vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
23:24 | 6 noyabr 2016 | Bazar Məqaləyə 2848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kanola - qarın piyini əritmək silahı

Yeməklərinə bu yağdan əlavə edənlər 4 həftənin içində arıqlayırmış

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Independent» yazır ki, yeni elmi-tədqiqat ayrılıqda qarın piyini «əridən» bitki yağı pəhrizini müəyyən ediblər. Bu yağın adı şərti olaraq kanola (Canadian Oil Low Acid - Aşağı Turşuluqlu Kanada Yağı) kimi qəbul edilib.

Alimlər iddia edirlər ki, yeməklərinə kanola yağı əlavə edən adamlar 4 həftənin içində insan bədəninin eybəcərləşdirən qarını «əridə» bilirlər.

Raps bitkisi ilə eyni ailədən olan kanola bitkisindən alınan yağın piyliliyi zeytun yağından iki dəfə azdır və onun tərkibindəki başqa elementlər xüsusi olaraq qarın nahiyəsini «kəmərləyən» piyi hədəfləyir.

Araşdırmanı aparmış alimlər məhz bu mexanizmin sirini aça biliblər.

Onlar bu nəticəyə gəliblər ki, kanola yağındakı kimyəvi turşular piylənməyə məruz qalmış insanlar üçün xüsusilə faydalı ola bilər.

Pensilvaniya ştatından tanınmış qidalanma professoru Pennİ M. Kris-Ezerton deyib ki, qarın nahiyəsinin piylənməsi ürək-damar xəstəliklərinin və diabetin əsas səbəblərindən biridir.

Odur ki, bədənin bu hissəsindəki piylənmənin aradan qaldırılması sözü gedən xəstəliklərin qarşısının alınmasına imkan yaradardı.

«The İndependent» yazır ki, təcrübə zamanı könüllü iştirakçılara kanola yağı da daxil beş növ bitki yağı verilib.

Cəmi bir aydan sonra doktor Kris-Ezerton və onun həmkarları aşkar ediblər ki, adi kanola yağını qəbul edənlər qarın nahiyəsindən 11 kiloqramadək artıq çəkini ata biliblər.

Alimlər habelə aşkar ediblər ki, kanola yağını qəbul edənlərdə bədənin başqa hissələri arıqlamır.

Kris-Ezerton deyir ki, adi halda yalnız qarından arıqlamaq mümkün deyil, amma belə görünür təkkarbonlu doymamış turşularla zəngin kanola yağı bədənin spesifik hissələrini «nişan» ala bilir.

Elə isə bu yağı necə qəbul etmək olar? Alim məsləhət görür ki, kanola yağını yemək və salatların üstünə çiləmək olar.

Təcrübədə iştirak edənlərə kanola yağını meyvə-tərəvəz şirəsi ilə qatışıq kokteyl halında veriblər.