vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 9 yanvar 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
16:50 | 16 may 2014 | Cümə Məqaləyə 1780 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

8 baza universiteti seçilib

Nazirlikdən tələbələrə müraciət

Fatimə KƏRİMLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

«SABAH» qrupları üçün 8 baza universiteti seçilib. Bura üçün seçilən tələbələr 20 min nəfər olacaq». Bunu jurnalistlərə açıqlamasında «SABAH» qruplarının Gəncə Dövlət Universitetində təqdimatı zamanı Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov deyib.

AzVision.az-ın məlumatına görə, C.Valehov bildirib ki, təəbələr layihənin saytında qeydiyyatdan keçməlidirlər: «Sonra isə imtahan mərhələsindən keçib «SABAH»ın tələbəsi ola bilərlər. Öncə məhdudiyyət qolumuşdu ki, əvvəl dövlət ali təhsil müəssisələri indi isə həm dövlət, həm də özəl ali təhsil müssəsiələrinin tələbələləri bura qatıla bilər».

Nazirlik rəsmisi vurğulayıb ki, tələbələr bölgə universitetlərindən də «SABAH»a qoşulmaq üçün müraciət edə bilər: «O ki, qaldı gələcəkdə bölgələrdə SABAH qruplarının açılması məsələsinə, gələcəkdə bununla bağlı müəyyən müzakirələr aparıla bilər. Bölgələrdə də məsələn, Gəncə Dövlət Universitetində də «SABAH» qrupları açıla bilər. Qeyd olunan ixtisaslarla bağlı biz hələ ki, baza ali təhsil müəssisələri seçmişik çox güman ki, gələcəkdə qeyd etdiyimiz universitetlərin sırası genişlənə bilər. Burada maddi texniki bazalar, ixtisaslı professor- müəllim heyəti və tələbələrə yaradılan mühit, daha yaxşı və müasir innovativ tədris mühiti və s. hamısı şərtdir».