vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 26 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
16:14 | 10 iyun 2014 | Çərşənbə axşamı Məqaləyə 1396 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tək-tək sadalamağa ehtiyac yoxdur»

Avropa Yay Olimpiya Oyunları ilə bağlı tədbirlər planı təsdiqlənib

MÖVZU İLƏ ƏLAQƏLİ

Nəqliyyat Nazirliyində «Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı» təsdiq edilib. Plan 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Yay Olimpiya Oyunları ilə bağlı nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsi və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin zəruriliyini nəzərə alaraq təsdiqlənib.


ANS PRESS-in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov YAP-ın saytına müsahibəsində deyib. O, qeyd edib ki, tədbirlər planı avtomobil yolları, intellektual nəqliyyat sisteminin fəaliyyəti də daxil olmaqla avtomobil nəqliyyatı və dəmir yolu nəqliyyatı sahələrini əhatə edir.

Z.Məmmədov bildirib ki, nəqliyyat-yol kompleksində həyata keçirilən yeniliklər, görülən işlər çoxdur. Onun sözlərinə görə, respublikanın nəqliyyat siyasətini formalaşdıran bir qurum olaraq Nəqliyyat Nazirliyinin gördüyü işləri tək-tək sadalamağa ehtiyac yoxdur.

«Görüləsi işlər, perspektiv planlarsa daha çoxdur. İstənilən nəticəni əldə etməyin yeganə yolu problemlərin aradan qaldırılmasına nail olmaq və bütünlükdə Azərbaycanın yol-nəqliyyat kompleksini beynəlxalq standartlara cavab verəcək səviyyəyə çatdırmaqdır. Qarşımızda duran ən vacib məsələlərdən biri də sosial problemlərin həll edilməsinə nail olmaqla yanaşı, ölkəmizin vahid nəqliyyat siyasətinin təkmilləşdirilməsi, islahatların aparılması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir».