
Göydələnlər elektrik stansiyasına dönəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Avropanın LNG idxalı 2024-cü ildə üç ilin ən aşağı səviyyəsinə enəcək
Rusiya Avropa bazarından sıxışdıran ABŞ-a isə qiymətlərin yüksək olması lazımdır
Təchizat təhlükəsizliyi üçün LNG investisiyalarına müraciət edən AB tutumun yarısını istifadə edir
Hazırda 400 milyon ton sıxılmış qaz istehlakı 20 ildə iki dəfə artacaq
Yaxud dünyanın çağırışlarına uyğun siyasət
Azərbaycanın potensialı 27 000 MVt həcmində qiymətləndirilir
ABŞ ən yaxın müttəfiqinə 10 milyard kubmetr LNG göndərməyi hədəfləyir
Ehtimal olunan yataqların ölkənin 50 illik təlabatını ödəyəcəyi deyilir
Neftdən fərqli olaraq nə qoxusu var, nə də rəngi
Qış belə davam edərsə tələbatlar minimuma düşəcək
Sabiq prezident: “Azərbaycanla əməkdaşlıq üçün vədedici gələcəyi var”
Böyük Britaniya Rusiyadan qaz idxalını dayandıracaq
Neft-qaz hasilatında nə nəzərdə tutulub?
Gömrük Komitəsi hesabat yaydı
Ucuz enerji təzyiqi bəzən öz bəhrəsini verir, amma ...
Qaz və elektrik enerjisi tariflərinin kəskin artımı ölkədə sosial böhranı dərinləşdirəcək.
Hələ 2015-ci ilin əvvəllərində Dünya Bankının hesabatında qeyd edilirdi ki, Azərbaycanda 5 faiz kiritik yoxsulluq və 28 faiz təminatlı orta təbəqə arasında qalan 67 faizlik əhali qrupu hər hansı daxili və ya xarici iqtisadi şoklar səbəbindən dərhal yoxsullar cərgəsinə düşə bilərlər Əksinə, hökumətin dayanıqlı sosial siyasət həyata keçirəcəyi təqdirdə həmin qrup tədricən orta təbəqənin sırasını genişləndirə bilər.
Bizdə 1-ci variant baş verir: neft gəlirlərinin azalması fonunda iqtisadi böhran bir tərəfdən gəlirlərin və iş yerlərinin itirilməsinə səbəb olur, o biri tərəfdən hökumətin əhalinin sürətlə yoxsullaşmasının qarşını ala biləcək sosial siyasəti mövcud deyil. Əvvəla, əmək qabiliyyətli insanları onların itirdiyi iş yerləri müqabilində çevik şəkildə alternativ iş yerləri yaratmaq gücündə olan iqtisadiyyat yoxdur. Bəyanatlarda, rəsmi statistikada olan xəyali iqtisadiyyatdan söhbət getmir, real həyatda bizim malik olduğumuz, yaramıza məlhəm qoya biləcək iqtisadiyyatdan söhbət gedir.
Başqa tərəfdən, sosial müdafiəsi bilavasitə hökumətdən asılı olan təxminən 2.5 milyon nəfərə yaxın insan var ki, sürətlə kiçilən büdcənin bu təbəqənin yaşayışının sürətlə pisləşməsinin qarşısını almağa resursu yoxdur. Söhbət, 1.3 milyon nəfər pensiyaçıdan, 800 min nəfərə yaxın büdcə işçisindən, 200 min nəfərdən artıq yoxsulluq müavinəti alan insandan gedir.
Təkcə bir faktı xatırlatma kifayətdir ki, manatın 2 dəfə ucuzlaşdığı, ən zəruri istehlak mallarının səbətinin 50 faizədək bahalandığı son 2 ildə həmin bu çoxmilyonlu həssas təbəqənin büdcə hesabına gəlirləri cəmi 10 faiz indeksasiya edilib.
Hökumət ölkədə yoxsulluğun miqyasının kütləvi genişlənməsinin qarşısını almağa nəinki hazır görünmür, əksinə qarşıdakı 4 il üçün açıqlanan və hər il üçün azalma ilə proqnozlaşdırılan büdcə göstəriciləri daha çox hökumətin yaranmış durum qarşısında əlacsızlığına işarədir. Məsələn, açıqlanan proqnozlara görə, 2020-ci ildə büdcə xərcləri 2016-cı ilin göstəricidindən azı 3 milyard. manat az olacaq.
90-cı illərdə sosialist sisteminin bazar iqtisadiyyatına transformasiyası ilə bağlı «şok terapiyası» islahatları geniş yayılmışdı (buna qədər isə 80-ci illərin ortalarında Boliviya və İsrail bu siyasəti tətbiq etmişdi). Qiymətlərin liberallaşdırılması nəticəsində əhalinin üzləşdiyi şoka hökumət dövlətsizləşdirmə, pul kütləsinin kəskin azaldılması, özəl sektora geniş meydan verməklə cavab verirdi.
Bizdə isə indi şok var, amma terapiya yoxdur. Hökumət hətta nəhəng sərmayələr hesabına ayaqda saxlaya bilmədiyi, keyfiyyətli xidmətin elementar nümunələrini yarada bilmədiyi kommunal sektoru (qaz, elektrik, su, məişət tullantılarının daşınması, isitmə) məmur monopoliyasından çıxarıb konsessiya müqavilələri əsasında, şəffaf tenderlər vasitəsilə özəl sektora ötürməyə tələsmir. Hətta öz idarəçiliyində saxladığı şəraitdə belə, bu şirkətlərə korporativ idarəçilik prinsipləri gətirməyə, onların şəffaflığını təmin etməyə maraqlı görünmür.
İndi isə islahatlar çox gec görünür - vaxtı keçmiş, ağırlaşmış xəstəlik kimi...