vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
SOSİAL  
09:19 | 21 iyun 2014 | Şənbə Məqaləyə 2425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daşınmaz əmlak ekspertindən qorxulu xəbərdarlıq

«Yeni binaların çoxu 2000-ci ildəki 6,2 ballıq zəlzələyə tab gətirməz»

İqtisadiyyat şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Əhalinin mərkəzdən köçürülməsi fonunda Bakının ətrafında kütləvi tikinti işləri gedir. Bu, əmlak hüququnun pozulması ilə yanaşı, işin keyfiyyətinə də pis təsir edir. Səbəb budur ki, yüksək ranqlı məmurların himayəsindəki şirkətlər yoxlamalara məruz qalmır. Prokurorluq isə yalnız iş icraçısı və icraçı direktorların oğurluğuna reaksiya verir.


Rielotor Bahadur Əliyev «Turan» agentliyinə bildirib ki, 80-ci illərdən hökumət tikinti işlərinin keyfiyyətinə fikir vermir. Çox az tikinti sahibi peşəkarlara müraciət edir, ona görə Avropa standartlarından danışmağa dəyməz. Bakı seysmik aktiv zonadadır, sürüşmə təhlükəsi çoxdur. Ona görə hətta Yasamalda 9 mərtəbədən artıq ev tikmək olmaz.

Bakı Şəhər İcra Hakimiyyəti 12 mərtəbədən yüksək evlər tikməmək barədə qərar verib. Amma yeni binaların çoxu 17-22 mərtəbədir. Səbəb torpağın bahalığı (sotu 50 min manatdan başlayır), icazə almağın çətinliyidir. Yəni mənfəət üçün qaydalar pozulur, icra orqanları bu cinayətə göz yumur.

Rielotor deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti evlərin fasadının rəng qamması barədə qərar qəbul edir. Buna baxmayaraq mərkəzdə bu qərar əsas götürülmür - mərkəzi ərazilərdə yalnız rəhbərliyin rəyi nəzərə alınır. SSRİ dövründə Arxitektura və Tikinti Şurasının qərarı olmadan bina tikmək olmazdı. Ona görə Bakıda binalar 2000-ci ildə 6,2 bal zəlzələyə davam gətirdi. İndi belə zəlzələ olsa, yeni binaların çoxu tab gətirməz.

Onun sözlərinə görə, hazırda Bakı Şəhər İcra Hakimiyyəti tikintiyə icazə verir, Fövqəladə Hallar Nazirliyinin qəbul komissiyası iş bitəndən sonra nöqsanlar aşkarlayır. Nəticədə binalar təmirsiz təhvil verilir, bu isə normativlərə ziddir. Proses mərkəzləşdirilmiş olmalı, obyektin kommunikasiyaları, yanğın və sanitar təhlükəsizliyi yoxlanmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, Cinayət Məcəlləsində icbari əməyə görə cəza var, amma tikintilərdə qanunsuz miqrantlar işlədilsə də, heç kəs məsuliyyətə cəlb edilməyib. Həmçinin qanunun 162-ci (əmək mühafizəsi qaydalarının pozulması), 200-cü (istehlakçıları aldatma, keyfiyyətsiz mal satma), 222-ci (tikinti işlərinə təhlükəsizlik qaydalarının pozulması) maddələri pozulur.

Ekspertin fikrincə, Fövqəladə Hallar Nazirliyinin saytında təhvil verilən obyektlər və ya onların istismara verilməməsinin səbəbi barədə informasiya verilməlidir. Sayğacların quraşdırılmasına görə pul alınmamalıdır. Bundan başqa, yeni binaların sahibləri öz adamlarını komendant təyin edir, onlar sakinlərdən işləməyən liftlər, zibil, olmayan qaza görə pul yığır. Konstitusiyada istehlakçıların hüququnun qorunması nəzərdə tutulur, amma proteksionizm hökm sürür - yüksək rütbəli məmurların hamısı səhm nəzarət paketinə malikdir.

Mətbuat 2008-ci ildə Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 14 saylı ünvanda 16 mərtəbəli binanın uçması mənzil tikintisinə nəzarət etməli olan dövlət qurumlarının fəaliyyətsizliyini üzə çıxartdı. Binanın uçmasına səbəb tikinti normalarına və təhlükəsizlik qaydalarına əməl edilməməsi idi. Bundan başqa, tikintidə əmək qanunvericiliyinə məhəl qoyulmamışdı - uçqunda dünyasını dəyişən 28 nəfərin heç biri ilə əmək müqaviləsi bağlanmamışdı. Qurbanlara təzminat dövlət büdcəsi hesabına ödənildi.

O vaxt Bakı Şəhər İcra Hakimiyyəti tikintidə riskləri azaltmaq üçün  Bakıda 12 mərtəbədən yuxarı binaların tikintisini rəsmən qadağan etdi. Ancaq bu qadağa qısa müddətə qüvvədə oldu. Sonradan bu qadağa da korrupsiya mənbəyinə çevrildi - meriya ilə qeyri-rəsmi anlaşma yolu ilə yenidən 18-20 mərtəbəli binaların tikintisi davam etdirildi. Tikinti qaydaları və tikintiyə nəzarət mexanizmi sahəsinə hamının tabe olacağı və əməl edəcəyi standartların hazırlanmasına ehtiyac var. İndiki standartlar isə korrupsiya qaynaqlarından başqa bir şey deyil. (musavat.com)