vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
SAĞLAMLIQ  
17:09 | 5 iyul 2014 | Şənbə Məqaləyə 1909 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Boşanmış qadınların üz tutduğu yer

«Yeni həyata başlamağı arzu edirlər»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Plastik cərrahiyyə əməliyyatına üz tutan qadınların əksəriyyəti boşanmış qadınlardır».


AzVision.az xəbər verir ki, bu barədə tanınmış plastik cərrah Həyati Akbaş deyib. Onun sözlərinə görə, ərindən boşanan qadınlar daha çox özlərini gəncləşdirmək və daha gözəl görünmək istəyirlər: «Plastik əməliyyata daha çox ərindən ayrılan qadınlar üz tutur. Çünki qadınların boşanmadan aldığı travma ilə özlərinə inamı azalır və özlərini yeniləmək istəyirlər. Yenidən gənc olmaq istəyirlər. Çünki qadınlar doğuş zamanı və uşaq əmizdirərkən bədənlərində bir çox nöqsanlar yaranır. Boşandıqdan sonra isə bu qüsurları örtmək istəyirlər» - deyə, H.Akbaş qeyd edib. 

Həkimin sözlərinə görə, boşanmış qadınlar daha çox üzlərini cavanlaşdırmaq istəyirlər.

«Üzlərinin yenidən əvvəlki halına dönməsini istəyir və yeni həyata başlamağı arzu edirlər», - deyə məşhur cərrah əlavə edib.