«Boş söhbətdir ...»
Arif Rəhimzadə: «5-6 axmaq adam yığılıb ora, hansısa maraqları var»
Elşad PAŞASOY
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
-
Üç Vladimirin davası
Doğrudanmı Zelenskinin bu qələbəsi də təsadüfdür?...
Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri Arif Rəhimzadə «Yeni Müsavat»a müsahibə verib. Müsahibimlə Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik, Putinin SSRİ-ni bərpa etməklə bağlı iddialarının fonunda Azərbaycanı gözləyən təhlükələr, şimaldan gələn təhdid mesajları və Azərbaycandakı nurçular haqda iddialardan danışdıq.
- Arif bəy, Azərbaycanda Rusiyanın «altıncı kolon»unun hərəkətə keçdiyi barədə son vaxtlar məlumatlar yayılmaqdadır. Bu barədə nə deyə bilərsiniz və ümumiyyətlə, Rusiyadan Azərbaycana təhlükə görürsünüzmü?
- Tamamilə boş söhbətdir. Ondan ötrü bir əsas olmalıdır, belə bir əsas yoxdur axı. Rusiyanın bura gəlməsinə nə əsas var ki, onun «kolon»u da olsun? Bir-iki nanəcib insan varsa, onu ələ keçiriblərsə, deyə bilmərik ki, belə hal yoxdur. Amma «kolon»un olması... «Kolon» müəyyən qüvvə deməkdir.
- Azərbaycan Kommunist Partiyası Putinə Krımın ilhaqı ilə bağlı məktub göndərmişdi...
- Mən onu sizdən eşidirəm. Belələri axmaq adamlardır. Tamamilə düşünülməmiş bir addımdır. Biz ilk növbədə özümüzü fikirləşməliyik. Biz ərazi bütövlüyü məsələsini həmişə əsas götürürük. BMT-də Ukrayna ilə bağlı səsvermə zamanı da biz bu mövqeyimizi müdafiə etdik. Onlardan ötrü Azərbaycan heç nədirsə, Azərbaycanı itirmək niyyətindədilərsə, axmaq adamlardır. Kommunist Partiyasının neçə üzvü var? 5-6 axmaq adam yığılıb ora, hansısa maraqları var.
- Azərbaycanda SSRİ-nin bərpa olunması istiqamətində gizli ideoloji təbliğatın aparıldığı barədə yanaşmalar haqda nə deyə bilərsiniz? Məsələn, üzərində SSRİ yazılmış köynəklər nümayiş olunur, rus dili yenə ailələrdə birinci dil statusundadır...
- Rus dilini bilməyimiz pis bir şey deyil. İngilis dili də, digər dillər də olmalıdır. Nə qədər çox dil bilsək, o qədər yaxşıdır. Rusiya bizim böyük qonşumuzdur, bizə müsbət və mənfi təsir etmək imkanında olan bir dövlətdir. Əlbəttə, bunun dilini də, ənənələrini də bilməliyik. İndi kimsə rus dilinə daha çox üstünlük verirsə, bu, düz deyil. İlk növbədə Azərbaycan dilini bilmək lazımdır. Üzərində SSRİ yazılan maykalar ki, geyirlər. Mən sizi inandırıram, sorğu keçirsəniz görərsiniz ki, bunlar SSRİ-nin mənasını başa düşmürlər. Bəlkə də bunlara «nurçu» söhbəti kimi müftə mayka veriblər, onlar da geyinirlər.
- Rusiyalı politoloq Duqin demişdi ki, Bakı Ukraynaya səs verdiyinə görə cəzalandırılacaq. Bundan əvvəl də Jirinovskinin hədələri olmuşdu. Bu hədələri ciddi saymaq olarmı?
- Jirinovski uşaqbazlığa görə məhkum olunmuş adamdır. Türkiyədə buna xeyli əziyyət veriblər, başına oyunlar gəlib. Odur ki, bu şəxsdə türk xalqına qarşı sümüyünə işləmiş bir nifrət hissi var. Odur ki, harda gəldi ağzına gələni danışır. Özü də bu adam iqtidarın fikirlərini müəyyən qədər ifadə edən adamdır. Keçmişdə saraylarda təlxəklər olurdu, Jirinovski onun kimi bir şeydir. Rusiya rəhbərliyini təmin edən ağıllı söz də deyir, ancaq təlxək formasında. O, yüksək səviyyədə olan meylləri bilir və deyir.
- Deməli, bu adam həm də Putinin sözünü deyir.
- Şübhəsiz ki, o, həm də Rusiya elitasının sözünü deyir. Ancaq bu, incimiş bir adamdır da, həmişə deyəcək. Ona çox da diqqət yetirmək lazım deyil.
- Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi təhlükəsi nə qədər ciddidir?
- Boş söhbətdir, Qarabağ Rusiyaya nə təhər birləşə bilər? Onda Rusiyanı Ayla da birləşdirsinlər də.
- Bir müddət əvvəl Krımın birləşdirilməsi də inandırıcı görünmürdü.
- Yox, heç olmasa Krımla ümumi sərhədi var. Krım uzun müddət Rusiyanın tərkibində olub, Rusiya ondan ötrü uzun müddət müharibə aparıb. Bunlar cəfəng söhbətlərdir.
- Hesab olunur ki, bu gün Azərbaycanın müstəqilliyini Rusiyaya qurban verməyə hazır olan müəyyən bir kəsim var. Siz necə düşünürsünüz?
- Mən hesab etmirəm ki, Azərbaycanda elə qüvvələr var. Mümkündür ki, ayrı-ayrı insanlar olsun, ancaq buna qüvvə demək olmaz. Ola bilsin kiminsə qəlbində Rusiyaya meyl var, amma bu meylə görə heç kəsi cəzalandırmaq olmaz. Amma kimsə belə bir çağırış edirsə, aksiya keçirirsə, əlbəttə, onun qarşısı alınmalıdır.
- Azərbaycanda nurçuluqla bağlı da müzakirələr gedir. Belələrinin parlamentdə olması barədə iddialar haqda nə deyə bilərsiniz?
- Azərbaycanda heç sünni, ya şiələrə fərq qoyan adamlar da yoxdur. Ümumiyyətlə, dinlə maraqlanmayan adamların arasında nurçu axtarmaq absurddur. İndi kiməsə hörmət edib harasa səfərə dəvət ediblərsə, bu, onların nurçu olması demək deyil. Əlbəttə, gərək o adamlardan uzaqlaşaydılar. Kimsə sayıqlıq göstərməyibsə, bundan istifadə edib onu nurçu saymaq tamamilə boş söhbətdir. Ümumiyyətlə, Azərbaycanda sünni-şiə problemi də yoxdur, nəinki nurçu. Hansı nurçuluqdan söhbət gedə bilər?
- Ancaq belə iddialar var ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan hakimiyyətinə burdakı nurçuların siyahısını təqdim edib...
- Ola bilsin kimlərsə o qüvvələrin maliyyə imkanlarından istifadə edib səfərə gedib. Bu, o demək deyil ki, onlar nurçudur. Ancaq 1-2 dəfə yox, 3-4 dəfə gediblər. Bu adamlar gərək bu addımı atmazdan qabaq düşünəydilər.