Bakıdan Avropaya yaşıl enerji
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
Eldəniz ƏMİROV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Elektrik xərclərini azaltmaq
Enerji istehsalı və satışına yeni yanaşma lazımdır
-
Əsası 20 il əvvəl qoyulan strateji
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
-
“Perspektivlər ümidvericidir”
İspaniya Azərbaycanın enerji sektoru ilə maraqlanır
-
Elektrik enerjisi istehsalında irəliləyiş
Ötən illə müqayisədə 205 milyon kilovatdan çox artım var
-
Alternativ enerjiyə investisiyalar
Azərbaycan elektrik ixracından gəlirlərini artırmaq istəyir
-
Limitin ləğvi yenidən gündəmdə
Ölkədə elektrik enerjisinə tətbiq edilən qayda əsaslı deyil və tamamilə götürülə bilər…
-
400 faiz artım
Ötən il Azərbaycanın elektrik enerjisi ixracı açıqlandı
-
...Limitlər artırıldı
Tarif Şurası qaz və elektrik enerjisinə görə tətbiq etdiyi güzəştlərə...
-
Enerjinin qiyməti əl yandıracaq...
Qışda qazın, yayda elektrik enerjisinin...
-
Ədalətsizliyin differensiyası...
... və ya bir daha Tarif Şurasının qərarının fəsadları haqqında
-
Terapiyasız şok...
İslahatlar çox gec görünür
-
«Sayğaclara müdaxilə olmayacaq»
«Azəriqaz» tarif artımı ilə bağlı açıqlama verdi
-
Nə, nə qədər bahalaşıb?
Qiymətlərin qalxması nə ilə əsaslandırılır və hansı bazarlara təsirləri ola bilər?
-
Elektrik enerjisi və təbii qazın qiyməti qalxdı
Tarif Şurasının qərarı əhaliyə şamil olunmayacaq
-
İrandan Türkiyəyə zərbə
Elektrik enerjisinin nəqli dayandırıldı
-
Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə Prezidentin bugünkü, Rumıniya səfərilə ciddi fazaya keçir.
Bu günün gündəmi Prezident İlham Əliyevin Rumıniyaya işgüzar səfəridir. Səfər çərçivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı keçiriləcək plenar iclasda iştirak edəcək.
Düşünürəm ki, bu böyük gələcəyə sahib bir Saziş olacaq. Əvvəla ona görə ki, gələcək yaşıl enerjinindir. İkinci ona görə ki, Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə hazırlanır. Bu iş xırda iş deyil. Orda yaradılacaq infrastruktur geniş imkanlı olacaq ki, illər sonra da ixrac həcmi artdıqca ötürmə gücü yetərli olsun. Üçüncü isə ona görə ki, Azərbaycan böyük alternativ enerji imkanlarına malikdir.
Hazırda isə bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi potensialı 23 000 MVt, külək enerjisi potensialı 3 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. 2036-cı ilədək isə Azərbaycan təkcə Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı reallaşdırmaq niyyətindədir. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçir və tam realdır.
Bu sazişdə Rumıniya ilə bərabər Macarıstanın da yer almasının isə səbəbi çox ciddidir. Bakı Gürcüstanı enerji ilə təmin edəcək, oradan isə enerji Rumıniyaya gedəcək: Belə ki, Azərbaycan birinci böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək və əvvəlcə Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya tədarük ediləcək. Amma Qara dənizin dibi ilə kabellər vasitəsilə xətlərin çəkilməsi üçün Avropa İttifaqını dəstəyini almaq lazımdır. Layihənin Aİ-nin dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı zəruridir. Buna görə də Macarıstan da bu plana qoşuldu. Nəticədə tərəflərin hər biri üçün əlverişli vəziyyət yarandı.
Sonrakı illərdə isə enerji istehsalı artdıqca digər Avropa ölkələri, o cümlədən, Xorvatiya, Serbiya və digər ölkələr də bu potensialdan yararlana biləcəklər. Bunun isə Azərbaycana qazandıracağı siyasi və iqtisadi dividentlər isə hamımıza məlum məsələdir.