«Elə nazirliyin də günahı az deyil»
«MDB məkanında ən bahalı rouminq bizdədir»
DUYĞU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Oyun, yoxsa ölüm tələsi?
Valideynlərin nəzarət etməməsi uşaqları «Mavi Balina»ın ovuna çevirir
-
«Biznes mələkləri»ni «oyun»a necə cəlb etməli?
Dünya iqtisadiyyatında böyük payı olan «oyun biznesi»nə azərbaycanlı sahibkarlar maraq göstərmirlər
-
«Bəzi komitələr də ləğv edilməlidir»
«Effektiv idarəetmə mexanizmlərinin yaradılması «Strateji Yol Xəritəsi»ndə önə çəkilən məsələlərdən biri idi»
-
«Nəticələrdən danışmaq tezdir»
Ölkə xaricindən internetlə təhqir edənlər necə cəzalandırılacaq...
-
Azərbaycanda internetin sürəti niyə zəifləyib?
«Provayder 4 mb sürətin pulunu alıb, əvəzində 3 mb verir»
-
Cəmi 8 bank
İpoteka təklif edənlərin sayı azalır
-
Azərbaycan internetinə İran nəzarət edir?
«Delta Telecom» bu suala cavab verə bilməyib
-
«Sabitdir!»
«Fitch Ratings» Azərbaycanın reytinqini yenilədi
-
Mobil operatorlar hədəfdə
Nazirlik onlara qarşı məcburi tədbirlər görəcək
-
«Rouminq» Avropada pulsuz olur
İttifaq internet provayderləri ilə bağlı qaydalarısa sərtləşdirəcək
-
AİF dəyirmi masa keçirdi
«İnternet medianın informasiya təhlükəsizliyi» müzakirə edilib
-
«Abonentlər aldadılır»
Osman Gündüzdən iki nazirliyə qarşı ittiham
-
«Azərpoçt» çöküb?
«800-ə yaxın filialı olan şəbəkədə...»
-
Mobil bicliklər
«Çox vaxt abunəçilər bilmirlər ki, hansı kampaniya sərfəlidir, üstünlükləri nədir»
-
Osman Gündüzdən etiraz
QHT rəhbəri telefon qiymətlərinin bahalaşmasından narazıdır
-
«Bizdəki mobil danışıq və mobil İnternet tarifləri həm regionda və həm də dünyada ən yüksək və şişirdilmiş tariflərdir». Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz öz «Facebook» səhifəsində məlumat verib.
«Mobil internet və onun keyfiyyəti isə
lap biabırçılıqdır. Uzağa getmək lazım deyil , elə nazirliyin yaxınlığında
mobil internetdən istifadə edərək bunu görmək olar. Təklif edərdim ki
nazirliyin tənzimləyici şöbəsinin əməkdaşları öz otaqlarından mobil internetə
daxil olub baxsınlar ki necə tənzimləyirlər. Təsəvvür edin ki qonşu ölkələrlə,
lap elə Türkiyə ilə müqayisədə bizdəki mobil danışıq tarifləri az qala 3 dəfə
yüksəkdir. Baxmayaraq ki, son dövrlərdə həqiqətən də operatorlar tərəfindən
endirimlər edilib amma yenə də qonşu ölkələrə müqayisədə qiymətlər bahadır».
Eskpertin sözlərinə görə, Avropada roumuinq ödəmələrinin ləğv edilməsi gündəmdə olduğu bir vaxtda MDB məkanında ən bahalı rouminq bizdədir. «Əksəriyyət insanlar xaricə gedəndə məcburdur ki ya telefonu söndürsün və ya effektiv - səmərəli istifadə etməsin. Reallıq budur ki həm danışıq tarifləri , həm mobil İnternet və həm də rouminq tarifləri kifayət qədər yüksəkdir və real xərcləri əks etdirmir.
AİF prezidenti Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin də bostanına daş atıb: «Bu cür mühitin yaranmasında elə nazirliyin də günahı az deyil. Adicə nömrə daşınması məsələsini elə vəziyyətə gətirdilər ki, sonda bu siyasət iflasa uğradı. Gözləntilər özünü doğrultmadı. Nömrə daşınma rəqabət mühitinin inkişafına hər hansı müsbət təsir etmədi. Abonent uğrunda hər hansı mübarizə filan müşahidə olunmadı. Yalnız korporativ müştərilər uğrunda hansısa gəlişmələr müşahidə olunur. Səbəb isə əslində 2008-ci ildən gündəmdə olan bir məsələnin - nömrə daşınmasının süni surətdə ləngidilərək 7 il uzadılmasında idi. Artıq bütün istifadəçilərin cibində hər üç mobil operatoru nömrəsi olandan sonra təbii ki nömrə daşınması heç bir dəyişiklik yaratmayacaqdı».