«Şəklini görən kimi, dedim şərəfsizdi...»
«Qara eynək taxdım ki, gözyaşım görünməsin»
Elbrus ƏRUD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
«Onlar milyardları belə taladılar»
Hafiz Məmmədov yazır: «Bu, gülməli vəziyyətdir - pulları «Heaney» alır, ancaq ödəyən mən oluram?»
-
Qanlı atışmanın sirli detalları
Müşfiq Mədətov ona hücum edilmədiyini və şikayətçi olmadığını dedi; Hafkanın da adı qarışan cinayətin təfərrüatları
-
««Hafka»nın əhvalatı»
«Məmmədov bütün gücüylə çalışırdı ki, pullarını ...»
-
«Badımcan»lar sıradan çıxır
«Müsibəti Hafka» davam edir...
-
«Bakı»da itkilərim oldu»
«Azərbaycandan getdikdən sonra mətbuatda haqqımda çox əsassız sözlər deyildi»
-
Növbə kimindir?
Cahangir Hacıyevin işi böyüdü, ölkədə kütləvi həbslər başladı
-
«Hafka» bankını satır
«Bank of Azerbaijan»a yerli müştəri çıxıb
-
«Lans» davası bitdi?
Fransa mətbuatı Anar Məmmədovun klubu «Hafka»nın əlindən aldığını yazdı
-
«Vəziyyəti ağırdır»
Nazir «Hafka»dan danışdı: «O, komandanı maliyyələşdirəcək durumda deyil»
-
«Bakı»nın dərdi var
Klubun durumu AFFA-da müzakirə edilib, «Hafka» müflis elan olunur
-
««Bakı»da biabırçı hadisələr gözlənilir»
Azərbaycanlı oliqarxa qarşı para qiyamı
-
««Moşennik»lərin adlarını açıqlayacam»
«FİFA yanlış qərar çıxarıb, Tomovski buna layiq deyil»
-
FİFA «Hafka»ya vaxt verdi
Borcunu ödəmək üçün...
-
Daha bir klub aldı
Hafiz Məmmədov İngiltərə «Premyer liqası»na da can atır
-
«Ziya Məmmədov mənim atamdır»
«Bığı yoxdur, olsa deyərlər Hafkadır gəlir. İkincisi Londonda yaşayır, biraz «angliskiy» oğlandır»
Son vaxtlar adı sahib olduğu şirkətləri ilə birgə mətbuatın gündəmindən düşməyən «Baghlan Group»un prezidenti, «Bakı» və «Lans» klublarının sahibi, məşhur iş adamı Hafiz Məmmədovun «Qafqazinfo»ya müsahibəsinin birinci hissəsini təqdim edirik:
- Yəqin, özünüz fərqindəsiniz ki, son vaxtlar mətbuat ən çox sizdən yazır...
- Yəqin, qarşısını almırıq ona görə…Yazırlar ki, oxunsunlar. Özüm də vaxtım oldu oxuyuram, olmadı oxumuram. Çünki adam özü biləndə ki, xəbərlər neqativdir, onsuz da oxumur. Vaxt azlığından yaxşı şeyi də oxumuram, deyim ki yaxşını oxuyuram yox. Azərbaycana aid bir şey olanda ona baxıram. Maşallah, o qədər çox yazılıb ki, həm pis, həm yaxşı. Heç baxmıram.
- Mən düşünürəm ki, bu yazıların çoxluğu həm də ondan qaynaqlanır ki, sizin fəaliyyət sferanız böyükdür. Mən istəyirəm ki onlara bir-bir toxunaq.
- Hansından istəyirsən danışaq.
- Məsələn, siz «Bakı» klubunun rəhbərisiniz...
- Həm rəhbəriyəm, həm də yaradanlardan biriyəm.
- Bu futbol klubu ötən illər Azərbaycan Premyer Liqasında uğurlu fəaliyyət göstərsə də, son vaxtlar haqqında xoş olmayan məlumatlar dolaşmaqdadır.
- Nə barədə, oyun barədəmi, maddiyyat barədəmi?
- Həm oyun, həm də maliyyə barədə...
- Tamam, başa düşdüm. Deyirsiniz, yəni ondan başlayaq? Çünki bu suallar çox verilib. Hətta bəzi jurnalistlər deyir ki, futbolçular belə fikriləşir ki, Hafiz Məmmədov «Atletiko» ilə «Lans»a daha çox diqqət edir. Demirəm ki, «Bakı» həmişə doğmadır. Ən birinci «Bakı»dır. Bunu xaricilərə də demişəm. Ondan sonra «Atletiko», ya «Lans» gələ bilər. Onlar da doğmadır. Amma «Bakı» daha doğmadır. Səmimi desəm, mən daha çox beynəlxalq standarta əsaslanan adamam. Futbolda o alınmır. Niyə? Elə mən özüm olum, ya da digər dostum olsun. Və yaxud elə-belə adam olsun, onun əziyyətinə baxıb onu səhvini mən bağışlayıram. Niyə? Çünki bu futboldur, biznes deyil. Səhv elədi, getməlidir. Klubun patriotudur. Ürəkdən istəyir. Patriotizm çox önəmlidir. Məsələn, Türkiyədə görürük deyirlər ki, sən necə azarkeş olmusan. Deyir ki, mən babamın çiynində oyuna gedirəm. Babam da deyir ki, babasının çiynində oyuna gedib. Ənənə var. İndi bunlar klubların patriotlarıdır. Ona görə mən bunlardan narazı olsam da, bunları ötüşdürə-ötüşdürə gəlmişəm. Keçən il mən qərar qəbul etdim ki, bunların hamısını buraxım evə. İstefa versinlər. Özü də belə şey olmayıb ey. Bir ildə hələ formalaşdıra bilməmişəm. İndi bir-bir orada artıq adam və ya patriot, qeyri-patriot strukturu deyişdirirəm deyə, diqqət azaldı.
- Yəni söhbət «Bakı»nın texniki heyətindən gedir...
- İşçilərindən, komandanın özündən yox. Komanda da artıq formalaşıb. «Bakı» tarixində ilk dəfə məşqçini mən gətirmişəm. Həmişə məşqçini viste-prezident gətirib, qardaşım gətirib. Bu, danılası deyil. Klubda çox adam dostumdu, qardaşımdı. Onlar klubu məndən çox istəyirlər. Ancaq Mininko Pantic ilk dəfə mənim gətirdiyim məşqçidir. Bunu «Atletiko» Madrid məsləhət görüb. Ancaq o, hələ öz komandasını qurmayıb. Köhnədən qalma komanda ilə işləyir.
- Onunla müqaviləni uzatdınız?
- Bəli, uzatmışıq. Milinko bilir ki, Hafiz dedisə, qutardı. Rəsmi olaraq təsdiqlənməsə də, o bilir ki, mənə lazımdır. Mən hələ belə məqşçi görməmişəm ki, xarici ola bir ildə buradan çıxmaya. Özü getmir, ailəsi yanına gəlib gedir.
- Digər məşqçilərin hamısı oyun qutaran kimi gediblər?
- Eləsi var gedib, eləsi də var getməyib. Eləsi var mənim məşqçim olub, Bülənt Qorxmaz, böyük kapitan, çox yaxşı oğlandır. Gedənlərdən biri odur ki, gedib, amma heç konpensasiya da almayıb. Əsl türkdür. Elə məşqçi olub ki, demişik gəl, səni yola salım deyib mənim konpensasiyamı ver gedim. Bülənt bunu istəmədən getdi. Sadəcə olaraq dedi ki, mənim fəlsəfəmə uyğun gəlmir, mən gedirəm. Ancaq Bülənt Qorxmaz hər istirahət günü Türkiyəyə gedirdi, çünki onun orda işi var idi, məsləhətçi işləyirdi. Milinko Pantiç isə heç bir yerə bağlı deyil, ancaq Azərbaycana bağlıdır. 100 faiz biz onunla işimizi davam etdirəcəyik. Pantiç «Atletiko»nun əfsanələrindən biridir, «Barselona»ya 4 qol vuran futbolçu olub.
- Futbolçuların maaşla bağlı narazıçılıqları son vaxtlarda gündəmdə idi. Maaşları gecikdiyinə görə, həvəslə oynamadıqları və qəsdən uduzduqları barədə xəbərlər dolaşırdı...
- Elə şey yoxdur. Maaşlarda bir balaca gecikmələr olub. «Bakı» futbol klubu bir ailədir. Ona görə oynamamaq söhbəti ola bilməz. Bəlkə, mən futbolçunu yoxlayıram bu yolla. Mən çox vaxt yoxlamışam. Görüm kimdir patriot? Ona görə də bu yolla bilmək istəyirəm, görəsən, doğurdanmı bu mənim oyunçumdur, ya yox? Bəli, maliyyə problemləri olub. Lakin bu problem də «Baghlan Group»la, Hafiz Məmmədovla bağlı deyil. Yəni ciddi bir problem deyil. Futbolçularım da deyir ki, prezidentə deyin ki, bizə pul önəmli deyil. Biz oynayacağıq. Çünki bu Hafiz Məmmədovun klubudur. Bizdə başqa söhbətlər ola bilməz. Nə olsa da, mənə heç gəlib qorxudan demirlər. Ola bilər, ya utandıqlarından demirlər, ya da qorxularından. «Bakı» klubu həmişə qarşısına məqsədlər qoyub və çatmaq üçün mübarizə aparaıb. Çünki mənim öz əqidəm də belədir ki, həmişə çalışmışam birincilərdən olum.
- Bu yaxınlarda AFFA «Bakı»nı futbolçularınızdan biri olan Aleksandr Tamovskinin mükafatının verilməməsinə görə lisenziyadan məhrum etdi. Bu barədə nə deyə bilərsiziniz?
- Yox, lisenziya söhbəti deyil. Biz axı Premyer Liqada yer tuta bilmədik. Avropaya getmək üçün topladığımız xallar kifayət qədər olmadı. Camaatdır da. Çox şeyi bir-biri ilə səhv salır. Lisenziya iki-üç məsləyə görə verilməyə bilər. Sənədlərin yerində olmasa, müqavilələrdə nəsə yalnışlıq olsa, o zaman lisenziya almırsan. AFFA da bizə nəzarət edən orqandır. Ancaq biz Premyer Liqada 5-ci yerdə qərarlaşdıq deyə, avrokuboklara vəsiqə əldə edə bilmədik. İndi bəziləri deyir ki, «Bakı» lisenziya almadığına görə Avropaya gedə bilmir. Lisenziya almaq üçün 5-10 manat pul lazımdırsa, Hafiz Məmmədov onu tapıb verəcək. Açığı, heç mən də bu il Avropaya getməyimzi istəmirdim. Avropaya gedən klub həmişə tələsik iş görür. Artıq may ayıdır. Gələn aydan etibarən oyunlar başlayır. Avrokuboklarda iştirak edən klublarda da bu dəqiqə qaçaqaç düşüb. Görəsən, kimi alaq, komandanı necə formalaşdıraq? Pantiçlə də söhbətimizdə mənə dedi ki, qışda komandanı formalaşdırmaq çətin olur. Yayda səviyyəli,yaxşı transferlər etmək mümkündür. Bir şeyi də ilk dəfə sizin sayt vasitənizlə elan edirəm, bundan qabaq heç yerdə deməmişəm. «Bakı»nın gələn mövsümdən etibarən heyətinin əsasını azərbaycanlı futbolçular təşkil edəcək. Bilirəm qarşıdakı suallarınızdan biri «Lans» klubu ilə də bağlı olacaq. Ancaq mən bir qədər qabaqlayım, bir məlumat verim. Azərbaycan «Lans»ın sahibidir də. 2016 Avropa çempionatı da Fransada keçiriləcək. Buna görə də bir neçə oyun məhz elə «Lans»ın stadionunda olacaq. Bu stadionda da Azərbaycanın bayrağı dalğalanır. İndi Fransa höküməti də pul ayırıb, stadionda rekonstruksiya işləri aparılır. Biz mübarizə aparırıq ki, gələn mövsümdən etibarən Fransada yüksək liqaya vəsiqə qazanaq. Sonuncu oyunumuz «Bastiya»ya qarşıdır. Onları məğlub edə bilsək, gələn mövsüm Fransanın əsas çempionatında mübarizə aparacağıq. Hətta məqsəd kimi başlanğıc üçün minimum 10-cu yerdə qərarlaşmağı planlaşdırmışıq. Mənə bu barədə fransızlar gəlib deyəndə ki, patron, 10-cu yerə razısan? Mən də cavab verdim ki, unutmayın bizdə, yəni «Lans»da «Land of fire Azerbaijan» sözü var, biz aşağıda ola bilmərik. Bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparmalıyıq.
- «Lans»ın sahibi sizsiz, ya Azərbaycan dövlətidir?
- Hafiz Məmmədov azərbaycanlıdır. Demək ki, «Lans» Azərbaycanındır.
- Klub olaraq soruşuram...
- Yox, dövlətin deyil. Mən vətəndaş kimi deyirəm. Biz bu klubu çox mötəbər, hörmətli bir bankdan almışıq. Adı «Kred Aqipol»dur.
- Yəni deyirsiniz ki, «Lans» Hafiz Məmmədov qarışıq Azərbaycanındır...
- Bəli. Azərbaycan bayrağı ordadır. Sabah Hafiz Məmmədov olmayacaq, Elbrus olacaq, ancaq, bu Azərbaycanındır. Bəzi şeyləri deyim. Mən bununla fəxr edirəm. Ermənilər bayrağı ordan çıxart deyəndə, adamlar deyir ki, patronlar var, get onlara de, mən çıxara bilmərəm. Sabah Hafiz Məmmədov çəkiləcək, ermənilərə verməyək ki? Deyəcək, Elbrus gəl sən idarə elə. Elbrus imkan tapıb Hafizdən onu ala bilər. Ancaq, bunu elə yerdən almışıq ki... Bir nəfərə demişdim ki, məndə elə kadrlar var ki, onu internet məkanına buraxaram, partlayar. Dedilər ki, biz bilirik sən ciddisən. «Lord Kale»nin prezidenti ki, var 3 dəfə senator seçilib. Ağsaqqal kişidir. 5 milyon 500 min əhalisi var oranın. Televiziyası da 50 faiz bu klubundur. 99 faiz klub Azərbaycana məxsusdur. Təsəvvür et ki, burada nə qədər siyasət var. Mən o klubu «Kred Aqipoldan» almışam. O, Fransanın ən mötəbər banklarından biridir. Ona görə keçən həftə hörmətli bir adamın müsahibəsi var idi. Fransadan olan, dedim ki, çox şükür ki, danışdınız. Deyir ki, bu nə puldur ki, Azərbaycandan bu kluba xərclənir? Dedim bu, həmin puldur ki, Monokaya, Paris Engelmene xərclənir. Elə «Lans»a da xərclənən həmin dövlətlərdən biridir. Bu hörmətli dövlət də Azərbaycandır. İkincisi niyə siz belə axmaq suallar verirsizniz? Xədicə Abbasova demişkən, mən onlara cavab vermədim, onların səviyyəsinə enmədim. Onlar boş-boş danışırlar. Çünki sən ermənilərin əlinə «kozır» verdin, kaş məni tənqid edərdin, ancaq, sən Azərbaycanı tənqid eləmə. Mən istər müxalifətçi, istər iqtidar olsun qəbul etmirəm. Sən Azərbaycan dövlətçiliyini qoruyacaqsan, Heydər Əliyev kimi. Sən məni pislə, Elbrusun yanında pislə, ölkəmdə pislə. Sən Fransıza mənim işimi pisləyəndə, ölkəmi pisləyirsən axı. Mən onun cavabını həmin verilişdə verdim, ancaq, bəzi hissələrini kəsiblər. Ermənilərindir axı... Mənim ölkəmə də, mənə də korrupsioner demə. Mən sənədləşən bir şirkətəm. Bu, çox çətin bir şeydir. Məni bazar qəbul edib. Mənim sənədləşməm o qədər avrostandartla, amerikstandartladır ki, o məni qəbul edib. Fransa bankı ona görə mənə bu klubu verdi. O müsahibənin də axırı o idi ki, Hafiz Məmmədovun dayağı, mənbəsi hardandır. Deyir Kred Akripol kimi mötəbər bir təşkilat yoxlamadan ki, bu pul nədir və kimdir heç vaxt Fransanın hörmətli klublarından birini verməzdi. O kanalın verilişinə baxsanız görərsiniz ki, bildirilir ki, klubu erməni şirkəti almaq istəyib, amma, Kred Aqripol deyib ki, qapılar bağlandı. «Baghlan Group» və Hafiz Məmmədov gəldi, bu, elə bizə lazım olan adamdır. Orda erməniyə sual ünvanlandı ki, bəs siz nə etdiniz? Deyir ki, gedib hər yerə şikayət etdik. Nə oldu? Deyir heç nə. Nə olacaq ki, qardaş? Avrostandart lazımdı sənə «Baghlann» Group» var. Amerikan standartı lazımdı burada var. Hər şey var. İstər Azərbaycan olsun, istər Özbəkistan.
- Bu alınma açıq şəkildə aparılmışdı?
- Əlbəttə, gizli heç nə yoxdur. Onlar deyir ki, siz bizim xilaskarımızsız. Özləri dedi ki, bu qədər maqnat «Lans»a dartınmadı. Hər gün ordan-bura iki dəfə gəlir. Mən onu deyə bilmərəm. Utanıram. 3 gün bundan əvvəl bir hadisə olub. 9 dənə jandarm gəlib. Nəsə hadisələr olub. Bunu mənə bir qadın dedi. Dedim mənə demə, get internetə denən. Dedi ki, sosial şəbəkədə paylaşacam. Dedim paylaş, amma, mənə demə. Məni, «Lans»ı istəyənsənsə, effekti olsun. Azərbaycanlıların bəziləri paxıldırlar axı... Deyir mənim inəyim ölüb, qoy qonşunun da inəyi ölsün. Bir dəfə erməni bir qadın mənə dedi ki, eynəyi çıxart, gözlərinin içinə baxım. Çıxardanda dedi ki, sən iranlısan. Dedim ki, yox, mən azərbaycanlıyam. Şəkil çıxartdı, dedi bunu tanıyırsan. Gördüm Serj Sarkisyanın şəklidi. Dedim o oğraşdı, şərəfsizdi, o filandı. Mübahisə düşdü. Mən onun yanında elə yekəxanalıq etdim ki... Özümü göstərdim ki, partlasınlar. Mən bununla fəxr edirəm. Əvvəl uşaqlarıma deyirdim ki, siz belə ölkənin vətəndaşı olduğunuz üçün xoşbəxtsiniz. Allaha and olsun, 50 yaşım var, mən o bayrağı görəndə, az qalsın ki, gözüm dolur. Madriddə girmişəm stadiona, ora baxıram» Land of Fire» bura baxıram «Land of Fire», tabloda baxıram Leyla xanımın «Euronews»da gedən süjeti, məni ağlamaq tutdu. Qara eynək taxdım ki, gözümün yaşı görsənməsin. Türkiyədə, Amerikada bayrağa olan məhəbbət indi bütün azərbaycanlılarda yaranıb. Bunu yaradıblar. Keçən səfər jurnalistlərlə görüşmüşdüm. Deyirlər ki, sənin patriotizmin var. Mənə dəli deyirlər. Kütlə demir, kütlə alqışlayır. Ancaq, deyənlər var. Deyirəm Mert Yosif dəliydimi? Ölkəsi üçün getdi, Ambrazouranın qabağını bağladı ya bağlamadı ki, dostları keçsin. Mənim ölkəmdi, mən bununla qürur hissi duyuram. Mən o pulu evimə də qoya bilərəm, o pulla başqa şey də edə bilərəm. Mən çalışıram etdiyimdən artıq edim ki, mənim ölkəm tanınsın. Azərbaycan adı olanda uşaq kimi yekəxanalıq edirəm. Ölkəmin adı gələndə elə edirəm ki, onlar görsün ki, azərbaycanlılar necə olur. Belə olmaq lazımdır.
- «Lans»ın işlərinə çoxmu qarışırsınız?
- Hələ qarışmıram. «Euro 2016»ya hazırlaşırlar. Deyiblər ki, sənin də pulunu xərcləməyəcəyik. Biz transfer məsələlərinə 2016-dan başlayacayıq. Ancaq gəlib hesabat verirlər, icazə alırlar. Məndən icazəsiz heç bir iş görmürlər.
- Və ola bilər ki, hətta ölkə də bundan qazansın...
- Ola bilər nədi? Əlbəttə, qazanacaq. Həm Fransa, həm də Azərbaycan qazanır. Mənim məşqçilərim var. Bir söz var demişəm. Rövnəq müəllim mənim yaxın dostumdur. Çox yaxşı oğlan, çox yaxşı təsərrüfatçı və rəhbərdir. Yaxşı bir sözü var. Deyir ki, futbolu da özüm oynayası deyiləm ki. Deyir hər şey yaxşıdı, futbolda məni tənqid edirlər. Rövnəq kimi federasiya prezidenti gəlməyib, gəlməyəcək. O, çox bacarıqlı, qanacaqlı, ürəyitəmiz, əliaçıq bir insandır. Ona demişəm ki, görəcəksən, 2-3 ildən sonra sənin oyunçuların Avropada oynayacaq. Cənab prezidentə Rövnəq müəllim kömək etməlidir, biz etməliyik. Mən də çəkilim durum qıraqda, başqası da. İmkan düşmüşdü. Düşdü aldım da. Almayardım? İndi həmin kluba praktikaya hər ay 30-40 uşaq göndərirəm.
- «Lans»a Azərbaycandan?
- Əlbəttə, «Madrid»ə də. Özü də 3-nü «Lans» seçib. O gün qəzetə baxıram. Yazıb ki, 17 yaşlı azərbaycanlı Mahir Mədətov «Lans»a göndərmişik. Sağ olsun, Rövnəq müəllim, Elxan Məmmədov. Mən dedim ki, 16-17 yaşlıları «Atletiko B» komandasına göndər. Mənim arzumdur ki, Avropa meydanlarında azərbaycanlılar oynaya. Xaricilərə demişəm ki, biznes edin. Bizim uşaqlar sadəlövhdür. Mənim millətim sadədir. Və burada talantlar var, istifadə edin. Görün, necə oyunçular çıxacaq, qazanmaq lazımdır. İndi daha çox uşaqlara diqqət yetirilir. Argentinadan, Braziliyadan azyaşlılara pul qoymağa başlanılıb. Gör, Azərbaycandan nə qədər investor pul qazana bilər. Yadındadırsa, əvvəllər belə bir proqram var idi. Hamı iki-üç imtahan verib Moskvada, Kiyevdə oxumağa gedirdi. Yaxşı-yaxşı uşaqlar vardı aralarında. Mən deyirəm, futbol yolu ilə gəlib oxuyacaqlar. Uşaqları 8-10 yaşından qoyun futbola, ayağı da, başı da işləsin. «Lans»a göndərdiyim uşaqlardan çox razı qalıblar. Tək futbol oynamırlar, dərs də oxuyurlar. Deyirlər ki, həm futbolçu olsun, həm də adam olsunlar. O vaxt Starkov deyirdi ki, biz «Milan»a praktikaya gedəndə, dərslərdən biri psixologiya, biri filosofiya idi. Sonra deyirdi ki, o vaxtdan ulduz olmağa gedən 14-15 yaşlı uşaqlar tanınırdı. Daun deyirdi ki, braziyalılarla, afrikalılarla işləmək olmur. Düz deyir onu, çox çətindir. Onlarda qayda-qanun yoxdu. Qarşısındakı da cavab verir ki, qayda-qanun oldu-olmadı bilmirəm, ancaq dörd ildən bir onlar dünya kubokunu götürürlər. İndi də fərqi yoxdur, kasıbdır ya varlıdır, gəlsin uşağını futbola qoysun, uşağın ayağı da, başı da düz işləsə, o, oxuyacaq.
- «Qarabağ» çempion oldu. Deyəsən, siz də fikrinizi açıqlamışdınız?
- Mən açıqlamasam da, klub mənim adımdan açıqlamalı idi. Çünki mənim belə şeyləri dəstəklədiyimi bilirlər. Adına görə də çox sevinirəm. O klub orada olmalıdır. Rəhbərinin kim olmasının əhəmiyyəti yoxdur. Ancaq «Qarabağ» yaxşı komandadır, bu il çox gözəl oyunçularla, çox gözəl xidmət etdilər. Qurbanın özü mənim dostumdur. Çox yaxşı məşqçidir. Orada motivasiya var. Onlardan çox peşəkarları transfer edirik. «Atletiko» Azərbaycan adı ilə hara qalxırsa, o da Qarabağ adı ilə ora qalxır. «Qəbələ» də çox peşakar, inkişaf eləmiş komandadır. Ancaq fərqimiz odur ki, biz Bakı şəhəriyik, onlar rayondur. Ya digər bir klub «Neftçi»ni götürəsən. «Qarabağ»da o ad var. O ad o klubu qaldırır.
- Yəqin ki, may ayında final oyununa gedəcəksiniz...
- 100 faiz. Ürəyin istəyirsə, səni də aparım.
- Ölkə rəhbərliyindən kimsə gedəcəkmi?
- Rəhbərləri dəqiq bilmirəm. Ancaq çox adam dəvət ediblər. Özüdəki Azərbaycan adı var. «Atletiko»nun ÇL-nin finalından qabaq daha bir final oyunu var. Bu, gözlənilmədən oldu. O da «Barselona» ilə «Atletiko» arasında İspaniya çempionunun adına aydınlıq gətirəcək oyundur. İki həftə bundan əvvəl atəşfəşanlıq da hazır idi, biz çempionluğu qeyd etməli idik. Və bu çempionluq nədir? Gör, bunlar nəyə inanırlar? 19 ildən sonra keçən il kuboku götürdük. Azərbaycan adı düşdü onlara. 40 ildən sonra yarımfinala çıxıblar. 40 il nədir, ay qardaş? İndi də şans var ki, 20 ildən sonra çempion olsunlar. Hamısı 19-20 ildir. Bunlar necə Azərbaycan adına hörmət etməsinlər?
- Onlarla bağladığınız müqavilənin müddəti nə vaxt bitir?
- Müqavilə şərtlərimiz var. Uşaqların getməsi və sair. Bizim «Atlitoko»nun aksionerlərindən biri olmaq kimi fikrimiz də var. Bəzi işlər artıq görülüb.
- Yəni «Land of Azerbaijan» qalacaq?
- 100 faiz. Ancaq məsuliyyətdir. «Land of Azerbaijan» olmasaydı, Hafiz Məmmədov olsaydı, adam fikir verməzdi. Azərbaycan adı varsa, mən Elbrusu da götürəcəm ki, gedək görək nə edirik. Azərbaycan adını həmişə qaldırmalıyıq. Çox böyük məsuliyyətin altına girmişik.
- Hər halda özünüzü doğrultmusunuz...
- Şükür Allaha. Allah var göydə. Allah prezidentimizin canına dəyməsin. Çox şükür ki, Azərbaycan adı «Qarabağ» kimi düşüb onlara.
- Bu məsələlərlə bağlı ölkə rəhbərliyini məlumatlandırırsınız?
- Bu, ölkə rəhbərliyinin siyasətinə dəstəkdir. Biz burada görüşdük. Cənab prezident, ümumiyyətlə, hər şeyə baxandır. Məlumatlı insandır. Özü də danışmışdı. Bunlar da qürur hissidir. Xocalı Soyqırımında «Lans» da var. Fransa Federasiyasına məktub yazdım ki, cəriməsini verəcəm, ancaq, Xocalı faciəsi günü çıxacaq mənim komandam. Dedilər ki, elə olsa, ümumiyyətlə liqadan çölə çıxarsan. Söhbət pulda deyil. İngiltərədə danışıqlar var idi. Ancaq «Atletiko» kişi kimi dediyini etdi, qarayla çıxdı. Erməni səfiri hücum etmişdi. Ermənistan dedi ki, «Atletiko Madrid» kimi düşmən yoxdur dünyada. Dalınca «New York» erməniləri Arda Turana zəng vurdular, təhqir etdilər. İspaniyada gəlib dedilər ki, xeyir ola siyasətə qarışmırdın, bəs indi niyə qarışırsan? Dedi ki, o ölkənin xeyri də, şəri də bizimdir. O bizə dəstək verən ölkədir. Bu ölkənin xeyrinə də, şərinə də şərik olmalıyam. Dedi ki, onun qara tarixi də, qırmızı tarixi də, mənim tarixlərimdir.
- Yəni iki klubu ermənilərin nifrətinə tuş gətirmisiniz...
- İspaniyanı qoymuşuq qırağa, bu ölkənin ən qəşəng klublarından biridir, «Lans» Fransanın ən köklü klublarından biridir, həm də ermənilərin çox yaşadığı yerdir, dəli olmuşdular. Bunlar fantastik dərəcədə başlarını itiriblər. Necə almışıqsa, o klubu əllərindən... Partlayırlar. Məni istəməyənlər yazırlar. Azərbaycanlı kimi onlara sözüm var. «Land of Fire» saytını çıxarıblar Manoko şəhzadəsinin adamları. O deyir ki, bütün stadionu «Land of Fire» et. Dostumdur. İki gün idi dostluq edirdik. Deyir, Hafka ürəyin nə istəyir, gətir burada «Land of Fire» elə. Bilirsən də, «Lans» orada oynadı. Azarkeşləri avtobusla apardıq ora. Şahzadə 90 dəqiqə onlara baxdı. 5-0 uduzurduq, onlar stadionda oxuyurdular. Özü də sülh mahnılarını oxuyurdular. «Lans»ın da, «Atletiko»nun da azarkeşləri Avropada bir nömrədir. Avtobusla 12 saat yol gəldilər. oyuna baxdılar, birdə getdilər, ev oyununa. Çünki stadion 40 min olsa da onun dinamosu min, min beş yüz nəfərdir. Mənim özüm dəhşətə gəlmişdim. Adam da 5-0 uduzub bu qədər oxuyar. Elə bil ki, udubdur. Bu, erməniləri qıcıqlandırır. Oranın da prezidenti 3 dəfə senator seçilib. Yaşlı bir adamdır. Dedi ki, Azərbaycan «Lans»ın xilaskarıdır. Bundan sonra nə var Azərbaycanlıqdır. 5 milyon 500 min əhalisi olan «Lord Kale» legionudur o. Mənim Azərbaycanda biznesin fəlsəfəsinə dair dissertasiyam var.
- Biznesin fəlsəfəsində öz fəaliyyətiniz barədə yazmısınız ya necə?
- Demək olar ki, öz fəaliyyətimizdir də. 41 şirkətim var. Bəzən hamı deyir holdinq filan. Ancaq holdinqin mühasibatına nəzarət olunmasa, o holdinq deyil. Yəni kiçik müəssisə deyilən bir şey var. Bunların üçü-dördü birləşəndə qrup və ya holdinq olur. Holdinqlər birləşəndə sindikat, konsern, korporasiyaya çevrilirlər. Mən Azərbaycanda ilk korporasiyanı qururam. O, nə deməkdir? Mən bir az belə şeylərin romantikiyəm. Həmişə çalışmışam ki, ilk olam. İstər futbol olsun, istərsə də biznes olsun. Bunun əziyyəti, bəhrəsi mənə zövq verir. Ancaq xaricdə bir qədər bizim barədə təəssürat fərqlidir. Deyirlər, bazarda Azərbaycandan 3 şirkət var. Biri özəldir, üçü dövlət şirkətidir. Çox çətindir «İnternational Market»ə düşmək. Çox çətindir onların kitabına düşmək. O kitaba düşsən, artıq sənin üçün heç nəyin problemi olmur. «Lans»la danışıqlar gedəndə erməni şirkətini qəbul etmədilər, məni qəbul etdilər. Çünki mənim iş prinsipim onları qane etdi. Tutaq ki, ailədə 10 uşaq var. Tutaq ki, bunların 3-ü qazanır, evə pul gətirir, digər 3-ü qazanmır. Belə çıxır ki, onda həmin o qazanmayan 3 nəfər də qazananın sayəsində yaşayır. Bu yaxşı hal deyil. Biznesdə də bu prinsip əsas götürülür. Sənin bütün şirkətlərinə baxırlar. Hansı, necə işləyir? Biri yaxşı, digəri pis işləyirsə, bu neqativ haldır. Biri lap yaxşı işləyir, o birisi lap zəif. Deməli, zəif olan güclünün hesabına dolanır da. Bunları mən müşahidə etmişəm. Ondan sonra nəyinki, şirkətləri holdinqə, holdinqləri korporasiyaya çevirmişəm. «Baghlan Group»da bunun nümunəsidir. Bunu da «İnternational Market» bilir. Evdə uşaqlarıma da deyirəm ki, heç kimlə bəhs etməyin. Biz özəlik. Hamı bizimlə maraqlanır. Hava limanında da birinci qarşılayan deyir ki, Hafiz müəllim oxuduq, reytinqiniz düşüb. Mən də cavab verirəm ki, sən bu günə kimi reytinq bilirdin nədir? Elə mənim haqqımda yazılanları oxuduqdan sonra məlumatlı oldun da bu barədə. Mənim reytinq alan bir təşkilatım var. Mən reytinqi «Standart and Poors»dan almışam. Özü də müsbət şəkildə. Ona görə də mən bazara gedəndə qapını üzümə taybatay açırlar. Fransada «Baghlan Group»un reytinqinə baxdılar və bəyəndilər. Açığı indi bir az reytinqim düşüb. Sən çox varlı bir adam ola bilərsən. Hansı ki, «Baghlan Group» bu gün çox varlı bir şirkətdir. Ancaq müəyyən bir dövr ola bilər ki, sənin gözləntilərin vaxtında gəlib çıxmaya bilər. Digər yandan da sənin ödəmən var. Bu ödəməni edə bilmirsən vaxtında. Ancaq hamı bilir ki, sənin yaxşı imkanın var. İflas və defolt deyilən bir şey var biznesdə. İflas odur ki, artıq heç nəyin qalmır. Kreditorlar hər şeyini satırlar, sən də batırsan. Defolt isə vaxtında ödəmə etməməkdir. Gecikmən olur. Amerikanın «Tramp» şirkəti 8 dəfə defolt olub. Bakıda da onun bir binasını tikiblər. Bu da böyük bir hadisədir. Mənim dostum Anar Məmmədovun gördüyü böyük işlərdən biridir. Anar Məmmədov Amerikada böyük işlər görür, Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov İngiltərədə böyük işlər görür. İndiki zamanda cavanlarımız xaricdə çox yaxşı işlər görürlər. Prezidentimizin qızı, Leyla xanım çox uğurlu işlərə imza atır. Bu gün «Baghlan Group»un da problemi tam olaraq defolt deyil. Zamanında ala bilməmisən, gecikmələr var.
- Son günlər Azərbaycan mətbuatında «Bank of Azerbaijan»ın problemləri ilə bağlı bir çox xəbərlər dərc olunur...
Ardı var...