«Qətnamələrin icrası mühümdür»
ATƏT PA-nın prezidenti: «Ancaq fəaliyyət sönük görünür»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ATƏT dağılır?!
“Minsk Qrupu artıq işləmir”
-
ATƏT də Ermənistana missiya göndərir?
Ermənistana dəstək verən bu dövlətlər Paşinyanı danışıqlarda arxayınlaşdırır
-
Minsk Qrupu dirilmədi
ABŞ-ın taktiki dəyişikliyinin iki mümkün hədəfi var
-
Minsk Qrupu tarix oldu
Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar
-
Qərb münaqişəni bitmiş hesab edir
Lavrov: “ABŞ və Fransalı həmsədrlər ATƏT-in Minsk Qrupunu ləğv etdilər”
-
Bakı cığallığı sevmir
“Gəncə keçidi” geopolitik güclərin enerji arzularını aparan logistik layihələrin mərkəzində durur
-
Vaşinqton görüşü nə ilə nəticələndi?
19 il aradan sonra ...
-
Qarabağda müharibə riski
“Azərbaycan həmin obyektlərin ətrafını vursa…”
-
Qarabağın havasında barıt qoxusu artır
Ermənistanın son təxribatları sülh əvəzinə müharibəni yaxınlaşdırır
-
Vyana görüşündən hansı nəticə çıxdı?
Bakının “Hamının hamıya” prinsipi, İrəvanın isə prinsipsizliyi
-
Özümüzü vuran “yun çubuqları”
Qorxursunuz, yoxsa onunla razısınız?
-
Həmsədrlər “Yox” dedi
... Həm İrəvana, həm də Bakıya
-
Kaspşikdən çoxdan qurtulmaz lazım idi
Dağlıq Qarabağ münaqişəsinin həlli onu maraqlandırmır
-
“Lavrov planı Bakıda da, İrəvanda da rədd edilib”
Səfir Riçard Hoqland nikbinlik yaratsa da, o, ciddi irəliləyişləri gözləməyi məsləhət görməyib
-
Amerikalı diplomatdan 4 bəndlik Qarabağ mesaji...
İndiki həmsədrlər də Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər
-
“Ancaq karlar və korlar görməyə bilər”
Qarabağ məsələsində “bəzi pozitiv dəyişikliklər” nədir?
Bu gün Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası keçirilir. Trend-in məlumatına görə, iclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir.
R. Krivokapiç deyib ki, ATƏT PA daxilində siyasi proseslər düzgün qurulmalıdır. Onun sözlərinə görə, ATƏT PA Ukrayna böhranından əvvəl müxtəlif addımlar atıb.
R.Krivokapiç ATƏT PA-nın QHT-lərlə əməkdaşlığı genişləndirdiyini də qeyd edib.
Daha sonra Ranko Krivokapiç parlamentarların suallarını cavablandırıb.
Avropa Şurası, NATO Parlament Assambleyası, Avropa Parlamenti ilə əməkdaşlıqla bağlı sualı cavablandıran R.Krivokapiç seçki müşahidə missiyaları zamanı Avropa Şurası, Avropa Parlamenti ilə əməkdaşlıq edildiyini söyləyib.
O bildirib ki, onlar və bu qurumlar bir çox eyni qətnamələr qəbul edib. Rəhbərlik səviyyəsində görüşlər keçirilir.
R.Krivokapiç ATƏT Parlament Assambleyasının fəaliyyətində qətnamələrin icrasının da mühüm olduğunu vurğulayıb.
Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova R.Krivokapiçin bir illik rəhbərliyi dövründə ATƏT institutları arasında münasibətlərin normallaşması, qurumun regionda fəaliyyətinin artırılması istiqamətində mühüm işlər gördüyünü qeyd edib.
«Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Joao Suareş Cənubi Qafqazda, problemlərə yaxşı bələddir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT və Minsk Qrupunun nəticəsi olmasa da, fəal görünür. Ancaq ATƏT PA-nın fəaliyyəti sönük görünür».
R.Krivokapiç ATƏT PA-nın rolunu artırmaq niyyətində olduqlarını bildirib.