vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 yanvar 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
17:10 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 29004 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qəbul imtahanlarının nəticələri açıqlandı

Cavabları TQDK-nın rəsmi saytından və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

TQDK mayın 11-də II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

Bu barədə AzVision.az -a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. TQDK bildirib ki, may ayının 11-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri bu gün saat 17:00-dan etibarən açıqlanıb və nəticələr artıq TQDK-nın saytındadır.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün sənəd verən 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.