vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SOSİAL  
14:46 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 1720 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«300 min nəfərin şəraiti ağırdır»

Əli Həsənov qəbula yazılmayanları da dinlədi

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 1-də baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında bu rayonda, eyni zamanda digər rayonlarda məskunlaşan məcburi köçkünləri qəbul edib.


«Dövlətqaçqınkom»un mətbuat xidmətindən Vaxt.az-a bildirilib ki, qəbulda Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrasiya problemləri şöbəsinin müdiri Qurban Sadıqov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Komitənin departament və şöbə müdirləri, eyni zamanda, ərazisi işğal altında olan rayonların icra hakimiyyəti başçılarının müavinləri iştirak ediblər.

Ə. Həsənov qəbulda bildirib ki, məcburi köçkünlərin mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılır. İndiyədək bu qəbildən olan soydaşlarımız üçün Bakıda və ölkəmizin ayrı-ayrı bölgələrində bütün sosial-texniki infrastruktura malik 82 müasir qəsəbə və yaşayış kompleksi salınıb, 180 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Təkcə 2013-cü ildə 20 mindən çox köçkün yeni evlərə köçürülüb. Buna baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var.

«Təkcə Bakıda ağır şəraitdə yaşayan məcburi köçkünlərin sayı 300 min nəfərdən çoxdur, həmin soydaşlarımızın da mənzil-məişət şəraiti mərhələli şəkildə yaxşılaşdırılacaq» - deyə Ə.Həsənov bildirib.

Qəbula gələn məcburi köçkünlərin problemlərini dinləyən «Dövlətqaçqınkom»un sədri bir sıra problemləri operativ şəkildə yerindəcə həll edib, bəzi müraciətlər baxılması, araşdırılması və müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb. Ümumilikdə 500 nəfərdən çox məcburi köçkün vətəndaşın müraciəti dinlənilib. Sonda Ə. Həsənov qəbula yazılmayan məcburi köçkünləri də qəbul edib, onların da ərizələri baxılmaq və tədbir görülmək üçün qeydiyyata alınıb.

Ə. Həsənov bildirib ki, Bakının digər rayonlarında məskunlaşan məcburi köçkünlərlə də ayrı-ayrılıqda görüşlər keçirəcək.