vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
14:37 | 7 aprel 2014 | Bazar ertəsi Məqaləyə 1643 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kerri Azərbaycana gəlsin, gəlməsin?

«ABŞ dövlət katibinin Bakıya səfəri Qarabağda müharibəni başlada bilər»

Əli RAİS

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ dövlət katibi Con Kerri yaxın günlərdə Cənubi Qafqaza səfər edəcək. Dövlət katibi səfər zamanı Azərbaycan və Gürcüstanda olacaq. Con Kerrinin Ermənistanı ziyarət edəcəyi barəsində isə hələki ABŞ Dövlət Departamentindən heç bir açıqlama verilməyib. Ərdoğanın, Türkiyə və Rusiyanın Baş Qərargah rəisinin, Con Kerrinin Bakıya səfərləri ard-arda gəlir. Eyni zamanda regionda baş verən gərgin hadisələr fonunda ölkə başçısının Türkmənistana səfəri, İran prezidentinin isə Azərbaycana səfərinin gözlənilməsi nələrdən xəbər verir?

Hafta.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə hesab edir ki, bütün görüşlərin mərkəzində qaz ixracı dayanır: «Ukraynada baş vermiş hadisələr Qərbi məcbur edir ki, Avropanın Rusiyadan qaz sahəsində asılılığını azaltsın. Onlar bu məqsədə doğru ilk addım kimi qaz mənbələrini axtarırlar. Doğrudur, Azərbaycan mövcud qaz mənbələrini Qərbə söz verir. Lakin ölkəmizdəki qaz ehtiyatları çox azdır. Demək tələb olunur ki, əlavə qaz mənbələri tapılsın. Bölgədə isə kifayət qədər qaz mənbəyi olan ölkələr İran və Türkmənistandır. İran məsələsində Amerika mühafizəkar mövqeyindən çəkinmir. Yəni onlar İran qazının Avropaya ixracını nədənsə, özlərinə sığışdırmırlar. Bu onların aləmində özlərinə etdikləri cərimədir. Bu baxımdan çalışırlar ki, Türkmənistan qazını Azərbaycanın çəkdiyi qaz kəmərləri vasitəsi ilə Avropaya ötürsünlər. Beləliklə də bu yolla Rusiyadan asılılıq səviyyəsi azalsın. Bu da çox mürəkkəb məsələdir. Çünki qaz kəməri Xəzər dənizinin daxilindən çəkilməlidir. Xəzərin statusu isə tam şəkildə müəyyənləşməyib. Azərbaycan, Rusiya və Qazaxıstanla öz münasibətlərini aydınlaşdırsa da İran və Türkmənistana qarşı bu kimi addımlar atılmayıb. Buna görə də Türkmənistandan Avropaya qaz satmağa hazır olsa da, üçüncü bir ölkənin ərazisindən istifadə olunmasına razılıq vermir. Bu məsələnin həlli üçün Qərb çox çalışır. Lakin Rusiya və İran fərqli mövqe nümayiş etdirir. Onlar bu müqavilənin gerçəkləşməsini Xəzər üçün ekoloji baxımdan təhlükəli hesab edirlər. Məlum məsələdir ki, burada əsas məqsəd ekologiya deyil. Bu ziddiyyətlər İran və Rusiyanın öz qazını Avropa bazarına çıxarmaq istəyindən irəli gəlir».

Politoloq bildirir ki, Con Kerri səfərinin mənası yoxdur. Çünki artıq Qərb, Ukrayna məsələsində Rusiyaya təsir etməməsi ilə özünə olan inamları itirib: «Ərdoğanın, Con Kerrinin səfəri və digər sadalananlar hamısı regional qaz probleminin həlli üçündür. Azərbaycan tərəfi bu məsələdə ziddiyyətli mövqedə deyil. Rəsmi Bakı açıq şəkildə bildirir ki, bizim üçün heç bir problem yoxdur. Sadəcə olaraq bu prosesdən Rusiya narazıdır. Müqavilənin gerçəkləşməsi nəticəsində isə Rusiya digər ölkələr kimi Azərbaycana da təzyiqlər edə bilər. Təbii ki, Qərb də Rusiyanın bu addımlarından Azərbaycanı qoruyacağına dair heç bir təminat verə bilməz. Rusiya istəsə, Ermənistana əmr verib Qarabağ müharibəsini başlaya, və yaxud da etnik qruplaşmaları qaldırıb separatizm yarada bilər. Azərbaycan hakimiyyəti də bunu başa düşərək bildirir ki, sizin qaz təhlükəsizliyiniz naminə ölkə mənafeyini zərbə altına qoya bilmərik. Buna görə də Con Kerri Bakıya səfər edərək, məsələ ilə bağlı danışıqlar aparmaq istəyir. Lakin artıq ona da heç kim inanmır. Çünki Ukrayna hadisələri göstərdi ki, Qərb Rusiyanın qarşısını ala bilmir, yaxud da almaq istəmir. Bu səfər uzun müddətli diplomatiyanın növbəti mərhələsidir. Con Kerrinin yadına bunu da salacaqlar ki, sizin enerji probleminiz var, bizim isə Qarabağ. Siz Ermənistana böyük köməkliklər etsəniz də Azərbaycan üçün heç nə etmirsiniz. Ölkə başçısının da Türkmənistana səfəri ehtimal ki, bu məsələlərlə əlaqədardır». (Hafta.az)