«Abutalıbovdan tələb edirəm o müdiri işdən çıxarsın»
Millət vəkili merə müraciət etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Abutalıbov üçün istefa hazırlığı
İddia olunur ki, Hacıbala Abutalıbovun səhhətinin gözlənilmədən gündəmə gətirilməsi iqtidarın onunla yollarını ayıracağına işarə ola bilər
-
«Ola bilər ki, məhkəmədən ərizəmi geri götürüm»
Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi
-
«Heç bir üzrdən söhbət gedə bilməz»
Hacı Qalib Çingiz Qənizadənin barışıq təklifini rədd etdi
-
Şeyxin qudası ilə deputat arasında məhkəmə başladı
Keçmiş deputat hazırlıq iclasına gəlmədi
-
Milli Məclisdə bank faizlərinə, bahalığa və «Kürdüstan»a etiraz
«Tərəfli mövqe tutan insanların bu cür postları tutması səviyyəsizlikdir»
-
«Bilmədiyinizi danışmayın!»
Komitə sədrindən deputatların köçkünlərlə bağlı təklifinə etiraz
-
«Xalqa yalan danışmasın!»
Deputatdan «Azəriqaz»a sərt reaksiya
-
«Səhvini etiraf etmək böyüklükdür»
Leyla Yunus prezidentdən əfv diləyə bilər
-
«Prezidentə təxribatçı suallar verilirdi»
Çingiz Qənizadə: «Avropa Azərbaycanı Rusiya ilə baş-başa qoymaq istəyir»
-
«Elçibəy Azərbaycan üçün nə edib ki?»
Millət vəkili: «Onun tərcümeyi-halında da iki fakt öz əksini tapıb»
-
Millət vəkili Bakıya qayıda bilmir
Fransada keçirilən tətil Çingiz Qənizadəyə problem yaratdı
-
«Gülməlidir...»
Deputat Leyla Yunusu ələ saldı
-
Millət vəkilindən Jirinovskiyə cavab
«Problemin indiyə qədər həll edilməməsində də Rusiyanın marağı olub»
-
Bakı şəhərinin Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında «Kasıblar qrupu»nun yaradılması həm ictimai şəxslər, həm də cəmiyyət tərəfindən şiddətlə qarşılanıb.
Məsələylə bağlı «Qafqazinfo»ya münasibətini bildirən millət vəkili Çingiz Qənizadə də bağçada baş verənlərlə bağlı yazını oxuyub çox hiddətləndiyini bildirib.
Deputat belə bir halın baş verdiyi təqdirdə bağça müdirəsinin dərhal vəzifəsindən uzaqlaşdırılmalı olduğunu qeyd edib: «Mən valideynlərin şikayət məktubunu oxudum. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məsələnin araşdırılmasını tələb edirlər. Bir şeyi başa düşə bilmirəm ki, iki nəfərin şahidliyi ilə bir adama qarşı hansısa hüquqa zidd hərəkət edildikdə dərhal hüquqi mexanizmlər işə düşür, cinayət işi başlanılır. Amma iyirmiyədək valideynin şikayətinin yoxlanılması üçün müvafiq komissiyanın yaradılması niyə bu qədər ləngidilir? Bakı Şəhər İcra Hakimiyyəti rəhərliyini dərhal bu məsələni nəzarətə götürməyə çağırıram. Həqiqətən də bağçada kasıblar qrupu yardılıbsa və valideynlərin sosial durumuna görə rüşvət vermədiyi üçün uşaqlar ayrı-seçkilik halı ilə qarşılaşırsa, olduqca ciddi məsələdir.
Biz bu halın qarşısını bu gün almasaq, sabaq başqa bağçalarda da bu kimi hallar artmağa başlayacaq. Əvvəla 50-60 manat pulun istənilməsi, pul verməyən uşaqların ingilis dili və rəqs dərslərinə buraxılmaması yolverilməzdir. Hansı dövrdə yaşayırıq? Azərbaycan hüquqi dövlətdir. Hər bir rəhbər təlimatlara uyğun olaraq işini davam etdirməlidir. Bu məsələ mənə o qədər ağır təsir edib ki, hazırda açıqlama verən zaman belə əsəbimi cilovlaya bilmirəm. Körpələrə bu cür yanaşma ilə onların psixologiyasına təsir edirlər. Onlar psixoloji travma alır. Necə olur ki, Əhməd, Məmməd valideyni pul verdiyi üçün VİP, digərləri isə kasıblar qrupunda yerləşdirilir.
Mən Bakı Şəhər icra başçısı Hacıbala Abutalıbovdan tələb edirəm ki, bu işi hansısa idarə rəisinin yox, şəxsən özünün nəzarətinə götürsün. Bağçada baş verən bu hallar, yazılanlar həqiqətə uyğundursa, həmin bağça müdirəsi dərhal işdən kənarlaşdırılsın».