vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
11:41 | 19 iyun 2018 | Çərşənbə axşamı Məqaləyə 2069 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dərnəgüldəki taxta bazarında yanğın

500 minlik malı yanan ticarətçi özünü alovun içinə atdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bakının Ziya Bünyadov prospektində “taxta bazarı” kimi tanınan və tikinti materiallarının satıldığı böyük bazarda bu gün səhərdən başlamış yanğında xəsarət alanlar barədə məlumatlar daxil olur. Əməkdaşımız Ülviyyə Xudiyeva hadisə yerindən xəbər verir ki, hələlik 3 nəfərin təcili yardım avtomobili ilə xəstəxanaya aparıldığı məlumdur.

Onlardan biri tüstüdən zəhərlənib. Digəri isə istilik sistemləri satılan mağazanın icarəçisidir və içəridə 500 min manatdan çox dəyərində malı qalıbmış. Kimliyini dəqiqləşdirə bilmədiyimiz həmin ticarətçi mallarını xilas edə bilmək üçün özünü alovun içinə atıb və ciddi yanıq xəsarətləri alıb. Xəstəxanaya aparılanlardan biri də FHN-nin əməkdaşıdır, yanğınsöndürəndir. Onun da tüstüdən zəhərləndiyi bildirilir. Hadisə yerində çoxlu sayda təcili tibbi yardım avtomobilləri var və yanğından xəsarət alanların sayının artması istisna deyil.

 

***

 

11:08

Hadisə şahidlərinin virtualaz.org-a bildirdiklərinə görə, yanğın xırdavat bazarında qəflətən başlayıb və sonradan tikinti mağazalarına keçib.

Nəticədə, tikinti materialı, boya, laminat, lambirin, taxta, istilik sistemləri satılan 9 mağaza yanaraq kül olub. Yanmayan mağazalarda isə materiallar yararsız hala düşüb.

Mağazalarda tezalışan materiallar satıldığından, yanğın tez bir zamanda ətrafa yayılıb. Mağaza sahibləri 100 minlərlə manatlıq zərər çəkdiklərini deyirlər.

Ərazidə hələ də tüstülənmə davam edir.

 

***

 

10:57

Bakının Ziya Bünyadov prospektində tikinti materiallarının satıldığı “Taxta bazarı” deyilən ərazidə dəhşətli yanğın hadisəsi baş verib.

Virtualaz.org-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın nəticəsində 5 mağaza yanıb. Digər mağazalara da zərər dəyib, əksəriyyətinin şüşələri sınıb.

Hazırda 10-dan çox yanğınsöndürən maşın və təcili yardım briqadaları əraziyə cəlb olunub. Mağazaların işçiləri yanğından yanmamış tikinti materiallarını küçəyə töküblər, əraziyə yüzlərlə adam toplaşıb. Hadisə gecə saatlarında baş verdiyindən, mağaza sahiblərinin bir hissəsi bundan səhər xəbər tutublar.

Mağaza sahiblərindən birinin sözlərinə görə, hadisədən xəbər tutanda bütün mağaza yanıb kül olub. Hadisənin hansı səbəbdən baş verdiyini isə heç kim bilmir.

Hazırda əraziyə 50-60 nəfərə yaxın polis cəlb olunub.

Ülviyyə XUDİYEVA

 

***

 

10:29

Ekologiya və Təbi Sərvətlər Nazirliyi paytaxtın Ziya Bünyadov prospektindəki tikinti materiallarının satışı bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, naməlum səbəbdən baş vermiş yanğın nəticəsində havaya qatı tüstü və qoxu yayılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gedib, monitorinq və araşdırma işlərinə başlayıb.

Mütəxəssislər atmosferə yayılan tüstü axını və qoxu ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar-mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürüb. Götürülmüş nümunələr üzərində laborator analiz aparıldıqdan sonra nəticələr barədə məlumat veriləcək.

Nazirliyin əməkdaşları hazırda hadisə yerində araşdırma və monitorinqləri davam etdirir.

 

***

 

10:27

Yanğın baş verən əraziyə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev gəlib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini Şahmar İbadov APA-ya bildirib ki, hadisə “Taxta bazarı”nın ərazisində qeydə alınıb və daha sonra yanğın qonşuluqdakı dükanlara keçib.

“Yanğın söndürülüb və yanğınsöndürənlərin səyi nəticəsində geniş miqyas almasının qarşısı alınıb”, - deyə Ş.İbadov vurğulayıb.

 

***

 

10:25

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

APA-nın verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 15 yanğınsöndürən maşını gəlib.

Etibar Mirzəyev bildirib ki, yanğın nəticəsində xəsarət alan yoxdur: "Yanğının baş vermə səbəbləri aradırılacaq. Araşdırmalardan sonra ətraflı məlumat veriləcək".

 

***

 

10:09

Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” kimi tanınan tikinti materiallarının satışı mağazasının dam örtüyü yanır.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.