«Şərəfli yol keçmişik»
Mehriban Əliyeva: «Xarici ölkələrdə həyata keçirilən proqram və layihələr əsasən üç istiqaməti əhatə edir»
İnformasiya şöbəsi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Prezidentin BƏƏ-nə səfəri
BMT TŞ-da dəstək, Makron-Paşinyan cütlüyünə cavab, İran əleyhinə...
-
Azərbaycanda lüks hotellərin daha bir brendi
“The Ritz-Carlton Baku” hotelinin açılışı olub
-
270 yaşlı tarixi abidə
Şəki Xan məscidi kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub
-
Dünya İrsi Siyahısındakı “Yuxarı Baş”
Qoruqdakı təmir-bərpa işləri sayəsində Şəkinin tarixi mərkəzi bütün zənginliyi ilə göz oxşayacaq
-
Prezident ailəsində toy
“Artıq bizim üç qızımız var”
-
UNESCO Mehriban xanımı itirdi
Ermənipərəst Azule toplantı keçirməyə ölkə tapmayanda ...
-
“Xoşməramlı səfiri vəzifəsini ...”
Mehriban Əliyeva Odri Azulaya məktub ünvanladı
-
Səmərqənddə mədəniyyət mehi
TDT ölkələrinin birinci xanımları üçün bədii proqramlar təşkil olunub
-
Qubadlının baş planı hazırdır
Prezident və birinci xanım muzeylərin təməlini qoydular
-
Zəngilan aeroportu beynəlxalq status aldı
Prezident və birinci xanım hava limanında baş çəkdi
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
“Mükəmməl çıxış etdiniz”
Mehriban Əliyeva İslamiadada medal qazanan idmançıları təbrik edib
-
“Vaxt itirmədən istehsalı artırmalıyıq”
Dövlət başçısı: “İndi mətbuatda taxıl qıtlığı ilə bağlı geniş məlumat yayılır”
-
“Hərə yorğanı öz tərəfinə dartırdı”
Prezident: “Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır”
-
“Dövlət bir manat da pul qoymur”
İlham Əliyev: “Bərpa olunan enerji layihələrini xarici sərmayə həyata keçirir”
-
“Ailələrinizə firavanlıq, süfrələrinizə xeyir-bərəkət”
Dövlət rəsmilərinin Qurban bayramı münasibətilə təbrikləri
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Fondun yaradılmasının 10 illiyi ilə bağlı «The Business Year» jurnalına müsahibə verib. Vaxt.az həmin müsahibəni oxucularına təqdim edir.
Azərbaycanın birinci xanımı
müsahibəsində bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu,
ümummilli lider Heydər Əliyev 2003-cü ilin dekabrında vəfat etdikdən sonra onun
zəngin irsinin qorunub saxlanması, gələcək nəsillərə çatdırılması və nurlu
əməllərinin davam etdirilməsi məqsədilə xüsusi bir ictimai qurumun
yaradılmasına dair müxtəlif təşəbbüslər irəli sürüldü. Cəmiyyətin sosial
sifarişi nəzərə alınaraq 2004-cü ilin mayında qeyri-hökumət təşkilatı olan
Heydər Əliyev Fondu yaradıldı: «Fondun əsas missiyası Heydər Əliyevin həyat və
fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində
və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir».
Mehriban Əliyeva qeyd edib ki, yarandığı
dövrdən indiyədək Fond öz prinsiplərinə sadiq qalaraq, təhsil, səhiyyə,
mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə
müxtəlif layihələr həyata keçirmişdir. Fond öz proqramları, layihələri,
xeyriyyə fəaliyyəti ilə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda yüksək
nailiyyətlər qazanmışdır: «Fondun təşəbbüsü ilə respublikanın müxtəlif şəhər və
rayonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən,
Azərbaycanın müasir tarixi və zəngin mədəni irsindən bəhs edən, yeni avadanlıq
və zəruri ədəbiyyatla təchiz edilmiş mərkəzlər yaradılmışdır. Bu mərkəzlər
təkcə muzey funksiyası daşımır, eyni zamanda, yeniyetmə və gənclərin müxtəlif
bilik və bacarıqlara yiyələnmələrinə xidmət edir. Mərkəzlərin nəzdində
kompyuter kursları, şahmat, xalçaçılıq, təsviri və tətbiqi incəsənət,
heykəltəraşlıq və s. dərnəklər fəaliyyət göstərir».
Onun sözlərinə görə, Azərbaycan
vətəndaşları üçün bərabər təhsil imkanlarının yaradılmasını, gənc nəslin
biliklərə yiyələnməsini və ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasını
prioritet məsələlərdən hesab edən Heydər Əliyev Fondu fəaliyyətə başladığı
gündən bu istiqamətdə bir sıra proqram və layihələr həyata keçirir: «Bunlar
«Uşaq evləri və internat məktəblərinin inkişafı», «Yeniləşən Azərbaycana yeni məktəb»,
«Təhsilə dəstək» layihələridir. Vətəndaş cəmiyyəti və özəl sektor tərəfindən
dəstəklənən layihə və proqramlar çərçivəsində onlarla uşaq müəssisəsi, 400-dən
çox məktəb binası inşa olunmuş və ya yenidən qurulmuşdur. Fondun təşəbbüslərinə
dövlət tərəfindən yaxından dəstək verilmiş, ümumilikdə son 10 ildə respublikada
2 min 700 yeni məktəb binası tikilmiş və ya təmir olunmuşdur. Fondun bu
qəbildən olan yeni təşəbbüsü «Məktəbəqədər təhsil müəssisələrinin inkişafı»
layihəsidir. Cəmiyyətə bu il təqdim edilmiş layihədə Bakı şəhərində uşaq
bağçalarına olan tələbatın tam ödənilməsi məqsədi ilə kompleks tədbirlərin
həyata keçirilməsi nəzərdə tutulmuşdur».
Birinci xanım deyib ki, Heydər Əliyev
Fondunun mədəniyyət sahəsindəki fəaliyyəti əsasən üç istiqaməti əhatə edir:
milli mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya
əhəmiyyətli tarixi abidələrin bərpası və yeni mədəniyyət obyektlərinin inşası,
Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması: «Bu sırada
UNESCO-nun Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısında
yer almış Azərbaycan muğamının inkişafına və tanıdılmasına xidmət edən
Beynəlxalq Muğam Mərkəzinin açılmasını, Müasir İncəsənət Muzeyinin, Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksinin yaradılmasını xatırlamaq olar».
Heydər Əliyev Fondunun prezidenti
bildirib ki, hər il təşkil edilən beynəlxalq musiqi yarışmaları nəinki
Azərbaycanın, hətta dünyanın mədəni həyatında əlamətdar hadisə kimi
qiymətləndirilir. Mstislav Rostropoviç adına Beynəlxalq Musiqi Festivalı,
«Muğam aləmi» Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı,
Beynəlxalq Aşıq Festivalı kimi irimiqyaslı tədbirlər ifaçılıq sənətinin
inkişafına əlverişli şərait yaratmaqla bərabər, xalqlar arasında mədəni
əlaqələrin genişlənməsinə də xidmət edir: «Müxtəlif mədəniyyətlər və
sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun
dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən
Heydər Əliyev Fondu «Tolerantlığın ünvanı - Azərbaycan» layihəsini həyata
keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri
aparılır, mövzuya aid sərgilər təşkil olunur».
Mehriban xanım Əliyeva vurğulayıb ki,
Heydər Əliyev Fondu gerçəkləşdirdiyi layihələrlə əhalinin sağlamlığının
qorunmasında yaxından iştirak edir. Fondun müəyyən etdiyi başlıca vəzifələrdən
biri uşaq evləri və internatlardakı azyaşlı və yeniyetmələrə, şəhid, qaçqın,
məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən
əziyyət çəkən uşaqlara yardım etməkdir: «Fond beynəlxalq təşkilatlar və
dünyanın bir sıra aparıcı səhiyyə şirkətləri ilə əməkdaşlıq şəraitində
«Diabetli uşaqlara ən yüksək qayğı», «Talassemiyasız həyat naminə» və digər
layihələr həyata keçirmiş, tibb müəssisələrinin əsaslı təmiri, yenidən
qurulması və inşasına nail olmuşdur. Fondun yarandığı gündən ölkədə bir sıra
xəstəxana, poliklinika, diaqnostika mərkəzi və digər tibb ocaqları tikilmiş,
təmir olunmuş və yenidən qurulmuşdur».
Onun sözlərinə görə, Fondun
fəaliyyətinin mühüm istiqamətlərindən biri də xeyriyyəçilikdir: «Valideyn
himayəsindən, ailə qayğısından məhrum olan uşaqların cəmiyyətə inteqrasiyasını
asanlaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə Fond mütəmadi
olaraq xeyriyyə aksiyaları keçirir. Bu aksiyalar çərçivəsində Fond geniş
tərkibli yardımlar göstərir. Belə ki, qurum uşaq evlərinə və internat
məktəblərinə hədiyyələr göndərməklə yanaşı, konsert və əyləncə proqramları
təşkil edir».
Birinci xanım qeyd edib ki, Fond hər il
təhsildə xüsusilə fərqlənən, uşaq evlərində və internat məktəblərində tərbiyə
alan uşaqlar üçün Yeni il və Novruz şənlikləri keçirir. Fond, həmçinin qaçqın
və məcburi köçkün ailələrindən, eləcə də valideyn himayəsindən, ailə
qayğısından məhrum olan uşaqlara yardım edir. Azərbaycanda və xaricdə fəaliyyət
göstərən qurumlara bayram hədiyyələri göndərir: «Heydər Əliyev Fondu bu
uşaqların dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir, həmçinin digər
ölkələrdən olan uşaqların Azərbaycana gəlmələrinə və ölkəmizin tarixi, zəngin
mədəniyyəti ilə tanış olmalarına imkan yaradır. Fondun təşəbbüsü və dəstəyi ilə
azərbaycanlı məktəblilərin Almaniya, Belçika, Fransa, Gürcüstan, Niderland və
Rumıniyaya, həmçinin ABŞ, Gürcüstan, Rumıniya və Rusiyadan olan məktəblilərin
isə Azərbaycana səfərləri təşkil olunmuşdur».
Mehriban Əliyeva bildirib ki, Heydər
Əliyev Fondu beynəlxalq səviyyəli qurumdur. Fondun ABŞ, Rumıniya, Rusiya və
Türkiyədə nümayəndəlikləri fəaliyyət göstərir. Qurum BMT-nin İnkişaf Proqramı,
UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlar ilə sıx əməkdaşlıq edir: «Fond
Azərbaycandan kənarda da çox mühüm proqram və layihələr reallaşdırır. Xarici
ölkələrdə həyata keçirilən proqram və layihələr əsasən üç istiqaməti əhatə
edir: Azərbaycanın tanıdılması, o cümlədən xalqımızın tarixi və
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılması; Azərbaycan və azərbaycanlılarla bağlı
tarixi, mədəni irsin bərpası və qorunması; Fondun məramına uyğun olaraq humanitar
və sosial inkişafa kömək göstərilməsi».
Heydər Əliyev Fondunun prezidenti deyib
ki, Fond xarici ölkələrdə Azərbaycanın təqdimatını mədəniyyət günləri,
sərgilər, habelə əlamətdar tarixi hadisələrə, tanınmış elm və mədəniyyət
xadimlərinə həsr olunmuş mərasimlər təşkil etməklə yerinə yetirir: «Bunlara
misal olaraq, «Azərbaycan xalçaları ilə nağıllar aləminə» adlı sərgini,
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci
ildönümünə həsr olunmuş mərasimləri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin
870 illik yubileyi ilə bağlı London, Paris, Berlin, Moskva, Strasburq və Romada
keçirilən tədbirləri göstərmək olar».
Onun sözlərinə görə,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin
beynəlxalq ictimaiyyətə çatdırılmasına xüsusi önəm verən Fond 2007-ci ildən
başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində Xocalı soyqırımının
ildönümü ilə bağlı aksiyalar keçirir: «Aksiyalarda «Xocalı soyqırımı» filmi,
ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər,
müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında
dərc edilmiş materiallar, «Qarabağ həqiqətləri» toplusu və «Azərbaycana qarşı
müharibə: mədəni irsin hədəfə alınması» kitabı təqdim olunur. 2012-ci ilin
fevralında Fondun təşəbbüsü ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda
Srebrenitsa və Dağlıq Qarabağın Xocalı şəhərində törədilmiş soyqırımı
qurbanlarının xatirəsinə abidə ucaldılmışdır».
Birinci xanım bildirib ki, Heydər Əliyev
Fondu təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə Azərbaycanda
reallaşdırdığı layihələri xaricdə də uğurla tətbiq edir. Məsələn, «Təhsilə
dəstək» layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya, Pakistan və
Niderlandda bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur:
«Pakistanda qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu işlərdən
biridir. 2005-ci ildə Pakistanda böyük dağıntılara səbəb olmuş zəlzələdən sonra
Müzəffərabad şəhərinin Rara ərazisindəki qızlar üçün məktəb tam yararsız
vəziyyətə düşmüşdü. Fond tərəfindən qısa müddətdə 650 şagird yerlik yeni təhsil
ocağı inşa edilmişdir. Fondun ictimai səhiyyə sahəsində yer tutan layihələrinə
Pakistanda aztəminatlı ailələrdən olan on minlərlə insanın «Hepatit B» virusuna
qarşı vaksinasiya edilməsi, talassemiya, hemofiliya və qan xəstəliklərindən
əziyyət çəkən xəstələrin təcili tibbi yardım avtomaşını və qan paketləri ilə
təmin olunması, eləcə də göz əməliyyatlarının həyata keçirilməsi də daxildir».
Fondun prezidenti qeyd edib ki, 2013-cü
ildə Heydər Əliyev Fondu ABŞ-ın Merilənd ştatındakı məktəblərə interaktiv
lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınması üçün maliyyə
yardımı göstərmişdir: «Fond tərəfindən xaricdə həyata keçirilən mədəniyyət
layihələri bu qurumun mədəni müxtəlifliyə və ümumbəşəri dəyərlərə hörmətini
mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsinə
töhfələrini verməklə əyani şəkildə nümayiş etdirir. Bu sahədə görülən işlərdən
Parisdə Versal Sarayının parkındakı abidələrin, Luvr Muzeyinin, İkinci Dünya
müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin, Vatikan arxivlərində
qorunan orta əsr əlyazmalarının, Vatikanda Roma katakombalarının bərpasını və
Romanın Kapitolini Muzeyinin «Filosoflar zalı»nın təmirini misal göstərmək
olar».
Mehriban Əliyeva vurğulayıb ki, Heydər
Əliyev Fondu Azərbaycandan kənarda səhiyyə sahəsində də layihə və aksiyalar
həyata keçirir: «2008-ci ilin aprelində Rumıniyanın İon Pop de Popa Fondu ilə
əməkdaşlıq çərçivəsində ürək xəstəliklərindən əziyyət çəkən insanlara yardım
göstərilmiş, 2010-cu ilin dekabrında Yekaterinburqdakı 1 nömrəli Vilayət
Kliniki Xəstəxanasının Uşaq Onkohematoloji Mərkəzinə xüsusi tibbi avadanlıqla
təchiz edilmiş «Sobol» markalı təcili yardım maşını hədiyyə olunmuşdur. 2012-ci
ilin dekabrında Polşa Respublikasının Azərbaycandakı səfirliyi ilə əməkdaşlıq
çərçivəsində Polşada fəaliyyət göstərən Anna Dımnanın «Mimo Wszystko» (Heç nəyə
baxmayaraq) Fondunun terapevtlərinin Azərbaycana səfəri təşkil olunmuşdur.
Səfər çərçivəsində həkimlər Daun Sindromlu Şəxslərin Assosiasiyasında bir sıra
məşğələlər və kurslar keçmişlər. 2013-cü ilin martında Azərbaycandan olan daun
sindromlu uşaqların və onların valideynlərinin Polşanın Krakov şəhərinə səfəri
təşkil olunmuşdur».
Onun sözlərinə görə, Heydər Əliyev Fondu
xarici ölkələrdə digər sosial layihələr də həyata keçirir. Fond Haitidə
zəlzələnin, Rumıniyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına
maliyyə dəstəyi vermişdir. 2011-ci ilin sentyabr ayında Heydər Əliyev Fondu
Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqresin
keçirilməsi üçün Fransa Terror Qurbanları Assosiasiyasına maliyyə yardımı
göstərmişdir: «Heydər Əliyev Fondu tərəfindən Fransa, Rusiya, Macarıstan,
İtaliya və Almaniyada sosial sahədə həyata keçirilmiş layihələr mədəniyyətlərin
uğurlu inteqrasiyasına xidmət edir və xalqları bir araya toplamağa töhfələrini
verir. Parkların təmirinə, tarixi abidələrin bərpasına yönəldilmiş layihələr
Fondun mənəvi əhəmiyyətini göstərir. Bu, həm də bütün dünyada dostluğa və sülhə
çağırışın rəmzidir».
Mehriban xanım Əliyeva qeyd edib ki, bu il mayın 10-da Heydər Əliyev Fondunun yaradılmasının 10 ili tamam olur: «Yarandığı vaxtdan indiyə qədər yüksək təşkilatçılıq keyfiyyətləri və yorulmaz fəaliyyəti sayəsində Fond şərəfli yol keçmiş, Azərbaycanda və xaricdə ümumbəşəri dəyərlərin daşıyıcısı, inkişaf və tərəqqi, ümid və mərhəmət ünvanı kimi tanınmışdır. Heydər Əliyev Fondu Azərbaycanın yaradıcı ruhun təbliği işinə sadiqliyini təcəssüm etdirir».