Hansı halda rüsum və ƏDV-dən azad edilir?
7 illik vergi güzəştləri mövcuddur, amma ...
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Daşımalarda dinamika ...
Əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 11,3 faiz artaraq, ...
-
ÜDM-də tarixi rekord
Amma idxal qiymətlərində də ciddi artım var
-
“Bizə qələbə yaraşır!”
Nazir “Qarabağ”ın mərhələ keçməsini sosial şəbəkə səhifəsində təbrik etdi
-
Xəzər düyünü açılacaqmı?
4 ölkə dil tapsa da, İran dirəniş göstərir
-
Nazirdən inanılmaz statistika
2022-nin ilk rübündə ötən ilə nisbətdə 50 faiz artım var
-
Qeyri-neft sektorunda tarixi göstərici
İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkədə bu barədə iki tvit atıb
-
“İqtisadiyyatımız “kölgə”dən “ağ”a meyllənir”
Mikayıl Cabbarov: “Çatışmazlıqlar və hədəflər var”
-
Spiker nazirə şikayətləndi
“Gərək hər dəfə kartdan pul çıxaraq?”
-
2 nazirlik birlikdə nəyi müzakirə edib?
“Sənəd tezliklə qəbul olunacaq”
-
“Bulanıq suda balıq tutmaq zamanı bitib”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
-
“Nə vaxtsa qarşılaşacağıq”
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
-
“Biz müxtəlif dinlər və xalqların nümayəndələri üçün bir ev olmuşuq”
Nazir: “Azərbaycan qeyri-xammal sektorunun inkişafında İsrailin təcrübəsi ilə maraqlanır”
-
Nazir yeni departament yaratdı
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
-
Vergi nazirinin hədəfləri
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
-
Mikayıl Cabbarov köhnələrə etibar etmir?
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
-
Vergilər Nazirliyində yeni təyinatlar
Mikayıl Cabbarov köhnə komandasını özü ilə apardı
Az öncə bir xəbər əvvəl yazılıb sonra silindi. Məhz bu xəbərə toxunmaq istərdim.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bugünkü çıxışında səsləndirilən fikirləri bir çox jurnalistlər yanlış formada başa düşülərək, yayılıb. Yəni yazılıb ki, cənab nazir deyib ki, kiçik və orta biznes (KOB) təsərrüfat subyektlərin 7 il müddətində vergidən azad olunacaq. Amma fikir əslində belə olmayıb. Cənab nazir təxminən belə bir fikir səsləndirib ki, biz KOB-lara müəyyən sərbəstlik vermişik, bir sıra xüsusi tədbirlər görmüşük. 7 illik gəlir vergisindən azad olunma o deməkdir ki, vaxtilə kiçik və orta sahibkarlıqda çalışanların sayı 500 min idisə, hazırda bu rəqəm 850 min nəfərə çatıb.
Cənab nazirin bu fikirlərini KOB-ların 7 il müddətinə vergidən azad olunacagı xəbəri kimi yayıblar. Daha sonra bir çox saytlarda bu xəbərləri siliblər. Bu xəbərə də bir çox tanınmış insanla belə müxtəlif reaksiyalar veriblər.
Bəs cənab nazir 7 il dedikdə nəyi nəzərdə tuturdu?
Deməli vergi güzəştləri ilə bağlı müxtəlif illəri əhatə edən güzəştlər mövcuddur. 3 il, 7 il, 10 il və s. Məsələn, Startap şəhadətnaməsi alan sahibkarlar 3 il müddətinə vergidən azad edilirlər. 7 il müddətinə vergidən azadolma isə İqtisadiyyat Nazirliyi tərəfindən verilən “İnvestisiya təşviqi sənədi”nin verildiyi halda mümkündür.
İnvestisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması məqsədilə sahibkarlarin müraciəti əsasında müvafiq sənədlərin təqdim edilməsindən sonra onlara “İnvestisiya təşviqi sənədi” verilir və bu sənəd sahibkarlar üçün 7 il müddətində mənfəət və ya gəlir vergisinin 50 faiz, torpaq və əmlak vergisindən tamamilə, müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad edir.
Son məlumata görə 2022-ci ilin 1 oktyabr tarixinədək 456 sahibkarlıq subyektinə 547 investisiya təşviqi sənədi verilib.
Böyük ehtimal ki, cənab nazir güzəştlərdə haqqında danışarkən 7 illik azadolma dedikdə məhz bu güzəştlərə toxunub. Amma bu güzəşt haqqında jurnalistlərin məlumatsızlığı nazirin fikrinin konteksdən çıxararaq yazılmasına səbəb olub.
Başqa sözlə, hazırda yuxarıda sadaladığım 7 illik vergi güzəştləri mövcuddur.