vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
ELM-TƏHSİL, DİN  
10:15 | 14 may 2014 | Çərşənbə Məqaləyə 2586 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nurçulara növbəti zərbə

Nazirlik yataqxananın müqaviləsini uzatmadı

Sevinc İLTİFATQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Təhsil Nazirliyi Fəthullah Gülən camaatına məxsus «Damla» tələbə yataqxanasının rəhbərliyinə xəbərdarlıq edərək yerləşdikləri binadan çıxmalarını tapşırıb.

AzVision.az-ın verdiyi xəbərə görə, buna səbəb Təhsil Nazirliyi ilə «Damla» rəhbərliyi arasında imzalanan icarə müqaviləsinin bitməsidir.

Nazirlik «Damla»nın rəhbərliyini xəbərdar edilib ki, yerləşdikləri binanın icarə müqaviləsi yenilənməyəcək və builki tədris ilinin sonunda bina boşaldılacaq.

Yataqxana rəhbərliyi isə nazirliklə müzakirələrin davam etdiyini bildirir.

Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev ötən gün jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanın Memarlıq və İnşaat Universitetinin nəzdində olan «Damla» yataqxanası boşaldılacaq və «Sabah» qruplarında təhsil alan regionlardan gəlmiş tələbələr həmin yataqxanada məskunlaşacaqlar.

Qeyd edək ki, «Damla»nın Türkiyənin ayrı-ayrı bölgələrində də yataqxanaları var.