

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Son bir həftədə 4 trilyon dollar itki var
ABŞ Polşanın texnoloji şirkətlərə rəqəmsal vergi tətbiq etmək planına reaksiya verib
Tramp administrasiyası ABŞ-ın sığınacaq müraciətini ölkəni tərk etmə sisteminə çevirir
Trampa sui-qəsd cəhdində kömək edən Kurran ABŞ Məxfi xidmətinin rəhbəri oldu
İlon Maska dəstək üçün ...
Əlli din xadimi üç türkdilli dövlətin “İbrahim sazişin”nə əlavə olunmasını istəyir
Qubernator elektrik enerjisinin tamamilə kəsilməsi ilə təhdid edir
ABŞ Enerji Naziri: “Qlobal istiləşmə müasir iqtisadiyyatın yan təsiridir”
ABŞ-da kran suyunda flüoridin qadağan edilməsi üçün ilk addım atıldı
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Trampın nifrət etdiyi proqnozlar
Siyasətdən təqaüdə çıxmaq: Rəngli corabları ilə məşhur olan Trüdo bu nöqtəyə necə gəldi?
Çin bəzi Kanada idxalına cavab tarifləri tətbiq edəcək, fond bazarları və yuan dəyər itirir
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Kanadanın mümkün baş naziri Mark Karni kimdir?
Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra İran prezidenti Məsud Pezeşkianın hökumət komandasının üzvləri danışıqlar masasına qayıtmaq barədə Vaşinqtona nazlı mesajlar göndərir. Tramp həmçinin administrasiyasının ilk günlərində İranı tərifləyərək Tehranın nüvə silahı olmadan “böyük və uğurlu ölkə” olacağına ümid etdiyini bildirmişdi.
Məsud Pezeşkian hökumətinin bir çox rəsmiləri dəfələrlə “Tramp administrasiyasından hələ heç bir mesaj almadıqlarını” bəyan edirdilər. Bu onu göstərir ki, yeni rəhbərliklə ünsiyyət kanallarını aktivləşdirmək istəyi və həyəcanı var. Çünki iqtisadiyyata cavabdeh olan məmurlar əvvəllər xəbərdarlıq etmişdilər ki, beynəlxalq sanksiyalar davam edərsə, ölkə iqtisadi çöküşlə üzləşəcək.
Yanvarın 29-da Məsud Pezeşkian jurnalistlərə, “Biz hələ ABŞ-ın yeni administrasiyasından heç bir mesaj almamışıq”, – demişdi. Xarici işlər naziri Abbas Araqçı daha sonra Pezeşkianın sözlərini təkrarlayaraq, “ABŞ administrasiyasından dəqiq bir mesaj almadıq. Biz ona nə mesaj göndərmişik, nə də ondan mesaj almışıq, deyilənlər sadəcə medianın spekulyasiyasıdır”, – açıqlamasını vermişdi.
İran prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif isə İsraildən başqa hamı ilə danışıqlara inandığını bildirib: “Biz əvvəlcə ABŞ-ın mövqeyini bilməliyik”.
İran prezidenti Məsud Pezeşkian ABŞ-da yerləşən NBC televiziyasına verdiyi açıqlamada Tehranın ABŞ ilə “əsas danışıqlara” hazır olduğunu vurğulayıb. Cavad Zərif Davos Forumundaki təmasları zamanı, “Ümid edirəm ki, cənab Tramp ikinci müddətində daha yenilikçi və realist olacaq və nüvə sazişindən çıxmasının bizə nəyə başa gəldiyini biləcək”, – demişdi.
ABŞ-la danışıqlar aparmaq istəyi İran daxilindəki “mühafizəkar hərəkat”ın diqqətindən yayınmadı. Bu bəyanatlar istər Xameneyiyə bağlı radio və televiziya kanallarında, qəzetlərdə, media mərkəzlərində və hətta məscid minbərlərində öz mövqelərini ifadə etmək üçün platformaları olan mühafizəkar məmurların güclü müxalifət dalğasına səbəb oldu.
Ekspertlər Assambleyasının sədri Məhəmməd Əli Müvahhidi, “Şübhə yoxdur ki, aramızda ABŞ və İsraildən qorxanlar var. Onlar ABŞ-ın təhdidlərinə aldanmamalıdırlar. Çünki ABŞ-ın güclü olduğu doğrudur, lakin Allah ondan daha güclüdür”, – deyib.
Fars-molla rejiminin Xameneyinin Əsərlərinin Mühafizəsi və Yayılması İdarəsinin üzvü Mehdi Fəzaili “Hemşehri” qəzetində məqaləsində, “İran və ABŞ arasında aparılan danışıqlar ABŞ-ın mövqeyinin dəyişdirilməsinə böyük təsir göstərir. Bu, bütün dünyaya böyük xəyanətdir, – yazıb.
Tehran parlamentinin deputatı Murtaza Mahmud deyib ki, “Prezidentə danışıqlar teatrı oynamağı tövsiyə edən şəxs ya işini bilməyən məsləhətçidir, ya da içərimizə sızmış ünsürdür”.
Məşhədin müavini Əli Əsgər Nəxayrad bildirib ki, İran prezidentinin ABŞ-la danışıqlar aparmaq səlahiyyəti yoxdur. “Qasım Süleymaninin qatillərindən qisas almaq Rəhbərin verdiyi qərardır və Pezeşkian öz səlahiyyətləri çərçivəsində danışmalıdır”.
Pezeşkian NBC telekanalına, “Biz Donald Trampa sui-qəsd etməyi planlaşdırmırıq və birbaşa danışıqların əleyhinə deyilik. Öz vədlərinə və öhdəliklərinə əməl etməyən qarşı tərəfdir”, –deyib.
ABŞ prezidenti Donald Tramp İranın mübahisəli nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyini vurğulayaraq, İrana qarşı mövqeyində əvvəlki vəzifəsində olduğundan daha çevik görünür. O, həmçinin yeni nüvə sazişinin imzalanmasının vacibliyini vurğulayıb və “böyük və uğurlu İran” görəcəyinə ümid etdiyini bildirib. “ABŞ və İsrailin İran daxilində qan tökmək istəməsi ilə bağlı iddialar doğru deyil”
O, İranla döyüşmədən razılaşmanın zəruriliyinə işarə edərək, “İrana sülh yolu ilə böyümək və inkişaf etmək imkanı verəcək, qiymətləndirilə bilən dinc nüvə sazişinin imzalanmasına” üstünlük verdiyini bildirib. Tramp bu bəyanatları Tehrana maksimum təzyiqi yenidən həyata keçirən müvafiq sərəncamlar imzaladıqdan sonra verib. O, imzalanma zamanı bu təzyiqlərin canlandırılması üçün göstəriş verməkdən çəkindiyini də vurğulayıb.
İran beynəlxalq sanksiyalara görə çıxılmaz iqtisadi böhranla üz-üzədir. Bu vəziyyət özünü milli valyutanın dollara nisbətdə ucuzlaşması, işsizliyin geniş vüsət alması və yüksək inflyasiya göstəricilərində özünü büruzə verir. Üstəlik, Donald Tramp ABŞ administrasiyasındakı ilk ayını tamamlamazdan əvvəl İranda dollar yeni artım qeydə alaraq 91,5 min tümənə çatıb, Britaniya funt sterlinqinin qiyməti isə 111,4 min tüməni keçib. Trampın ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldiyi elan olunduqdan sonra 3 ay ərzində İran bazarlarında dolların qiyməti 25 faiz, qızılın (külçə) qiyməti isə 29 faiz artıb. Bu, artıq sanksiyalardan sıxılan İran iqtisadiyyatına yeni zərbə oldu.
İranın İqtisadiyyat naziri Abdel Nasser Hemmati, “Sanksiyalar bizim üçün böyük təhlükədir və onların aradan qaldırılması bizim əsas prioritetimiz olmalıdır. Neft sanksiyalarının ləğvi bizim üçün həmişəkindən daha vacib olub”, – deyib.
İran dünya ölkələri ilə ticarətdə böhranla üzləşib. İran gömrüyünün son statistikasına görə, ölkənin 178 ölkə ilə kommersiya mübadilələri var və bu mübadilənin 80 faizi cəmi 10 ölkə ilədir. Bunlardan 7-si qonşu ölkələr və Yaxın Şərq regionundan, 2-si Asiyadan, 1-i isə Avropadandır.
Bu statistikaya əsasən, Tehranın ən böyük iqtisadi tərəfdaşları müvafiq olaraq Çin, BƏƏ, Türkiyə, İraq, Hindistan, Pakistan, Rusiya, Oman, Almaniya və Əfqanıstandır. İran iqtisadi sisteminin idxala əsaslanması nəticəsində İran bazarlarında əsas və təyinedici vahid olan dolların dəyəri müxtəlif əsas malların qiymətlərinə əhəmiyyətli dərəcədə təsir edir. Valyuta məzənnəsinin son üç ayda görünməmiş sürətlə artdığı bir vaxtda iranlıların 80 faizindən çoxu, xüsusilə dövlət və özəl qurum və təşkilatlarda çalışanlar və dövlət qulluqçuları gəlirlərinin dəyişməz qaldığını və maaşlarının əhəmiyyətli dərəcədə artmadığını görüblər.
Son günlər bir çox biznesmen, emalatxana və iş adamı milli valyutanın məzənnəsinin kəskin dəyişməsi nəticəsində dəymiş itkilərə görə təsərrüfat fəaliyyətini dayandırıb. Məsud Pezeşkian hökuməti iqtisadiyyatı dirçəltmək üçün bir çox problemlərlə üzləşsə də, ölkə daxilində “mühafizəkarlar” tərəfindən ABŞ və onun müttəfiqlərinə qarşı sərt mövqe tutmağa çağırışlar gəlir. Onlar həmçinin ABŞ-la danışıqlara qarşı çıxırlar ki, bu da böhranın daha da gərginləşəcəyinin göstəricisidir. Seçkilər öncəsi xalqa verdiyi, əsasən də iqtisadi vədləri yerinə yetirə bilməsə, istefa verəcəyini deyən islahatçı Prezidentə gəlincə, o, çökən iqtisadiyyat və sanksiyaları ləğv etmək istəyini nümayiş etdirməyən hərəkatla üz-üzədir və çətinliklərin özünü təmin etmək və yerli iqtisadiyyatın canlanması üçün bir fürsət olduğunu bildirir. Sahə ilə bağlı statistika və nəticələr radikal mühafizəkarların iddialarından uzaq görünür.