vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
22:16 | 2 oktyabr 2017 | Bazar ertəsi Məqaləyə 3265 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnternetdə alış-veriş bizi necə zəif salır…

Rahatlığına baxmayaraq əzələlərimi məhv edir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Telegraph» yazır ki, İnternet bazarlığı və alış-verişi başlayanda çoxları rahat nəfəs aldı ki, canları supermarketlərə gedib oradakı basabasda olmaqdan, ağır zənbilləri evə daşımaqdan qurtardı.

Lakin indi fizioterapevtlər həyəcan təbili çalırlar ki, bütün rahatlığına baxmayaraq internet bazarlığı bizim əzələlərimizin məhvinə yol açıb.

Onlar bildirir ki, bazarlıq yükünü evə daşımaq da fiziki təmrinlər etməyən milyonlarla adam üçün bir növ idman idi. Alimlərin fikrincə, cavanlıqda evə bazarlıq daşımaq ahıl yaşlarında adamların daha sağlam olmasına kömək edirdi.

Britaniya Fizioterapevtlər Cəmiyyətinin 2000 insanla apardığı sorğu göstərib ki, indi yaşı 65-dən yuxarı olanların 24 faizi ümumiyyətlə heç bir fiziki iş görmür.

Cəmiyyət xəbərdarlıq edir ki, belə adamlar yıxılmaq və başqa sağlamlıq təhlükələri qarşısında daha kövrəkdirlər.

Britaniya Milli Səhiyyə İdarəsinin təlimatlarına görə, adamlar həftədə heç olmasa iki dəfə əzələ gücləndirən təmrinlə məşğul olmalıdırlar. Bu mənada elə yük qaldırmaq, baqqal dükanından dolu zənbili evə daşımaq da fiziki hərəkətlər hesab edilə bilər.

Təlimatlarda deyilir ki, yaşı 65 və daha çox olanlar hətta addımlamaq və tullanmaq kimi (rəqs etmək də bura daxildir) təmrinlər edə bilərlər.

Cəmiyyətin sədri Karen Middleton deyir ki, internetlə alış-veriş, bizi təkcə supermarketdən zənbil daşımaqdan yox, hətta başqa, daha yüngül şeyləri almaq üçün şəhərin başqa yerinə getmək zərurətindən də azad edib.

Yəni söhbət ümumiyyətlə hərəkətsiz həyat tərzinin təşəkkül tapmasından gedir.

Alim bildirir ki, o müasirliyin əleyhinə deyil, amma insanlar fiziki hərəkətin həyati məna daşıdığını unutmamalıdırlar.

Xanım Middleton deyir ki, adamlar zəifləmənin və gücsüzlüyün qocalığın təbii yol yoldaşı olması barədə inancdan xilas olmalıdırlar.

Alim izah edir ki, heç kim yaşlılardan idman zalına gedib turnikdə dartınmalarını istəmir, amma bağ-bağatda yer şumlamaq, ağac, gül əkmək də idmandır.

Onun fikrincə, oturduğun kresloda gündə on dəfə qalxıb-əyləşmək kimi xırda hərəkətlər də faydalı sayılır.

Yaşlıların İctimai Sağlamlığı təşkilatından doktor Castin Varni (Justin Varney) deyir ki, əslində insanın sümükləri daha cavan yaşlardan, hardasa 20 yaşlarından zəifləməyə başlayır. 40 yaşlarında əzələlərin əriməyə başlaması müşahidə olunur.

Professorun fikrincə, elə buna görə də insanlar öz sümük-əzələ sistemlərinin möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə erkən yaşlardan başlamalıdırlar.