«Transqeyt» sürücülərin qarşısından qaçdı
40 saylı avtobusun sürücülərinin maaşı ödənildi, 1 saylı marşrutun sürücülərinə vəd verildi
Vüqar MURAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Səs Fərhad Əhmədovundur”
Biznesmenin köməkçisi hər şeyi danışdı
-
“Bağda ərik var idi...”
Eks-nazirlər mətbuatdan niyə qaçırlar?
-
Ziya Məmmədov ölkədən gedib?
Sabiq nazirin qardaşı danışdı
-
Məmmədovların yanan hoteli
Bakıdakı bir olayın mümkün pərdəarxası - təxribat, yoxsa...
-
«Od olmasa tüstü çıxmaz»
Ziya Məmmədovun və qohumlarının ziddiyyətli yanğın açıqlamaları
-
Buynuz fəlakəti
Ziya Məmmədovun malikanəsi yandı
-
«Dedim məndə pul var?...»
Hökumət Evində Ziya Məmmədovun adamı olan keçmiş icra başçısı işçiləri otaqdan qovub polisə verdi
-
Ziya Məmmədovu bitirən islahatlar davam edir
Saleh Məmmədov daha dövlət məmuru deyil...
-
«Atası»ndan Hafiz Məmmədova zərbə
Məmmədovlar «Hafka»nın klubunun ərazisini əlindən aldı
-
Baş nazirin «qurtuluşu»nun sirri
Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur
-
Bu xofu adama bağışlamazlar
Tanrı cəhənnəmini canında yaşayan qanqster - xərçəng, vərəm, şəkərli diabet, bərbad ciyərlər
-
«Şüşəli bazar» sahibinin ölümündə Ziya Məmmədov izi
Sabiq nazirin biznes şəbəkəsi ilə intihar edən iş adamının ticarət obyektinin bağlılığı üzə çıxır
-
Ziya Məmmədovun daha bir kadrı qovuldu
Yaşar Məmmədov Mübariz Ağayevin taleyini yaşadı, növbədə Lütfəli Babayev, Mənsur Məmmədovdur
-
Milyonlar səviyyəsində dələduzluq
Vəzifəli şəxsin yaxın qohumu Bakıdakı 6 evini arvadının adına keçirdi, yenə köməyi olmadı
-
«Only One»-a 19 milyon avro qiymət qoyulub
Ziya Məmmədovun oğlu Türkiyədəki yaxtasını satışa çıxartdı
-
Oliqarxın axırı...
Ziya Məmmədovun Göyçayda mənimsədiyi möhtəşəm mülkü əlindən alındı, «AZNAR» şirkəti 20 hektardan artıq bağ sahəsi və villa üçün dövlətə 4,5 milyon manat ödəndi
Nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə məxsus olduğu bildirilən «Transqeyt» şirkətinin rəhbərliyi altında olan 1 saylı avtobusun sürücüləri kütləvi şəkildə etiraz aksiyası keçirib. Belə ki, 1 iyunda təxminən 50 sürücü artıq iki gündür ki, işləməkdən imtina edib. Sürücülər «Transqeyt» şirkətinin və rəhbərliyin onlara qarşı qəddarlıq nümayiş etdiklərini bildirirlər. Sürücülər bildirirlər ki, şirkət onları qul yerinə işlədir.
1 saylı avtobusun sürücüsü Aftandil Əliyev ANS PRESS-ə şikayətində bildirib ki, hər il yay aylarında gündəlik plan aşağı salınırdı. Lakin indi plan aşağı salınmayıb. «Bizi çox incidirlər. Gündəlik 132 manat plan tələb edirlər. 95 manat yanacağa, 15 manat da digər xərclərə çıxır. Bizə heç 20 manat da qalmır. Bəs biz adam deyilik? Bizi qul kimi işlədirlər. Bizi adam yerinə də qoymurlar. Deyirlər avtobusu necə oldu sürün, haradan istəyirsiz keçin, amma planı vaxtında çatdırın. Biz istəyirik ki, planda bizə güzəşt olunsun», - deyə Aftandil Əliyev bildirib.
Sürücülər güzəşt olunmadığı təqdirdə Prezident Administrasiyasına şikayət edəcəklərini də əlavə ediblər. Məsələ ilə əlaqədar «Transqeyt» MMC-nin direktoru Nurəddin İsmayılov ANS-ə şikayətlərin əsassız olduğunu bildirib. Onun sözlərinə görə, hazırda plan aşağı salınıb. Onlardan gündəlik 132 manat yox, 120 manat alınır. «Bilirsiniz ki, bu, Bakıda ən yaxşı sərnişin avtobusudur. Sürücülərin şikayəti haqsızdır», - deyə N.İsmayılov bildirib.
Şirkət rəsmisinin sözlərinə görə, onlara təzyiq olunmur. «Hər bir sürücünün yol vərəqəsində qeyd olunub. Gündəlik 120 manat, yanacağa isə 65 manat xərclənir. Cəmi 23 avtobus var. Avtobusların qrafiki 5 dəqiqə arasında dəyişir. Demokratik ölkədə yaşayırıq. Heç insanları incitmək olar? Bu ayın 10-da planı bir az da aşağı salacağıq», - deyə N.İsmayılov əlavə edib.
Qeyd edək ki, bu barədə musavat.com hələ əvvəllər məlumat yaymışdı. Sürücülərin dediyinə görə, Bakının əsas marşrut avtobuslarının daxil olduğu şirkətin haqsızlığı artıq son həddə çatıb. «Ayda 150-200 manat maaş alırıq, onu da bizə çox görürlər. 40, 44, 100 və digər çoxsaylı marşrutların sürücüləri əməlli-başlı istismar olunur. Bizi qul əvəzinə işlədirlər, pulumuzu vermirlər» - deyə, sürücülər bildirib. 40 saylı marşrutun sürücüsü deyib ki, hər gün 104 manat plan verir: «Üstəlik, 20 manat əlavə haqq ödəyirəm. Bunun da üzərinə 70 manatlıq yanacağı, yemək-içmək, siqaret pulu gələndə 200 manatdan artıq eləyir. Biz də 20 qəpiyə işləyən adamıq, nə gecəmiz, nə gündüzümüz var. Buna görədir ki, avtobus qəzalarının sayı çoxalıb. Sürücülər ölüm-dirim yarışına çıxırlar ki, axşam balasının boğazından kəsib planı ödəməsin. Bu yandan da verdikləri cüzi əmək haqqını da kəsiblər».
İyulun 2-də aldığımız məlumata görə, şirkət rəhbərliyi sürücülərin kütləvi etirazını nəzərə alaraq 40 saylı marşrutun sürücülərinin aylardan bəri verilməyən əmək haqqını ödəyib. Bunun ardınca 1 saylı marşrutun sürücülərinə də problemin aradan qaldırılacağı barədə vəd verilib. 1 saylı marşrutun sürücüsü «artıq tələblərimizin həllinə söz veriblər. Gözləyirik, vədə əməl olunmasa, işi dayandıracağıq» deyib.