vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
CƏMİYYƏT  
22:51 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 2404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha 7-si ləğv edilməlidir

Azərbaycan kimi ölkələrə 12 nazirlik kifayətdir

Qubad İBADOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv edilib və əvəzində yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Bu çoxdan gözlənilən qərar siyasi hakimiyyətdaxili proseslərin nəticə olsa da, gec verilsə də iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi istiqamətində müsbət addım kimi dəyərləndirilə bilər.

Onsuz da Nəqliyat Nazirliyinin tənzimləyici səlahiyyətlərinin çoxu ondan alınmış və müxtəlif strukturlar arasında bölüşdürülmüdür. Əslində Azərbaycan kimi kiçik nəqliyyat şəbəkələrinə malik olan ölkədə ayrı-ayrı sahələr üzrə dövlət şirkətlərinin müstəqil fəaliyyət göstərdiyi halda belə bir nazirliyə ehtiyac da yox idi. Bu nazirlik tənzimləyici və kommersiya xarakterli fəaliyyətləri həyata keçirməklə büdcəyə əlavə yük idi. Onun mərkəzi aparatının saxlanılması və əmək haqqı xərcləri ayrılan büdcənin 80 faizindən çoxunu təşkil edirdi. Məlumat üçün qeyd edim ki, 2017-ci il üçün Nəqliyyat Nazirliyinə 2,62 milyon manat vəsait ayrılması nəzərdə tutulurdu. Belə olan halda bu istiqamətdə qərarların büdcə ili başlamamış və nazirliklərin büdcəsi bölüşdürülməmiş verilməsi daha məqsəduyğun olardı. Hesab edirəm ki, iqtisadiyyatın idarəedilməsi strukturunun təkmilləşdirilməsi islahatları davam etməlidir. Belə ki, bu günə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin sturkturuna 19 nazirlik, 9 dövlət komitəsi, 2 dövlət adminstrasiyası, 4 dövlət xidməti və 1 dövlət fondu daxildir və onların hamısı dövlət büdcəsindən maliyyələşdirilir. Beləliklə də Kabinetin tərkibində müxtəlif adlarla yer alan mərkəzi icra strukturlarının sayı 35-ə çatır. Müqayisələr göstərir ki, Azərbaycanda dövlət nazirliklərinin sayı hətta Avropa ölkələri ilə müqayisədə belə çoxdur. Məsələn, dövlət nazirliklərinin sayı İtalıyada 14, Almaniyada və Belçıkada 11, İspaniyada 9-dur. ABŞ-da da nazirlik səviyyəsində olan 11 federal hökümət qurumu fəaliyyət göstərir. Həqiqətən də Azərbaycanda 19 nazirliyin olması dövlət idarəetmə xərclərinin optimallaşdırılmasının və idarəetmədə struktur islahatlarının aparılmasının potensialının yüksək olmasının göstərəcidir. Əslində Azərbaycan Nazirlər Kabineti Rusiya Federal höküməti təkrarladığından ölkədə şişman dövlət idarəetmə aparatı yaranıb. Fikrimizcə, bu istiqamətdə aparılmalı olan islahatların 1-ci mərhələsində Azərbaycanda 12 nazirliyin saxlanılması optimal hesab oluna bilər. Bunlar hansılar ola bilərlər. 

1) Müdafiə 2) Daxili İşlər 3) Ədliyyə 4) Xarici İşlər 5) Maliyyə 6) İqtisadiyyat 7) Kənd təsərrüfatı və ərzaq 8) Səhiyyə, Təhsil və Rifah 9) Sənaye, Elm və Texnologiyalar 10) Nəqliyyat və Rabitə 11) Vergi və rüsumların tənzimlənməsi 12) Əmək Nazirliyi.

Hesab edirəm ki, bu il martın əvvəlində hökümət parlamentdə hesabat verdiyi zaman bu məsələlər üzrə də ciddi müzakirələr aparılmalıdır.