vaxtlı-vaxtında oxuyun! Cümə, 1 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ELM-TƏHSİL, DİN  
10:57 | 16 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1359 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2 alanların sayı açıqlandı

Ən pis qiymət alanlar ən yaxşılardan 2 dəfə çoxdu

MÖVZU İLƏ ƏLAQƏLİ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.


TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iyunun 13-də IX və XI sinif şagirdlər üçün keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Buraxılış imtahanında 26 380 IX sinif şagirdi iştirak edib. Onlardan 1623-ü «Ana dili», 2793-ü isə «Riyaziyyat» fənnindən «5 qiyməti alıb. Şagirdlərin 4052-si «Ana dili», 3530-u «Riyaziyyat» fənnindən «4», 11730-u «Ana dili», 9721-i «Riyaziyyat» fənnindən «3», 8975-i «Ana dili», 10 336-sı isə «Riyaziyyat» fənnindən «2» qiyməti əldə edib.

İyunun 13-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 20 052 XI sinif şagirdi iştirak edib. Onlardan da 2890-ı «Ana dili» 2774-ü «Riyaziyyat» fənnindən «5», 4046-sı «Ana dili», 4416-sı «Riyaziyyat» fənnindən «4», 7818-i «Ana dili», 7471-i «Riyaziyyat» fənnindən «3», 5298-i «Ana dili», 5391-i isə «Riyaziyyat» fənnindən «2» qiyməti alıb.

Qeyd edək ki, TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib. Bu imtahanların nəticələri iyunun 15-də saat 13:00-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı «Azercell», «Bakcell» və «Nar Mobile» nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.