Sumqayıtda parka giriş pullu oldu
Şəhər icra hakimiyyətinin rəsmisi aydınlıq gətirdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Bölgələrə kitabla gedirik!”
Gənclər şəhərində növbəti kitab sərgisi keçiriləcək
-
Hər kəs həddini bilməlidir
Sutkada 12 saat sükan arxasında sürücü də insandır və onun da səbrinin həddi var
-
Məşvərət xarakterli qurum
Ölkədəki problemləri Prezidentə birbaşa necə çatdırmaq olar?
-
SOCAR-ın zavodunda faciə
1 nəfər ölüb, 1 nəfər yaralanıb
-
Sumqayıtda avtobuslar daşa basıldı
Baş Prokurorluq gülləbaran xəbərini təkzib etdi
-
«Şəhərin illərlə yığılıb qalmış problemləri var»
Dövlət büdcəsindən dotasiya almayan Sumqayıtın xərcləri hardan qarşılanır...
-
Prezident iki yolun açılışında iştirak edib
5 yaşayış məntəqəsində yaşayan 72 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşdı
-
Oğru ilişdi
Qarətə gələn şaxtada qaldı
-
Polislər dindirildi
«Yaralılar qan içindəydilər, sürücülər onları götürmürdülər»
-
Sumqayıtda daha bir kütləvi zəhərlənmə...
12 nəfər bu dəfə qazdan zəhərlənib
-
Sumqayıtda kanalizasiya quyusu faciəsi
Biri FHN əməkdaşı olmaqla iki nəfər öldü, 3 əməkdaş zəhərləndi
-
Sumqayıtda mənzilə yığışıb İŞİD-ə biət etdilər
«Din və Allah yolunda and içəcəyimizi düşünürdüm»
-
«Maşın nasaz idi»
6 tələbənin qəzada öldüyü maşının sahibi dindirildi
-
«Ayda 200 manat verirdim...»
Sumqayıt yolunda 6 tələbəni öldürən «Ford» sürücüsü hakim qarşısında
-
«Gördüm ki, aldadır»
Avtomobillərdəki naviqasiyalar niyə işləmir?
-
Keçmiş nazirə təminat verilib
Fərhad Əliyev Sumqayıta investisiya qoyur
Sumqayıt şəhərinin dənizkənarı bulvarı olan Nəsimi parkına giriş artıq pulludur. Bu barədə «168 saat» internet qəzetinə oxuculardan biri məlumat verib. «Parkın bir hissəsinə giriş ödənişli edilib. Sumqayıtlıların «Sevgililər Körpüsü» kimi tanıdığı körpüdən dənizə doğru düşərkən sola ayrılan yolda şlaqbaum qoyulub. Söhbət Rəsm Qalereyasına tərəf gedən avtomobil yolundan gedir» - oxucunun məktubunda qeyd olunub.
ANSPRESS xəbər verir ki, məlumatı dəqiqləşdirmək üçün saytın əməkdaşı əraziyə yollanıb. Şlaqbaum «işlədən» şəxs deyib ki, əraziyə giriş, həqiqətən də pulludur - giriş üçün 1 manat ödəmək lazımdır.
İşçi bildirib ki, o, bu pulun hara, hansı qurum üçün və nə məqsədlə yığıldığını bilmir: «Bunun üçün Mirseyid müəllimlə əlaqə saxlayın. Parklara o baxır».
Mirseyid müəllim isə bildirib ki, münasib yerdə olmadığı üçün danışa bilmir, 20-25 dəqiqəyə özü əlaqə saxlayacaq.
Amma o, dediyi vaxtda da saytla əlaqə saxlamayıb.
Məsələyə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyev aydınlıq gətirib. Bildirib ki, həmin ərazidə dayanacaq yaradılıb: «Orada rəsmi olaraq dayanacaq yaradılıb. Kiminsə qanunsuz ödəniş tələb etməsindən söhbət gedə bilməz. Bu, dənizkənarı parkın abadlaşdırılması layihəsində əvvəlcədən nəzərdə tutulmuş avtodayanacaqdır. Axı parkda başdan-ayağa maşınla gəzmək olmaz. Gələcəkdə, dənizkənarı ərazi abadlaşdırıldıqdan sonra daha bir dayanacağın qurulması nəzərdə tutulur. Bu, həm də əhalinin parkda rahat istirahəti və avtoxuliqanlığın qarşısını almaq üçün nəzərdə tutulur. Yığılan vəsait isə abadlaşdırılmış əraziyə xidmət və işçilərin əməkhaqqına yönəldiləcək».