vaxtlı-vaxtında oxuyun! Cümə, 17 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
09:26 | 8 aprel 2014 | Çərşənbə axşamı Məqaləyə 1337 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ hərbi gəmisi Qara dənizə istiqamətləndi

«Rusiyapərəst nümayişçilər yerli sakinlər deyil»

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Ağ Ev Ukraynada baş verən hadisələrlə bağlı bəyanat açıqlayıb. «Bizdə tutarlı sübutlar var ki, Ukraynanın 3 şəhərində hökumət binalarını ələ keçirən Rusiyapərəst nümayişçilər yerli sakinlər deyil, onlar bu hərəkəti pul müqabilində həyata keçirən kənar şəxslərdir,» deyə bəyanatda bildirilir.

Ağ Evin sözçüsü jurnalistlərə bildirib ki, Obama administrasiyası Rusiyaya Ukraynanın şərqinə müdaxiləyə son qoymalı olduğunu deyib və Moskva çağırışa əməl etməyəcəyi təqdirdə sanksiyaların daha da gücləndiriləcəyini bildirib.

Sözçü deyib ki, Rusiya Ukraynanın şərqində gizli və ya aşkar şəkildə fəaliyyətlərini genişləndirsə, bu, ciddi provokasiya kimi qiymətləndiriləcək.

Bu gün ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla Ukrayna barədə danışıq aparıb. Kerri Lavrova deyib ki, Ukraynanın şərqindəki hadisələr spontan şəkildə baş vermir.

Bu arada Pentaqon təsdiq edib ki, ABŞ hərbi dəniz gəmisi regiondakı avropalı müttəfiqlərə dəstək vermək üçün Qara dənizə istiqamət alıb. Gəminin bir həftə içərisində dənizə çatması gözlənilir («Amerikanın səsi»).