektrik siqnallarını təhlil edir və onları mətn kimi çıxışlara çevirir. Bu yolla, Yan amiotrofik skleroz və ya motorika bacarıqlarında problemi olan insanların dünya ilə ünsiyyət qurması mümkündür.

İsveçrənin “Ecole Polytechnique Federale de Lausanne” (EPFL) tədqiqatçıları “Neuralink” cihazlarından daha kiçik və daha az enerji tələb edən beyin çipi hazırlayıblar.

Miniatür beyin-maşın interfeysi (MiBMI) adlanan cihaz ümumi sahəsi 8 kvadrat millimetr olan iki nazik çipdən ibarətdir. “Neuralink” çipləri təxminən 23-lə 8 kvadrat millimetrdir.

MiBMI hərf və ya söz yazarkən yaranan sinir siqnallarını oxumaqla işləyir. Beyinə implantasiya edilmiş elektrodlar əl yazısının motor hərəkətləri ilə əlaqəli sinir fəaliyyətini qeyd edir. Daha sonra bu siqnalları anında emal edən çiplər beynin nəzərdə tutduğu əl hərəkətlərini rəqəmsal mətnə ​​çevirir.

Tədqiqatçılar beyin hər hərfi yazmağı düşünəndə DNC (fərqli sinir kodu) adlı neyron markerlərin işə salındığını görərək enerjiyə qənaət etməyi bacarıblar.

Hər hərf üçün minlərlə bayt məlumatı emal etməkdənsə, diqqəti bu DNC-lərə yönəldən mikroçip minimum enerji sərf etməklə tez və dəqiq işləməyi bacarır.

Alimlər deyirlər ki, onların hədəfi hazırda 31 simvolu emal edə bilən MiBMI üçün 100 simvola çatdırmaqdır.

MiBMI hələ insanda sınaqdan keçirilməyib. Lakin əvvəlki beyin-interfeysi testlərindən toplanmış real vaxt neyron qeydləri ilə qidalanan çip sinir fəaliyyətini faktiki mətnə ​​çevirməkdə 91 faiz dəqiqliyə nail olub.

Avqustun 23-də “IEEE Journal of Solid-State Circuits” jurnalında dərc olunan məqalənin müəlliflərindən biri olan Mahsa Şoran, “MiBMI bizə aşağı səviyyələrdə enerji xərcləməklə mürəkkəb sinir fəaliyyətini yüksək dəqiqliklə oxuna bilən mətnə ​​çevirməyə imkan verir”, – deyib.

Bu irəliləyiş bizi ciddi motorika qüsurları olan insanların ünsiyyət bacarıqlarını əhəmiyyətli dərəcədə təkmilləşdirə biləcək praktik implantasiya həllərinə yaxınlaşdırır.

Komanda hazırda yeni cihazın beyin fəaliyyətini mətnə ​​çevirməkdən başqa hansı sahələrdə istifadə oluna biləcəyini araşdırır. Nitq və hərəkətə nəzarət kimi sahələri sınaqdan keçirdiklərini deyən Şoaran, “Məqsədimiz müxtəlif nevroloji xəstəliklərə uyğunlaşdırıla bilən çox yönlü beyin-kompüter interfeysini inkişaf etdirərək xəstələrə daha geniş həllər təklif etməkdir”, – deyib.