Merin daha bir inhisarı
Hacıbala Abutalıbov bələdiyyələrin daha bir funksiyasını əllərindən aldı; parkinqlərdə qiymətləri Tarif Şurası müəyyən edəcək...
İqtisadiyyat şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bakıya cavabdeh Bakı olmalıdır
Yaxud sağ əlin sol əldən xəbəri yoxdur
-
Şıx çimərliyində şlaqbaumları götürüldü
Sahibkarlara xəbərdarlıq edilib: “Yalnız xidmətə görə pul almaq olar”
-
Merdən “təmiz əl” xəbərdarlığı
Eldar Əzizov Meriyanın məmurlarını həbslə hədələdi
-
... Bağça müdirlərinə xəbərdarlıq
Meriyada keçirilən müşavirədə ...
-
İtirilən yaşıl milyonlar...
Abutalıbovun ən odioz kadrı işdən çıxarıldı
-
“Kupça”sız mənzil qalmayacaq
İlham Əliyevin inqilabi fərmanı
-
Eldar Əzizov baş direktoru qovdu
Şiddətli töhmət və sonuncu xəbərdarlıq işə yaramadı
-
“Heç bir gecikmə olmayıb”
“Azərsu” Meriyanın ittihamlarına cavab verdi
-
“Kollektorlar vaxtında açılmadı”
Meriya “Azərsu”nu günahkar çıxrdı: ““Azərsu” fövqəladə hallara hazır deyil”
-
Deputatdan narazılıq
“Abutalıbovun səhvlərinə görə niyə vətəndaşlar əziyyət çəkməlidir?”
-
Bakıda söküntü skandalı
İstintaqa cəlb olunanların siyahısı böyüyə bilər
-
“Hər hansı təsəvvür yoxdur”
Meriya prezidentin imzalayacağı sərəncamı gözləyir
-
Gül bayramı ləğv edilib?
Bakı Meriyasından açıqlama
-
Abutalıbov üçün istefa hazırlığı
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
-
«Hazırda iş başındayam»
Hacıbala Abutalıbov: «Şeytana uzun ömür və can sağlığı arzulayıram»
-
«Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın»
Millət vəkili merə müraciət etdi
Bu il avtonəqliyyat vasitələrinin yerüstü parklanması Avropa standartlarına uyğunlaşdırılacaq. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbovun imzaladığı sərəncamda bildirilir. Sərəncamda deyilir ki, paytaxtın küçə və prospektlərində avtonəqliyyat vasitələrinin duracaq yerlərinin müəyyən edilməsi və duracaqlarda işin təşkili müstəsna olaraq BŞİH-in səlahiyyətlərinə aiddir.
Məsələ ilə bağlı danışan BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev «Turan»a açıqlamasında Fransadan xüsusi parkomatların sifariş edildiyini bildirib. Parklanma qiymətini Tarif Şurası müəyyən edəcək. Parkomatların ilk partiyası 1-2 aya Bakıya gətiriləcək. O vaxtacan yerüstü parklanma yerləri təyin ediləcək. Ödəniş nağd olmayacaq. Parklanma müddətinin başa çatması barədə sürücülərə SMS göndəriləcək. Yerüstü parklanmanın təşkili isə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə tapşırılıb. İşçilər müqavilə ilə işə götürüləcək. İndiyə qədər bu işlə bələdiyyələr və ya Nəqliyyat Nazirliyi məşğul olurdu.
H.Abdullayevin sözlərinə görə, yığılan vəsait dövlət büdcəsinə daxil olacaq. Sərəncama əsasən, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi duracağın səmərəli təşkili və qanunsuz duracaqların qarşısının səmərəli yollarla alınmasının təmin edilməsi məqsədi ilə yeni duracaqlarda intellektual nəqliyyat sistemində mövcud olan yeni avadanlıqlar və texniki imkanlardan istifadə ediləcək. Eyni zamanda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ilə əməkdaşlıq nəzərdə tutulur. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin duracaqlara nəzarət məqsədi ilə quraşdırılmış mövcud texniki-müşahidə vasitələrinin (kameraların) görüntülərindən və digər texniki imkanlarından istifadəsinə şərait yaratmalıdır.
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin mənsubiyyəti ilə bağlı məlumatların əldə edilməsi üçün «Nəqliyyat Vasitələrinin Qeydiyyatı» bazasından istifadə etməyə müvafiq şərait yaratmalıdır. Daxili İşlər Nazirliyindən xahiş olunub ki, sərəncamdan irəli gələn məsələlərin həlli və avtonəqliyyat vasitələrinin duracaqlara yerləşdirilməsi istiqamətində BŞİH-in Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinə lazımi kömək göstərilməsini təmin etsin.
Qeyd edək ki, Bakıda avtomobil yollarının ümumi uzunluğu 2400 kilometrdir. Qeyri-rəsmi məlumata görə, şəhərdə 1000-dən çox qanunsuz parklanma yeri var. Nazirlər Kabinetinin bir neçə gün öncə keçirilən 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyev diqqəti parkinqlərin sistemsiz fəaliyyət göstərməsinə yönəltmişdi: «İnkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyir, yığdıqları pulları hara verir, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək».
İclasdan dərhal sonra Bakı şəhər İcra Hakimiyyətinin göstərişi ilə mərkəzi yolların kənarında avtomobil saxlamaq yasaqlandı və parkinqlər ləğv edildi. Halbuki prezident yeni müasir parkinqlər yaradıldıqdan sonra bunu həyata keçirməyin vacib olduğunu bildirmişdi. Prezidentin göstərişindən sui-istifadə edən meriya ona aid olmayan parkinqləri də ləğv etdi.
Məsələnin başqa tərəfi də var. Qanunsuz sayılan parkinqlərin çoxu bələdiyyələrin idarəetməsində idi. BŞİH-in başçısı isə bir sərəncamla bələdiyyələrin bu funksiyasını əlindən alıb. Təbii ki, paytaxtda müasir parkinqlərin quraşdırılması müsbət haldır. Ancaq bunu qanunauyğun şəkildə, yerli idarəetmə orqanlarının işinə müdaxilə etmədən həyata keçirmək lazımdır. Meriyanın bu addımı onsuz da nominal funksiyalarla fəaliyyət göstərən bələdiyyələrin tam lazımsız bir quruma çevirir.
Ümumiyyətlə, bələdiyyələrin məhdud səlahiyyətlərinin də sürətlə əlindən alınması prosesi gedir. Hökumət heç zibillərin daşınmasını da özünüidarəetmə strukturlarına etibar etmək istəmir. İndi də parkinqlər bələdiyyələrin əlindən alındı. Beləcə, meriya prezidentin tapşırığını bəhanə edərək parkinq biznesini tam şəkildə monopoliyaya alıb - normalda 12 Bakı bələdiyyəsi arasında bölünməli olan parkinqlər tək əldə cəmlənib. Əslində isə hökumət bələdiyyələrin maliyyə durumunun ağır olmasını nəzərə alıb, parkinqlərin sifariş xərclərini üzərinə götürüb idarəetməni bələdiyyələrə verməli idi. Bu xidmətdən gələn gəlirlər də bələdiyyə büdcələrinə çatmalı idi ki, rayonların lokal problemlərini (abadlıq, məhəlli yolların təmiri və s.) həll etmək üçün vəsait olsun. Ancaq meriya bələdiyyələrin bu nəfəsliyini da qapadıb parkinq biznesini tam monopoliyaya götürdü.
Dünyanın heç bir ölkəsində icra hakimiyyəti parkinqlərə müdaxilə etmir. Meriya bu anormallığa da imza atdı.