vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MƏMLƏKƏT  
12:59 | 15 iyul 2013 | Bazar ertəsi Məqaləyə 2118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Quba prezidentin gəlişini gözləyir”

“Səfər zamanı məzarlığın açılışı olacaq”

Gültəkin ƏLƏSGƏR, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qubada inşa olunan “Soyqırımı memorial kompleksi”ndə tikinti işlərinin son mərhələsi gedir. Bu barədə Modern.az-a millət vəkili Yevda Abramov məlumat verib. O bildirib ki, Qubada inşa olunan “Soyqırımı memorial kompleksi” demək olar ki, hazırdır. “İşlər yekunlaşmaq üzrədir. Artıq ot örtüyünü düzülür. Prezidentin rayona səfəri zamanı məzarlığın açılışı olacaq. Amma prezidentin rayona gəlişinin vaxtını dəqiq demək olmaz. Çünki bu onun iş qrafiki ilə bağlıdır”, – deyə Yevda Abramov bildirib.

Qeyd edək ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı nəticəsində meydana gələn Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində məzarlıqda təxminən 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Qalıqları tapılanların 50-dən çoxu uşaq, 100-dən çoxu qadın, qalanı isə yaşlı kişidir. Ermənilərin azərbaycanlılarla yanaşı, amansızcasına qətlə yetirdikləri ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri də məzarlıqda kütləvi şəkildə basdırılıblar.
Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev 2009-cu ildə Prezidentin Ehtiyat Fondundan Qubada “Soyqırımın memorial kompleksi”nin yaradılması məqsədilə 1 mln. manat ayırıb.