
Ziya Bünyadovun qətlindəki sirr
Hakimiyyətdə olan bəzi güclər tarixin yenidən yazılmaması üçün akademikə təzyiqlər ediblər
Hakimiyyətdə olan bəzi güclər tarixin yenidən yazılmaması üçün akademikə təzyiqlər ediblər
Elçibəy başdan ayağa vicdan idi
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
“Atamın adından saxta profil açıb....”
Xalq onu olduğu kimi tanıdı, sevdi, qınadı, dəyərləndirdi: “O, təmiz adam idi”
Elçibəyin oğlundan Siyavuş Novruzova cavab
Millət vəkili merə müraciət etdi
Bilikli, geniş dünya görüşlü, təvazökar, saf adam
Elçibəyin qardaşına yazdığı və heç yerdə getməyən məktubunun məzmunu
Çingiz Qənizadə hacı Qalibin qeyri-ciddiliyini sübut etdi
Hacı Qalib Çingiz Qənizadənin barışıq təklifini rədd etdi
Keçmiş deputat hazırlıq iclasına gəlmədi
Azərbaycanın sabiq prezidentinin müşaviri uzun sürən xəstəlikdən əziyyət çəkirdi
«Tərəfli mövqe tutan insanların bu cür postları tutması səviyyəsizlikdir»
Mirmahmud Mirəlioğlu: «Çanta Əbülfəz bəyin cənazəsini aparan maşına qoyuldu...»
Mirəlioğlu: «Zərdüşt Əlizadə ömründə birinci dəfə idi ki, türk olduğunu etiraf edirdi»
Dünyasını dəyişmiş mərhum dövlət rəhbərlərinin xatirəsinin əbədiləşdirilməsi həmişə mübahisəli olub. Eks-prezidentlər haqqında qanunun qəbulundan sonra da bu mövzu ətrafında fərqli fikir söylənir. Belə ki, sözügedən qanun müstəqillik illərini əhatə edir, sovet dövrünün dövlət xadimləri bu güzəştlərdən kənarda qalıb. Hətta hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilini dövlət dili elan edən Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin eks-birinci katibi İmam Mustafayevin belə, xatirəsini əbədiləşdirən nəsnə yoxdur.
Deputat c Modern.az
saytına bildirib ki, siyasi həyatda mühüm rolu olmuş şəxslərin xatirəsinin
əbədiləşdirilməsi üçün addımların atılması məqsədəuyğundur. Belə bir məsələnin
qanunla tənzimlənmədiyini deyən Ç.Qənizadənin sözlərinə görə, bu, icra
orqanlarının işidir və Prezident tez-tez belə sərəncamlar verir.
«Dövlət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi, yubileylərin keçirilməsi ilə bağlı sərəncamlar verilir. Hesab edirəm ki Azərbaycanda heç kim unudulmayıb. Müəyyən küçə və prospektlərə, hansısa yerlərə, məsələn, metrostansiyalara, parklara dünyasını dəyişmiş Azərbaycan dövlət rəhbərlərinin adları verilə bilər. İndiki hakimiyyət dövründə eks-prezidentlər haqqında qanun qəbul olundu və məhz eks-prezidentlərə olan münasibət göstərdi ki, biz tarixi danmaq istəmirik. Onlar pis, yaxşı Azərbaycan tarixində olublar. Ola bilər ki, fəaliyyəti kimlərisə qane edib, kimlərisə yox. Amma tarixi reallığı qəbul etməliyik. Təbii ki, onların xatirəsinin əbədiləşdirilməsi üçün addımların atılması məqsədəuyğundur. Hesab edirəm ki, zaman-zaman bu addımlar atılır. Yaddan çıxanlar varsa təbii ki, ictimai rəy hazırlanır, mətbuatda bununla bağlı yazılar verilir, yada salınır. Bir sözlə, burada hər hansı qısqanclıq və yaxud qeyri-maraq ola bilməz. Dövlət bu cür insanların statusunu rəsmiləşdirməkdə maraqlı oldusa, bu adların verilməsində də maraqlı ola bilər və olacaq».
Həmkarından fərqli olaraq Fəzail Ağamalı dövlət xadimlərinin adlarının əbədiləşdirilməsinin qanunvericilikdə tutarlı şəkildə öz əksini tapmalı olduğunu deyir. Onun sözlərinə görə, əgər qanunvericilikdə belə bir şey yoxdursa, o zaman məsələni gerçəkləşdirmək mümkün deyil.
«Eks-prezidentlər haqqında qanunda bunun
nə dərəcədə öz əksini tapdığı mənə məlum deyil. Amma onu deyim ki, sovet
dövründə elə bir rəhbər olmayıb ki, onun xatirəsi əbədiləşdirilsin. Ulu öndərin
siyasəti, iradəsi, potensialı nəticəsində Azərbaycanda ciddi işlər görüldü.
Lakin onun da fəaliyyəti Moskva tərəfindən məhdudlaşdırılırdı. İmkan verilmirdi
ki, o, Azərbaycan dövlətinə istədiyi kimi rəhbərlik etsin. O sistemin qurduğu
siyasətin nəticəsi idi ki, Azərbaycanın rəhbərləri tam müstəqil deyildilər.
Müstəqil olmadıqları üçün də müstəqil dövlətin müstəqil rəhbərləri deyildilər.
Bu baxımdan belə bir məsələnin gündəmə gətirilməsinin tərəfdarı deyiləm».
Belə bir məsələnin gündəmə gətirilməsini naftalin iyi verən retro adlandıran F.Ağamalı həmin şəxslərin Azərbaycan dövlətçiliyində heç bir xidmətlərinin olmadığını söyləyib.
«Onların nə xidmətləri olub? İmam Mustafayev və ya Əbülfəz Elçibəy nə edib? Elçibəy prezident oldu, müəyyən islahatlar keçirməyə cəhd etdi, müəyyən addımlar atdı. Onun tərcümeyi-halında da iki fakt öz əksini tapıb, biri rus ordusunun Azərbaycandan çıxarılması, digəri təhsil sistemində test üsulunun tətbiqi. Prezidentliyi dövründə göstərdiyi özəl bir xidmət yoxdur».