vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 18 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
OLAY  
14:00 | 6 noyabr 2022 | Bazar Məqaləyə 1590 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xızıda hərbi sursat aşkarlanıb

Aviabombalar, tank, top və Qrad mərmiləri, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 7 ədəd 100mm-lik tank mərmisi, 3 ədəd 120 mm-lik top mərmisi, 2 ədəd TAB-50 aviabomba, 1 ədəd TAB-7 aviabomba, 21 ədəd 82 mm-lik tank mərmisi, 5 ədəd 76mm-lik top mərmisi, 10 ədəd 100 mm-lik top mərmisi, 3 ədəd 85 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik qumbaraatan mərmisi, 1 ədəd Qrad mərmisi (2 motorlu), 3 ədəd F-1 əl qumbarası, 2 ədəd POMZ-2 piyada əleyhinə mina və 1 ədəd əleyhqaz kömürü olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.