vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
SAĞLAMLIQ  
02:00 | 3 dekabr 2016 | Şənbə Məqaləyə 2938 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən çox yayılmış əməliyyat sinə böyütməsidir

Estetik cərrahiyyənin yayılması nə dərəcədə təhlükəsizdir?

MÖVZU İLƏ ƏLAQƏLİ

Kosmetik proseduralara üz tutan britaniyalıların sayı sürətlə artmaqdadır. Əksəriyyət nəticədən məmnun olsa da, dəyəri 3,6 milyard funt sterlinq ilə ölçülən kosmetika sənayesinin tənzimsiz olması, təhlükəsizlik ilə bağlı narahatçılıq doğurur.

«Prosedura bitər bitməz maşınıma əyləşdim və ağlamağa başladım. Özümü, özümə zərər vermiş kimi hiss edirdim».

Əsl adını bildirmək istəməyən Tina, özünə olan güvəni bərpa etmək üçün üz (həmçinin dermal da adlanır) doldurulmasına müraciət edən minlərlə cavan qadından biridir.

Bu, ən asan kosmetik üsullarından biridir. Belə ki, proseduranı yerinə yetirmək üçün hansısa klinikada tibbi mütəxəssis olmağa ehtiyac yoxdur.

24 yaşlı Tina, bunun üçün yerli saç salonunda 75 funt sterlinq ödəyib.

«Demək olar ki, çox asan oldu», o deyib.

«İnyeksiyanı heç hiss etmədim belə və öz-özümə düşündüm ki, 'İlahi, dodaqlarımı əməliyyat etdirirəm'».

«Proseduradan dərhal sonra, əcaib görünürdüm. Dodaqlarım şiş idi», o söyləyib.

«Həmin gecə dözülməz ağrı hiss etdim. Səhər saat 2-dən 5-dək vanna otağında dodaqlarıma baxırdım. Qorxurdum ki, partlaya bilər. Boş yerə özümə əziyyət verdiyim üçün utanırdım».

Tina deyir ki, sevgilisi də bunu bəyənməyib.

«O, çox əsəbiləşdi. Hətta, bu səbəbdən ayrılacağımızı düşündüm. O dedi ki, «həmişə təbii görünmək istədiyini söyləyirsən - o zaman niyə belə elətdirmisən?»»

Tina görkəmini kosmetik üsullarla yaxşılaşdırmaq istəyən çoxlu cavan qadından biridir. BBC-nin oktyabrda apardığı sorğuya əsasən, qadınların 32 faiz estetik əməliyyat haqqında düşünür. Onlar arasında 35 yaşdan aşağı qadınların isə 45 faizi bu fikirdədir.

Ən çox yayılmış əməliyyat sinə böyütməsidir.

Əsl adını bildirmək istəməyən digər qadın Sara, bu əməliyyatı 21 yaşı olarkən elətdirib.

«Bədənimin görünüşündən razı deyildim», o deyib.

«13 yaşım olarkən məndə yemək pozğunluğu yarandı. Bədənimin hissələrinə nifrət etməyə başladım. Məncə, bu nifrətin əsas səbəbi, sinəm idi. 18 yaşımda özümü gözəlləşdirməyin yeganə yolunun kosmetik əməliyyat olduğu qərarına gəldim».

Sara, pulsuz məsləhət aldığı klinikada bir işçi tərəfindən çox xoş qarşılanır və həmin işçi, tibb mütəxəssisi deyilmiş.

«O, mənə sağlamlığım ilə bağlı bir neçə sual verdikdən sonra, idman büstqalteri və onun içini doldurmaq üçün bir neçə toyuq sinə əti verdi», Sara söyləyib.

«Mənim don ölçüm həmin vaxtlar dörd və altı arası idi. Yeni ölçü isə D olacaqdı. Ürəyimdə bunu yaxşı göründüyünü desəm də, əslində kiçik sinəyə sahib olmağımın səbəbini çox yaxşı bilirdim. Çünki kiçik bədən quruluşuna malikəm».

Sara əməliyyat üçün qeydiyyatdan keçir və 500 funt sterlinq məbləğində geri qaytarılmayan depozit ödəyir. Onun, sinə əzələlərinin altına qoyulacaq implant əməliyyatı baş tutur.

Sonralar o dərəcədə ağrılar yaşayır ki, iki həftə köməksiz yatağında qalxa bilmir. Tez bir zamanda güvəni azalır və özünü süni hiss edir. O, artıq sinəmi bəyəndiyini, lakin yeni seks müqabili ilə tanış olduqda utandığını söyləyir.

«Sanıram ki, bunu etiraf etməyə borcluyam. Bəli, bu əməliyyata gedəcək və o məbləği sərf edəcək qədər ağılsızam».

«İmplantlar ən yaxşı halda, 10 və ya 15 il qalır. Bundan sonra isə onların götürülməsi və ya yeniləri ilə əvəz olunması üçün eyni prosesdən keçməlisən».

Britaniya Estetik Plastik Cərrahlar Assosiasiyasının («British Association of Aesthetic Plastic Surgeons»  (BAAPS)) illik bəyanatına əsasən, 2014-cü ildən bəri bütün kosmetik proseduralar üzrə illik 13% artım qeydə alınıb.

Buna baxmayaraq, sahə, tibbin hələ də ən az tənzimlənən hissəsi hesab olunur.

Altı il öncə sinə implantlarının tibbi dərəcəli silikondan deyil, sənaye silikonundan hazırlanması ilə bağlı mübahisə, dövləti bu sənayeyə nəzər salmağa məcbur edib.

İcmalda xüsusilə üz inyeksiyaları və doldurulmaları ilə bağlı deyilir: «Biz zənn edirik ki, dermal doldurmalar, baş verəcəyi şübhəsiz olan bir böhrandır». Proseduranın yalnız həkim təlimatı əsasında baş tutması da icmalda məsləhət bilinir.

BAAPS-ın keçmiş prezidenti Raciv Qrover, deyir ki, bu, doldurmaları dərhal təhlükəsiz edər.

«Bu, əməliyyatları etməkdə məsuliyyətli şəxsin tənzimlənməsinə səbəb olar - tibbi mütəxəssis olmalıdır - və reklamın qarşısını alar», o bildirib.

«Marketinqlərin bir çoxu, sözügedən proseduraların dəbdəbəli həyat tərzinə qızıl bilet olduğunu aşılayır. Biz bunun tamamilə yanlış olduğunu və qətiyyən reklam edilməməsini düşünürük».

İcmal həmçinin, kosmetik cərrahlara qeydiyyatdan keçərək onların ixtisasını, doldurma və ya Botox üçün rəsmi təltiflər və problemlərə qarşı icbarı sığortanı vacib buyurur. Bunlardan heç biri tam olaraq yerinə yetirilməyib.

İcmalın hazırlanmasında iştirak edən Dr Rosemari Leonard, bunun vaxt itkisi olduğunu düşünür.

«Sözün açığı bu barədə aparılan işlərin həcmini gördükcə, vaxtımı boşa sərf etdiyimi fikirləşirəm», o deyib.

«Bu gün belə, üzünüzdəki silikon, yalnız diyircəkli qələm ilə tənzimlənir. Hamı başqasının üzünü doldura bilər. Hökumətin bizim məsləhətlərimizi heçə saymasına görə, özümü pis və əsəbi hiss edirəm».

Leonard öz klinikasında da pis nəticələnən kosmetik əməliyyatların şahidi olub. «Mən dəhşətli dərəcədə qorxunc alınan sinə implantları görmüşəm», o bildirib.

Kosmetik proseduralar yaxşı nəticələnsə belə, insanlar, uzunsürən şübhəyə düşə bilirlər. Məktəbdə ələ salındıqdan sonra, Şaron Dhalival 23 yaşında burun əməliyyatı elətdirib.

«Burnum uzun idi və ucu qarmağa bənzəyirdi. Həkim onu düzəldə biləcəyini söylədi», Şaron deyib. Dhalival əməliyyatdan sonra, daha ekstravert olduğunu və güzgüyə baxdıqda diksinmədiyini söyləyib.

Lakin o indi, seçimindən əmin deyil. Avropada cəlbedici qəbul olunan kiçik, düymə burun ilə məşhur Hind burnunu müqayisə edir.

«Mən şəxsiyyətimin bir hissəsini kəsib atmışam», o deyib.

«Böyük buruna malik olsam belə, heç kim mənə gözəl göründüyümü demədiyi üçün əhvalım korlanır».

Gələn il Ali Cərrahlar Kolleci, kosmetik cərrahların qeydiyyatı sistemini təqdim edəcək. Bunun üçün həkimlər, müəyyən proseduralar üçün dərəcəyə sahib olduqlarını sübut etməli və isnad göstərməli olacaqlar.

Bundan əlavə, İngiltərə Sağlamlıq Təhsili məsləhət orqanı, dermal doldurmaları icra etmək üçün magistr səviyyəsində ixtisasartırma təsis edib.

Amma hal-hazırda, nə qeydiyyat, nə də ixtisasartırma icbaridir və multi-milyon funt sterlinq dəyərində olan kosmetika sənayesi, tənzimlənmədən işləməyə davam edir.