vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
16:16 | 6 aprel 2014 | Bazar Məqaləyə 2368 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qaydalar dəyişir

«Sürücülər bu qərarla razılaşmağa məcburdurlar»

MÖVZU İLƏ ƏLAQƏLİ

«İritonnajlı nəqliyyat vasitələrinin yük normaları ilə bağlı qaydaları dəyişdirilir». Bunu AzNews.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katibliyinin məzuniyyətə göndərilən rəisi Namiq Həsənov bildirib.

 

N. Həsənov deyib ki, Nazirlər Kabinetində iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qərarın qəbulu yaxın günlərdə gözlənilir: «İritonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yüklənməsi yolları yararsız hala salır. Bunun qarşısının alınması məqsədi ilə martın 14-dən hökumət müvəqqəti yeni hədlər müəyyən edib. Müvəqqəti qərara əsasən, ikioxlu avtonəqliyyat vasitəsi ilə 18 tonadək, üçoxlu avtonəqliyyat vasitəsi ilə 30 tonadək, dördoxlu avtonəqliyyat vasitəsi ilə 40 tonadək, beşoxlu avtonəqliyyat vasitəsi ilə isə 44 tonadək yük daşınmasına icazə verilib. Bu qərardan sonra yollarda vəziyyət normallaşmağa doğru getməkdədir. Əvvəllər narazılıq etmələrinə baxmayaraq, artıq sürücülər bu qərarla razılaşmağa məcburdurlar. Bəzi sürücülər bu məsələdən xəbərdardır. Bu müvəqqəti qərardan xəbəri olmayan bəzi sürücülər arasında da maarifləndirmə işləri aparılır. Ancaq hesab edirik ki, bu məsələyə yenidən baxılmalıdır». 

N. Həsənov vurğulayıb ki, bəzən tamah məqsədi ilə sürücülər bu qərara riayət etməkdən yayınırlar: «Nəqliyyat Nazirliyi Daxili İşlər Nazirliyi ilə birlikdə bu cür qeyri-qanuni halların qarşısının alınmasına çalışır. Qaydaları pozan bütün sürücülər müvafiq qaydada cərimələnəcək. Bu müvəqqəti qərar daimi olmayana qədər bunun tətbiqi ilə bağlı çətinliklər yaranacaq. Hazırda da bu çətinliklər müşahidə olunmaqdadır». 

Nazirlik sözçüsü iritonnajlı nəqliyyat vasitələrinin yük norması ilə bağlı yeni qaydaların nədən ibarət olacağının təfərrüatı haqda tam bilgili olmadığını dilə gətirib: «Nəqliyyat Nazirliyi də bununla bağlı öz təkliflərini Nazirlər Kabinetinə təqdim edib. Hesab edirik ki, yeni qaydaların tətbiqindən sonra problem köklü surətdə həll olunacaq».