Seks, şoppinq, gülüş, idman...
Normal çəkini saxlamağın təbii və ziyansız üsulları
İlham CƏMİLOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İki aya 7,5 aylıq gəncləşdirən pəhriz
Stanford araşdırması göstərir ki, bu qida rassionu bioloji yaşı geri döndərər bilər
-
214 araşdırmanın nəticəsi
İdman zalında özünüzü çox sıxmaq əks təsir göstərə bilər
-
Arıqlamaq üçün beş ən yaxşı məşq növü
İdman artıq çəkidən tez xilas olmağın ən sağlam üsuludur
-
Uzun və sağlam həyatın sirri - az yemək
Hazırda yüksək kalorili qidalardan yan keçmək çətindir
-
Minimum vaxta sağlam olmaq mümkündür
Əzələ kütləsini qorumaq, ürək-damar hərəkətləri qədər vacibdir
-
Kanola - qarın piyini əritmək silahı
Yeməklərinə bu yağdan əlavə edənlər 4 həftənin içində arıqlayırmış
-
Qaçmaq niyə hamını arıqlatmır?
Səbəb həyat sürətimizin azalmasıdır
-
Dieta saxlamanın 5 qanunu
Nələrə diqqət etməli?
-
Nar dənələrinin sirri
Sayı qədər dərdə dərman olduğu üçün çoxdənəlidir
-
Siyasətçilərin sevdiyi idman
Tanınmış siyasətçilər hansı idman növünə üstünlük verirlər?
-
Az kalorili noxud və mərci salatı
Dieta saxlayanların əvəzolunmaz qidası
-
Bu dünyada xəstəlik ondur
Hamısına tək dərman var ÇUĞUNDUR
Artıq qəbul olunmuş kalorilər orqanizm üçün bir sıra problemlər yaradır. İnsanlar üçün ən böyük bəlalardan biri sayılan piylənmə də məhz bunun nəticələrindən biridir. Bəs nə etməli, artıq kalorilərdən yaxa qurtarmaq, təbii yolla çəkimizi normal saxlamaq üçün hansı üsullara ət atmalı?
Mütəxəssislərin bununla bağlı qənaətlərini diqqətinizə çatdırırıq.
Kaloriləri yandırmaq üçün idman ən yaxşı vasitələrdən biridir. 1 saat ərzində qaçış zamanı 450-950 kilokalori, üzgüçülükdə 450, piyada gəzintidə 300-420, aerobika ilə məşğul olarkən 390, velosiped sürərkən 350-400 kilokalori sərf edirik.
Təbii ki, hamı idmanla məşğul olmağa vaxt ayıra bilmir. Ya da sadəcə buna həvəsi olmur. Bu təəssüfləndirici olsa da o qədər də acınacaqlı deyil. Çünki artıq kaloriləri yandırmağın digər üsulları da var.
10 dəqiqəlik gülüş zamanı 20-40 kilokalori sərf olunur. 30 dəqiqə gülməklə isə 550 kilokalorini yandırmaq mümkündür. 1 dəqiqə gülüş 10 dəqiqəlik idmanı əvəz edir. İdman etməyə vaxtınız yoxdursa heç olmasa gülməyə vaxt və səbəb tapın.
Artıq kalorilərdən yaxa qurtarmağın növbəti üsulu xanımlarımız üçün ən yaxşı vasitələrdən biri sayıla bilər. 1 saat ərzində ev işləri ilə məşğul olmaq 240 kilokaloridən sizi azad edəcək. Əgər xanımlar bu işi hansısa bir mahnını oxuya-oxuya yerinə yetirərlərsə 20-30 kilokalori də əritmiş olarlar. Çünki oxumaq da kalori tələb edir. Bununla həm mənzilinizdə səliqə-sahman yaratmış olacaqsınız, həm də ən çox sizi narahat edən piylənməyə qarşı mübarizə apararsınız.
Artıq kalorilərlə mübarizə aparmağın növbəti üsulu çoxlarının ürəyincə olacaq. Bu seksdir. Yarım saat sekslə məşğul olmaq 200 kilokalori, orqazm həddi isə 312 kilokalori hesabına başa gəlir. Yəqin ki, bu üsul çoxlarına ev yığışdırmaqdan və səhərlər yuxusuna haram qatıb idman etməkdən daha sərfəli olacaq. Digər tərəfdən isə seks həm də stresslərinizi götürəcək, dərin və sağlam yuxunuzu təmin edəcək.
Şoppinq büdcənizə ziyan vursa da sağlamlığınıza xeyir verəcək. Ticarət mərkəzlərində, böyük marketlərdə alış-veriş zamanı da orqanizm kalorilər sərf edir. Bu məkanlarda 30 dəqiqə var-gəl etmək 100 kilokalorinizi yandıracaq. Odur ki, yolunuzu tez-tez dükan-bazardan salın.
Deyirlər ki, utanmasan oynamağa nə var ki. Bu deyimə çox da bənd olmayın. Utanıb çəkinmədən arabir yeri gələndə rəqs edin. Ən azı ona görə ki, 15 dəqiqə rəqs etmək sizi 120 kilokaloridən azad edəcək.
Hazırda demək olar ki, bütün binalarda, ofislərdə müasir liftlər var. Bu çox rahat olsa da arada onlardan imtina etməyə dəyər. Çünki pillələrlə qalxmaq artıq kalorilərdən azad olmaq üçün ən yaxşı vasitələrdən biridir. Pillələrlə qalxdığınız vaxtın hər dəqiqəsi 10-20 kilokalorinin sərf olunması deməkdir.
Əgər 8 saatlıq normal yuxunuzu təmin etsəniz 360 kilokalori yandırmış olacaqsınız. Çünki normal yuxu gün ərzində normal maddələr mübadiləsini təmin edir. Ancaq yatmazdan qabaq yeməkdən, xüsusilə də şirniyyatdan imtina etmək lazımdır. Sonuncu qida qəbulu yatmazdan ən azı 2-3 saat əvvəl olmalıdır.
Və ən nəhayət, artıq çəkidən, artıq kalorilərdən yaxa qurtarmaq üçün oturaq həyat tərzinə qarşı mübarizə aparmaq vacibdir. Saatlarla ekran qarşısında, kompyuterin qabağında, yazı masasını arxasında oturmaqla normal çəkiyə sahib olmaq haqqında düşünməyə dəyməz. İşinizin vacibliyindən asılı olmayaraq arada fasilə verib, adi idman hərəkətləri etmək, gəzişmək yorğunluğunuzu almaqla yanaşı zehni fəaliyyətinizə də müsbət təsir edəcək.
Vaxtında bu təbii üsullardan yararlanın ki, sonradan həkim müdaxiləsinə ehtiyac qalmasın. (modern.az)