vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
QARABAĞ  
10:38 | 19 may 2014 | Bazar ertəsi Məqaləyə 1823 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müharibə başlayacaq...»

«Əgər təkliflərimiz qəbul olunmasa»

Səbinə HƏSƏNOVA

MÖVZU İLƏ ƏLAQƏLİ

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik: «Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarəti altında olmalıdır».

Təkcə Azərbaycanda deyil, həm də Ermənistanda Qarabağ məsələsinə çox müxtəlif yanaşmalar olacaq. ABŞ-ın məsələyə yanaşmasını qınayan insanlar olacaq. Bu mübahisələr özlüyündə regionda sülhün bərpası üzrə müzakirələrə bir növ kömək edir. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın «Şant» televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bütün bunlar proqresə aparan dialoqa kömək edir, çünki həm Azərbaycanda, həm «Dağlıq Qarabağda», həm də Ermənistanda xalq sülhdən danışır.

Nəzərinizə çatdıraq ki, mart ayının ortalarında amerikalı həmsədr öz «twitter» səhifəsində yazmışdı ki, «münaqişənin iki tərəfi var- Azərbaycan və Dağlıq Qarabağ». Bir neçə gün əvvəl isə News.az-a müsahibəsində Uorlik, ABŞ iki müstəqil ölkə tanıyır - Azərbaycan və Ermənistan, deyə bildirmişdi.

«Azərbaycanın işğal olunmuş torpaqları» ifadəsinə görə ermənilərin tənqid hədəfinə tuş gələn Uorlik, bu barədə erməni telekanalına deyib: «Bu sözləri Karnegi klubunda çıxışım zamanı demişəm, lakin təkcə mən yox, digər həmsədrlər də atəşkəslə bağlı bəyanatlarında belə deyiblər. Əsas hansı sözlərin istifadə olunması deyil. Bir şeyi açıq-aydın dərk etmək lazımdır ki, əgər Dağlıq Qarabağ ətrafındakı torpaqları taleyi həll olunacaqsa, hər şeydən əvvəl həmin ərazilər Azərbaycana geri qaytarılmalıdır».

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri dünən tanınmamış Qarabağ Respublikasının prezidenti Bako Saakyanla görüşüblər. Görüşdən sonra rusiyalı həmsədr İqor Papov jurnalistlərin suallarını cavablandırmayacaqlarını bildirsə də, Ceym Uorlik bir neçə suala biganə qalmayıb.

Ötən gün Laçında ermənilərin tərəfindən etirazlarla qarşılanmalarının onun üçün gözlənilməz olduğunu deyən Uorlik, müxtəlif fikirləri dinləməyin əslində əlverişli olduğunu bildirib.

Qarabağ münaqişəsinin həlli ilə bağlı ABŞ-ın irəli sürdüyü 6 təkliflə bağlı amerikalı həmsədr bildirib: Əgər bu təkliflər yerinə yetirilməzsə, yenidən müharibə başlayacaq. Buna nə deyirsiniz? 6 təklif yenilik deyil, həmsədr ölkələrin prezidentləri də bu barədə danışıblar. Əlbəttə ki, bu son deyil, yenə müzakirələr aparmalıyıq.

Xatırladaq ki, həmsədrlər Qarabağ səfərləri çərçivəsində Laçına edərkən bir qrup erməni onların maşın karvanının qarşısını kəsiblər. Həmsədrlər Ceyms Uorlik (ABŞ), Jak For (Fransa) və İqor Papov (Rusiya) avtomobillərindən enməyə məcbur olublar.