

Keçmişdəki kimi, gələcəkdə də Rusiya yeni maşalarla müstəqil siyasətimizə həmlələr edəcək
Bağışla məni ATA…
Rusiyalı hərbi ekspert Qarabağda savaşın başlayacağı təqdirdə mümkün ssenarilərdən yazır
«Milyarderlər ittifaqı»nın ən qalmaqallı üzvü Qarabağ münaqişəsinin həlli üçün nə təklif edir
İndi orda əsən küləklər kimsənin saçlarını dağıtmır...
Mənə desələr ki, sənin ruhunu alırıq kimin həyata qayıtmasını istərsən. Seçəcəyim az saylı insanlardan biri də əfsanə komandir Mehman Ələkbərov olar.
“Sizi əmin edirəm ki, bütün qüvvəmi Azərbaycanın azadlığı, torpaqlarımızın qorunması uğrunda mübarizəyə sərf edəcəyəm”, – deyən Gəncə batalyonunun əfsanəvi komandiri Mehman Ələkbərov.
Mehman Ələkbərov 1957-cı ildə Gəncə şəhərində anadan olmuşdu. Mehman H. Zərdabi adına Gəncə Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsini bitirib. Əvvəl Şamaxıda məktəb direktorunun müavini, sonra isə Gəncədə 1 saylı internat məktəbində və 36 saylı məktəbdə müəllim işləyib.
1990-cı ilin yanvar günlərində Todan, Sarısu, Çaykənd kəndlərinə erməni quldurlarıyla şiddətli döyüşlər gedən vaxt Mehman özünün yaxın silahdaşları ilə birlikdə həmin kəndlərin müdafiəsində iştirak edib. Yaxın dostlarının həlakına və erməni qəsbkarlarının azğınlığına dözə bilməyən Mehmanın vuruşmaq əzmi daha da güclənib və Gəncə batalyonunun yaradılmasına nail olub. O, öz batalyonu ilə birgə Tərtərin, Ağdərənin, Goranboyun, Xanların kəndlərinin müdafiəsində iştirak edib və şərəfli döyüş yolu keçib. 17 fevralda Qaradağlıda baş verən soyqırımında birbaşa iştirakçı olan “Arabo” batalyonu məhv edən, Qaradağlının qisasın alan Qarabağda hərbi əməliyyatlar aparan 2-ci korpusun 123-cü polku tabeliyində olan Gəncə taborunun komandiri olub.
Həsənqaya kəndinin qırağında Mehman Ələkbərovun məharətli manevri (gedişi) sayəsində erməni qüvvələri mühasirəyə alındı. 171 nəfər şəxsi heyətə malik olan, ən axırıncı müasir silahlarla silahlanmış bu muzdlular dəstəsi 146 nəfərlik 123-cü rotanın 2-ci Gəncə taboru tərəfindən tamamilə məhv edilib. Taborun komandiri M.Eqizaryan 3 nəfərlə hər şeyini atıb qaça bilmişdi. 167 nəfər düşmən cəsədi Həsənqaya kəndinin kənarında qalmışdı.
Beləliklə, Avropanın mifləşdirilmiş ən güclü müzdlu taborlarından biri sayılan, Xocalı və Qaradağlı soyqırımının bir nömrəli günahkarlarından olan “Arabo” taboru qeyri-bərabər döyüşdə Mehman Ələkbərovun məharətli manevrləri ilə bacarmayaraq, panikaya düşüb və məhv edildi. Ən müasir silahlarla silahlanmış, böyük döyüş təcrübəsi olan 171 nəfərlik tabora qarşı atıcı silahları olan 146 nəfərlik könüllülər taboru vuruşurdu.
Lakin… 1993-cü il iyunun 4-də, Gəncədə 709 saylı hərbi hissə dövlət qoşunları tərəfindən mühasirəyə alınarkən Mehman qardaş qırğınının qarşısını almaq məqsədiylə əlində ağ bayraq onlara tərəf gedib və silahları endirməyə çağırıb. Ancaq Mehmanın bu çağırışı onu ölümün girdabına itələyib, Mehmanın çağırışına güllə ilə cavab verən “qardaşlar” onu amansızlıqla güllələyib.
Bu cürə əfsanə hələ də Milli Qəhrəman adına layiq görülməyib.