Vahid elektron platforma
Azəriqaz, Azərişıq və Azərsu sistemdə birləşdiriləcək

2016-cı ildə Azərbaycan elektrik enerjisinin ixracını 2015-ci illə müqayisədə 3,9 dəfə artıraraq 1 milyard 46 milyon kVt/saata çatdırıb. «APA-Economics» xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatında bildirilir.
Məlumatda qeyd edilir ki, ötən il Azərbaycandan Rusiyaya elektrik enerjisi ixracı 10,8% artaraq 120,2 milyon kVt/saata çatıb. Hesabat dövründə Gürcüstana 109,5 milyon kVt/saat elektrik enerjisi ixrac olunub ki, bu da bundan öncəki illə müqayisədə 7,6 faiz çoxdur.
2016-cı ildə Azərbaycan Türkiyəyə 813,4 milyon kVt/saat elektrik enerjisi satıb. Qeyd edək ki, 2015-ci ildə Azərbaycan Türkiyəyə elektrik enerjisi ixracı olmayıb.
Cənub qonşumuz olan İran ötən il Azərbaycandan elektrik enerjisi idxalını 20,8 faiz artıraraq 2,9 milyon kVt/saata çatdırıb.
Ötən il Azərbaycan 65,9 milyon kVt/saat elektrik enerjisi idxal edib ki, bu da 2015-ci illə müqayisədə 38,7 faiz çoxdur.