vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
PROBLEM  
12:42 | 6 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 3053 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda internetin sürəti niyə zəifləyib?

«Provayder 4 mb sürətin pulunu alıb, əvəzində 3 mb verir»

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Son günlər ölkədə internetin sürəti zəifləyib. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Modern.az-a açıqlamasında ölkədəki internetin ümumi sürətinin zəifləməsinə belə aydınlıq gətirib. «Azərbaycanda adambaşına düşən internet sürəti həcminə görə elə də yüksək səviyyədə olan ölkələr sırasında deyil. Beynəlxalq qurumlarda bununla bağlı statistika var.

Hətta, statistik hesabatlarda Azərbaycan qonşu ölkələr olan Rusiya, Qazaxıstan, Türkiyə və digər ölkələrdə internetin sürəti adambaşına 8-10-15 meqabaytdır (MB). Bizdə isə 4-5-6 mb-dır. Bizdə geniş sürətli internet infrastruktur əsasən telefon xətti üzərindədir. Yəni EDS texnologiyadır. Geniş sürətli internet əldə etməyin bir neçə texnoloji üsulu var.

Biri ADSL, digəri 3G-dir. Azərbaycanda ADSL-dən istifadə daha çoxdur. Bu isə artıq köhnəlmiş texnologiya hesab olunur. Biz ADSL-lə 10 mb istəsək də bu mümkünsüzdür. Gedib provayderlə 10 mb müqavilə bağlasaq, internet evimizə gəlib çatmayacaq. Ona görə də gərək bizim «Fiber» xəttimiz olsun. Hazırda Azərbaycanda texnoloji infrastruktur daha sürətli və keyfiyyətli internet almağa imkan vermir».

Ekspert internetin zəifləməsinə görə, provayderlərə də diqqət çəkib.

«Normal infrastrukturla internet əldə etməməyin kökündə provayderlərin məsuliyyətsizliyi durur. İkincisi də infrastrukturun özünün köhnə olmasıdır. Telefon xətti köhnə, üstəgəl, provayderin məsuliyyətsizliyi var ki, müqavilədə olan sürəti sizə göndərmək üçün gərək provayderin özü normal internet ala.

Məsələn provayderin 1000 müştərisi varsa, ona uyğun «Delta Telekom»dan internet almalıdırlar. Amma provayderlər «Delta Telekom»dan az alıb çox adama verirlər. Burada da çəkidə aldatma baş verir. 4 mb əvəzinə, 3 mb verir. Amma 4 mb-ın pulunu alır. Bu da problemin bir hissəsidir».