vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TƏHSİL, DİN  
13:01 | 11 iyun 2014 | Çərşənbə Məqaləyə 1371 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

15 mindən çox şagird 2 aldı

TQDK iyunun 8-də olan ilk buraxılış imtahanının nəticələrini açıqlayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də keçirilmiş ilk buraxılış imtahanının nəticələrini açıqlayıb. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, bu imtahanların nəticələri iyun ayının 10-da saat 21:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.


İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı Komissiyanın internet saytı ilə yanaşı Azercell, Bakcell və Nar Mobile nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.

IX sinif üzrə buraxılış imtahanında 39 731 şagirdi iştirak edib. Onlardan 6728-i «Ana dili», 9052-si isə «Riyaziyyat» fənnindən 5 qiyməti alıb. 4808-i «Ana dili», 6501-i isə «Riyaziyyat» fənnindən «2» qiyməti əldə edib.

XI illik təhsil bazasında 29 869 XI sinif şagirdi iştirak edib. Onlardan da 7616-sı «Ana dili» 6943-ü «Riyaziyyat» fənnindən «5», 1746-sı «Ana dili», 2674-ü isə «Riyaziyyat» fənnindən «2» alıb.

Qeyd edək ki, şagirdlər 2 qiyməti üçün 0-7, 3 üçün 8-17, 4 üçün 18-25, 5 qiyməti üçün isə 26-30 suala cavab veriblər.

Qeyd edək ki, ilk buraxılış imtahanı bazar günü Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonlarında olub.