Ziya Məmmədov adı daha bir qalmaqalda
İsveçdə Azərbaycanla bağlı korrupsiya səs-küyü qalxır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
İsveçdə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və «Azərbaycan Dəmir Yolları»nın keçmiş rəhbərliyinin ətrafında iri korrupsiya qalmaqalı qızışmaqdadır. Bu ölkənin korrupsiyaya qarşı mübarizə üzrə milli şöbəsi məşhur Kanada şirkəti olan «Bombardier»in İsveç törəməsinin bir neçə əməkdaşını saxlayıb.
2013-cü ildə şirkət «Azərbaycan Dəmir Yolları» (ADY) üçün avadanlıq təchizatı üzrə iri tenderin qalibi olub. Söhbət Bakı-Böyükkəsik dəmiryolunun avtomatlaşdırma və siqnalizasiya sistemlərinin yenilənməsindən gedirdi. Podratın məbləği 288 milyon dollar təşkil edirdi.
Prokurorluğun məlumatına görə, sövdələşmə gerçəkləşdirilərkən 50 milyon dollar harasa yoxa çıxıb. Müstəntiqlərin fikrincə, bu pullar azərbaycanlı məmurlara «otkat» («şirinlik») məqsədilə rüşvət olaraq verilib.
Bundan əlavə, Stokholm dairə məhkəməsinin qərarı ilə «Bombardier» şirkətində işləyən Rusiya vətəndaşı həbs olunub. O, ağırlaşdırıcı hallarla rüşvət verməkdə ittiham edilib. Qeyd olunur ki, həbs edilən rusiyalı «Bombardier»in digər əməkdaşları ilə birgə «Azərbaycan Dəmir Yolları»nın məmurları ilə sövdələşməyə gedib.
İş burasındadır ki, Kanada şirkətinin İsveç törəməsi tenderdə elə də sərfəli şərtlər irəli sürməyib, lakin buna baxmayaraq, sərfəlilyinə görə beşinci yeri tutmuş şirkət tenderin qalibi elan edilib. Bu, ADY-nin rəhbərliyinin xeyli miqdarda rüşvət almasının müqabilində baş verib.
İstintaqın əlində saxlanılanların sənədlərindən və elektron məktublarından ibarət geniş baza mövcuddur ki, bütün bunlar azərbaycanlı məmurlara rüşvətin verilməsini sübuta yetirir.
Xatırladaq ki, 2013-cü ildə «Azərbaycan Dəmir Yolları»na Asif Əsgərov rəhbərlik edib. 2015-ci ildə o, nəqliyyat naziri Ziya Məmmədovun müavini təyin olunub. Ötən ay Ziya Məmmədovun nazirliyi ləğv rdilib və o. avtomatik işsiz qalıb.Ziya Məmmədov İsveçdə korrupsiya qalmaqalının tən ortasında
İsveçdə keçmiş nəqliyyat naziri Ziya Məmmədov və «Azərbaycan Dəmir Yolları»nın keçmiş rəhbərliyinin ətrafında iri korrupsiya qalmaqalı qızışmaqdadır. Bu ölkənin korrupsiyaya qarşı mübarizə üzrə milli şöbəsi məşhur Kanada şirkəti olan «Bombardier»in İsveç törəməsinin bir neçə əməkdaşını saxlayıb.
2013-cü ildə şirkət «Azərbaycan Dəmir Yolları» (ADY) üçün avadanlıq təchizatı üzrə iri tenderin qalibi olub. Söhbət Bakı-Böyükkəsik dəmiryolunun avtomatlaşdırma və siqnalizasiya sistemlərinin yenilənməsindən gedirdi. Podratın məbləği 288 milyon dollar təşkil edirdi.
Prokurorluğun məlumatına görə, sövdələşmə gerçəkləşdirilərkən 50 milyon dollar harasa yoxa çıxıb. Müstəntiqlərin fikrincə, bu pullar azərbaycanlı məmurlara «otkat» («şirinlik») məqsədilə rüşvət olaraq verilib.
Bundan əlavə, Stokholm dairə məhkəməsinin qərarı ilə «Bombardier» şirkətində işləyən Rusiya vətəndaşı həbs olunub. O, ağırlaşdırıcı hallarla rüşvət verməkdə ittiham edilib. Qeyd olunur ki, həbs edilən rusiyalı «Bombardier»in digər əməkdaşları ilə birgə «Azərbaycan Dəmir Yolları»nın məmurları ilə sövdələşməyə gedib.
İş burasındadır ki, Kanada şirkətinin İsveç törəməsi tenderdə elə də sərfəli şərtlər irəli sürməyib, lakin buna baxmayaraq, sərfəliliyinə görə beşinci yeri tutmuş şirkət tenderin qalibi elan edilib. Bu, ADY-nin rəhbərliyinin xeyli miqdarda rüşvət almasının müqabilində baş verib.
İstintaqın əlində saxlanılanların sənədlərindən və elektron məktublarından ibarət geniş baza mövcuddur ki, bütün bunlar azərbaycanlı məmurlara rüşvətin verilməsini sübuta yetirir.
Xatırladaq ki, 2013-cü ildə «Azərbaycan Dəmir Yolları»na Asif Əsgərov rəhbərlik edib. 2015-ci ildə o, nəqliyyat naziri Ziya Məmmədovun müavini təyin olunub. Ötən ay Ziya Məmmədovun nazirliyi ləğv edilib və o. avtomatik işsiz qalıb.