Həsənliyə görə «dava»
«Facebook» müxalifətin savaş meydanına dönüb
ASİF
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Maraq o qədər də yüksək olmur»
Müxalifət seçki bloku yaratmaqdan vaz keçib...?!
-
Məşhədilərin son ümidi
Şura hökumətini tanımayan kərbəlayilər, Milli Şuraya biət edib
-
«5-10 adam gələcək»
YAP-dan Milli Şuranın mitinqinə münasibət
-
Qanadsız dəvə...
...Və ya bir müxalifətçidən bir jurnalistə «demokratiya dərsi...»
-
«Heç biri ilə razı deyiləm»
Novella Cəfəroğlu: «Nə Xədicə İsmayılın, nə də Milli Şuranın siyahısını tanıyıram»
-
Əli Kərimlinin xahişini yerə saldılar
Fransa səfirliyindən «Milli Şura»nı tanımadıqlarını dedilər
-
«Ən böyük bəlamız hikkədir»
«Bu, mənim qismətim olub»
-
«Ziyalılar Forumunda bir necə adam var ki...»
«Demişəm ki, siz, niyə fəaliyyət göstərmirsiniz?»
-
«Həmişə demişəm ki, ...»
«Bilirəm Rüstəm İbrahimbəyov Azərbaycana niyə gəlmir, amma ...»
-
«Müsavat şadlıq evi ilə müqavilə bağlayıb...»
«Onların xətləri tamam başqa cürdür, lakin məqsəd eynidir»
-
Mirzə Xəzər MŞ-yə «Yox!» dedi
«Formalaşmayıb və ictimai rəyə təsiri çox zəifdir»
-
«Bu təkcə İsa Qəmbərin iradəsindən asılı deyil»
Arif Hacılı: «Təbii ki, başqanlıq barədə düşünürəm...»
-
«Cəmil Həsənli belə bilirdisə…»
«Niyə ərizə yazıb getdi»
-
«Xocalı faciəsi olmayacaqdı»
«Opponentlərim mane olmasaydılar, daha çox işlər görə bilərdim»
-
«Heç utanmırsan...?»
Cəmil Həsənlidən jurnalistə aşağılayıcı sərt reaksiya
-
Aqil Səmədbəylinin istefa səbəbi
«Ziddiyyətlərdə tərəf olmaq istəmədim»
Milli Şura sədri Cəmil Həsənlinin «ədəbiyyat adamlarından ictimai mövqe gözləmək lazım deyil» ifadəsi müxalifət düşərgəsində ciddi qarşıdurma yaradıb. Publika.az xəbər verir ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən Cəmil Həsənlini cəbhəçilər müdafiə edir, müsavatçı və digərləri isə tənqid atəşinə tutub.
Müsavat Məclisinin üzvü Alya Yaqublu Cəmil Həsənlinin bu fikirlərini «Başın sağ olsun, millət» deyə şərh edib: «Demişdim axı, Cəmil Həsənli təkzib eləyir, deyib, vaxtından əvvəl kükrəməyin, biabır olarsınız. Cəmil bəy və qeyri-hörmətli insanlarımız zorun yanında duran məşhurlarla «tez-tez zəngləşib hal-əhval elədikləri» üçün belələri orda durmaqda davam eləyirlər, çünki görürlər ki, hörmətlərindən və samballarından heç nə əskilmir, əksinə, vaxt ötdükcə uca və müqəddəs zirvələrə yerləşdirilirlər.
Əzizim Cəmil bəy, «adi oxucunun anlamadığı» şeylər yazan biri milli təfəkkürə, ictimai rəyə necə təsir edə bilib, bunu da izah eləyin də, lütfən. Mən adi oxuculardanam, burda misal çəkdiyiniz «39-da doğulub, 38-də öldüm» fikrində haqsızlıqlara qarşı barışmaz olmağın hansı şəkildə simvolizə edildiyini başa düşmürəm».
REAL üzvü Rövşən Ağayev də Cəmil Həsənlini ciddi şəkildə tənqid edərək «Cəmil müəllimə dəyər verdiyimiz kimi, onu qınamaq da haqqımızdı» deyə bildirib. O, «Ədəbiyyat adamından ictimai mövqe tələb etmək doğru deyil» söyləyən Cəmil Həsənlini qınadığını bildirib.
«Tarixdən, bəlkə də, yüzlərlə örnək gətirmək olar, amma Volter və Hüqonu xatırlamaq kifayətdir ki, məhz ədəbiyyat adamının bir nömrəli missiyasının ictimai mövqe olduğunu qəbul edəsən. Hüqo Volteri böyük Fransa inqilabının fikir atası adlandıranda ona işarə edirdi ki, ədəbiyyat adamı üçün ictimai mövqe sərgiləmək azdı, lazım gələndə inqilab da etməlidir»,- deyə o bildirib.
Vəkil Aslan İsmayılov isə C.Həsənlinin müdafiəsinə qalxıb. O iddia edib ki, Cəmil Həsənliyə hücum çəkənlər onun keçdiyi yolun, Vətən, Millət üçün gördüklərinin cüzi bir hissəsini də görməyiblər: «Bu tip insanlar həyatda heç nəyə nail olmayıblar, ən böyük nailiyyətləri söymək, şərləmək bacarığıdır. Bunu həqiqətən yaxşı bacarırlar. Bəli, bu sahədə nə Cəmil müəllim, nə də mənim kimilər onlara çata bilməzlər. Cəmil müəllimin ünvanına səslənən qərəzli fikirlərə «dost tənqidi vacibdir» deməsi ilə də razılaşmıram. Yazılanları oxudum, onlar «dost tənqidi» deyil, «imkan düşüb buna da yerini göstərək» deməkdir. Bunlar söyür, bizlər isə susuruq. Sovet bolşevikləri ilə bunların heç bir fərqi yoxdur. Bizlər susduqca bunlar aqressivləşir və özlərini mütləq hakim sayırlar. Bizlər çalışırıq ətrafımızdakıların uğuruna sevinək, xüsusilə yaradıcı insanların bəzən buraxdığı səhvləri görsək də, özümüzü görməzliyə vuraq, çünki onlar ruh adamlarıdır, tez acıyırlar. Bir iki cızma-qara edib, ən biədəb sözləri yeni bir kəşf kimi bəh-bəhlə tirajlayanlara, nəinki tənqidə, söyüşə də acımayırlar. Bu barədə rəhmətlik Bəxtiyar Vahabzadə, Vasif Adıgözəlovla çoxlu söhbətlərim olub, onların ünvanlarına səslənən iftiralara görə necə acıdıqlarının şəxsən şahidi olmuşam. Bu cür dahiləri neçə-neçə ağzından süd iyi gələn, həyatda «məşhur» olmağı söyməkdə görən, heç bir nailiyyəti olmayanların nə qədər incitdiklərinin canlı şahidi olmuşam. Sonuncu dəfə böyük yazıçı Anardan onun haqqında yazılanlara vaxt itirməməsini xahiş etdikdə onun necə əsəbiləşdiyinin şahidi oldum. Mənə əsəblə «sənin valideynlərin haqqında mənimkilər barədə yazdıqlarını yazsalar susardınmı?» sualına hələ incimişdim də. Vaxt keçdikcə, özüm haqqında yazılan iftiraları gördükcə Anarın nələr çəkdiyini, bu günlərdə yubileyi olan Vaqif Səmədoğlunun dahi Səməd Vurğun haqqındakı yazılara necə dözdüyünü təsəvvür edə bilmirəm. Həmişə dostlardan xahiş etmişəm ki, yaradıcı insanları siyasətə qatmayın, qoyun onlar öz yaradıcılığı ilə məşğul olsunlar. Onların yaradıcılığının millətin maariflənməsində, inkişafında rolu bir-iki mitinqdə alovlu nitqlər söyləyənlərlə müqayisə olunmazdır. Hərçənd ki, mən onlardan fərqli olaraq mitinqlərdə iştirak edən hər bir insanın, hakimiyyəti tənqid edən hər bir fərdin hərəkətinə hörmətlə yanaşıram. Bir də ki, demokratiyadan dəm vuranların, niyə hamının məhz onlar kimi davranmasını tələb etməsini heç cür anlaya bilmirəm. Axı hamı öz istədiyi kimi hərəkət etməlidir, kimlərinsə xoşuna gəlmək üçün yox. Məhz buna görədir ki, cəmiyyət iki düşmən qütbə bölünüb və bir-birini məhv etməyə hazırdır. Məhz buna görə arada körpü olacaq qüvvə yoxdur».