“Onların ədaləti budur?”
Siyavuş Novruzovdan Müsavata ittiham
APA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yeni əxlaq bu qədər huşsuz ola bilməz
Pis niyyətə düşənlərin sonu bəllidir
-
Kimlər vergidən azad olunacaq?
Yeni güzəştləri tətbiq ediləcək
-
Yaşıl dəhliz niyə işləmir?
“Gömrük tarifi haqqında” Qanuna dəyişikliklərin əhəmiyyəti
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Büdcə müzakirələri ...
Sənədin sonuncu oxunuş üzrə komitə iclasında əsas dəyişiklik nə olub?
-
Son 5 ildə 36 pillə geriləmə ...
... Yaxud Milli Məclisdəki bir görüşlə BMT hesabatı arasında əlaqə axtarışı
-
Büdcə icrasının müzakirələri
Fiskal siyasətdə hər manatın iqtisadiyyata təsiri
-
Ali təhsil 3 ilə endirilə bilər
Bütün universitetlərin yataqxanası olmalıdır
-
Bu ilin büdcəsinə dəyişiklik
İlk dəfə sosial xərclərin payı 45 faizdən çox olacaq
-
MM-də yeni təyinat
25 il aparat rəhbəri işləyən Mirzəyevi 33 yaşlı gənc əvəzlədi
-
“Ölkədə savadsızlıq tüğyan edir”
11-ci sinif buraxılış imtahanlarında 25 faiz şagird 50 balı aşa bilməyib
-
Növbədənkənar seçki ola bilərmi?
İqtidar və müxalifət eyni fikirdədir
-
MM-də islahatlar
Bir çox şöbələr birləşdirildi, bəziləri ləğv olundu
-
Yeni spiker kimdir?
Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …
-
“Sənin hansı simana inanaq?”
YAP-dan Əli İnsanova sərt reaksiya
-
Siyasətin rəngi yoxdur
“Xaç atası” romanı əsasında cizgi filmi çəkilsə, ...
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov müxalif Müsavat Partiyasını antidemokratik addımlarda ittiham edib. APA-nın məlumatına görə, Milli Məclisin bugünkü iclasında Avropa Parlamentinin qətnaməsinin tənqidi zamanı S.Novruzov bildirib ki, 20 ildir müsavatçıların hüquqlarını müdafiə edən Novella Cəfəroğlu hesabata qarşı çıxdığı üçün onu partiyadan çıxarmaq istəyirlər.
O qeyd edib ki, Müsavat Partiyası ədalətdən çox uzaqdır: “Bu addımlarla bəs onların ədaləti haradadır? Vaqif Səmədoğlu, Şirzad Əyyub, Aynur Camalqızı onların istədikləri, amma səs toplamayan namizədlərinin əvəzinə deputat seçildiyi üçün partiyadan çıxarılıblar. Budur onların ədaləti?”S.Novruzov müxalifətin aksiya məsələsinə də toxunub: “Milli Məclisdən 10 dəqiqəlik məsafədə mitinq keçirmək üçün gözəl yer var. Amma bunlar elektoratları olmadığı üçün yeri bəhanə edirlər. Yaxud bir sıra insanlar barədə hələ məhkəmə qərarı verilməyib, nə üçün öncədən belə bir bəyanat verirlər? Bu, demokratiya məsələsi deyil, iqtisadi maraqlarına görə belə qərarlar verirlər. Avropada Azərbaycanı istəyən yüzlərlə deputatlar var. Onların bəziləri Avropa Parlamentinin də üzvləridir. Bizim Avronest Parlament Assambleyasında, digər qurumlarda deputatlarımız var, onlar fəal olmalıdırlar”.